676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   43   44   45   46   47   48   49   50   51

Qədim türk dili ən qədim zamanlardan eramızdan əvvəl V əsrə qədərki dövrü əhatə
edir.Təqribən eradan əvvəl l minilliyin ortalarından geç olmayaraq bu dilin differensasiyası
başlamışdır.”
(70.9-10).
Elbrus Əzizov deyir:
“Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş “Azərbaycan ədəbiy -yatına dair
tədqiqlər” adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu
gösərmişdir.Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğ uz-
qıpçaq dili olduğunu təsdiq etdilər.Əhməd Cəfər isə dilimizin oğuz-qıpçaq mənşəli dil
olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi
bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə
məcbur edir.”
(114.119).
Əhnəd Cəfər isə yazmışdır:
”Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas
əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk
dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır.”(117.225).
Bu fikirlər də Elbrus Əzizova məxsusdur:
“Müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir.
Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan
izoqloslar aşkara çıxarmağa imkam verir.Məsələn, “a-e” səsdəyişməsini gözdən
keçirək.Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal
şivələrində də göstərməkdədir.Eyni hala Anadolu şivələrində də rast gəlinir.Bundan başqa
Azərbaycanın ayrı -ayrı şivələrində uyğur dili üçün xarakterik olan “a -ə”, “a-o”, “o-a”, “e-
ə”, “e-ö”, “d-ç”, “k-ç” və sairə əvəzlənmələr də müşahidə edilməkdədir.”(114.119).
Beləliklə, müəyyən etdik ki, sakların dili xaqaniyyə türkcəsinin və ya bugünkü adla desək,
uyğur dilinin bir şivəsi olmuşdur. Qeyd edək ki, Azərbaycan alimlərindən Fərhad Zeynalov
və Elburus Əzizov bu dilin bəzi fonetik, leksik, qrammatik xüsusiyyətləri barədə dəyərli
fikirlər söyləmişlər (112.268-296; 114.118-125). Ramiz Əsgər isə sözügedən dildə yaranmış


abidələrin dilinin tədqiqinə dair çox sayda sanballı məqalə və monoqrafiya həsr etmiş və bu
sahədə, sözün əsl mənasında, nəhəng iş görmüşdür (210;211;212;213;214 ;215). Odur ki,
gələcəkdə sak ədəbi abidələrinin dilinin tədqiqi ilə məşğul olacaq tədqiqatçılar işə boş yerdə
başlamalı olmayacaqlar.
SON SÖZ ƏVƏZİ VƏ YA
SAK DİLİNİN ŞƏRQ (XOTAN) ŞİVƏSİNDƏ İŞLƏNMİŞ
HİND (SANSKRİT) MƏNŞƏLİ SÖZ VƏ İFADƏLƏR.
Məlum olduğu kimi, buddizm hinduizm zəminində, hinduizmdəki bütlərə qarşı mübarizə
məqsədi ilə yaradılmışdı. Bu üzdən də həmin dinin terminoloji sistemi hinduizmin
terminologiyası əsasında formalaşmışdır. Elə bu hal da bu yeni dinin yaradıcıları olan sakların
dilinə külli miqdarda hind söz və terminlərinin keçməsinə səbəb olmuşdur. Sevgidəyər
oxucularımızda müəyyən təsəvvür yaransın deyə, onlardan “a” ,”b” “ç” və “d” hərfləri ilə
başlayanlarını təqdim edirik:
Abayabur – Abhayapura (qədim mifik şəhərin adı)
Abasvar – Abhasvara (buddizmə görə, göyün Rupa-brahma-loka adlanan qatında yaşayan göy
məxluqları)
Abhaq – Abhayaka (təhlükəsiz, etibarlı)
Abıçı – Abhiyit (ay zodiakına daxil olan 28 ulduzdan birinin adı)
Abidarim – Abbhidharma (buddist kanonun lll hissəsi)
Abirpay – Abhipraya (hiyyət,arzu,)
Açakram, Açaqram – Aya-qara (ilan)
Açari – Acarya (müəllim, tərbiyəçi)
Açataştru – Ajataşatru (Maqada şahının adı)
Aditya – Aditya (Günəş; Günəş,ay və 5 planet)


Aqam, Aqam bitik – Aqama sutra (buddist məzmunlu əsərlər toplusu)
Aqaru – Aquru (Əzvay ağacı)
Ayşani – Aisani (şimal-qərb)
Akasti – Aqasti (günəş və ayın mifik məkanı)
Akaş – Akasta ( fəza)
Akşobi – Akşobhya (səmada yaşayan 5 buddadan birinin adı)
Akujal – Akuşala (pis və günah işlər)
Amanuşi,Amanujş -Amanuşya (iblislərdən birinin adı)
Amita, Amita ayuşi – Amitayus (budda Amitabxın adlarından biri)
Anantrişsabaq -Anantaryasamadhi (ölümə məhkum günah)
Andiray – Antaraya (sərhədd)
Animişa – Animişa (şəxs adı)
Anityat – Anityata (birbaşa, bilavasitə. vasitəçisiz)
Apimuki – Abhimukhi (bodistavlığa ulaşma yolunun altıncı pilləsi)
Apiramani – Aparmana (ölçüyəgəlməz)
Apitiyi – Abhidheya (dini dərkin növlərindən biri)
Apramanaşub -Apramanaşubha (göydə yaşayan məxluqlardan bəisinin adı)
Apranamak – Apramanbha (göydə yaşayan məxluqların bir qisminin adı)
Apsmar – Apasmara (epilepsiya)
Aryadan – Aryadana (monastr)


Aryavalokdişvar – Aryavalokiteşvara (çəxs adı, bodistavlardan birinin adı)
Arxant, Arxantac (qadın cinsi),Arxint – Arhant (müqəddəs, nırvanaya gedən yolun son
mərhələsində olan şəxs)
Asanvarukiki – Asamvarika (günah içində batan adam)
Asanvır – Asamvara (dini qanunların pozulması)
Asrava- Asrava (günah, qəddarlıq)
Aşvını – Aşvini (ay zodiakının 28 ulduzundan biri)
Atavaki – Atavaka (iblis adı)
Badir – Patra (buddist rahiblərin sədəqə toplamaq üçün istifadə etdikləri qab)
Badra – Bhadra (şəxs adı)
Badrakalpiki – Bhadrakalpika (buddist xronologiyasının bir mərhələsi, erası)
Balika – Bhallika (şəxs adı)
Baranas – Varanasi (Benares şəhərinin qədim adı (?!), ola bilsun ki, bu toponim türkcədən
hind dilinə keçmişdir)
Barkasivadi, Barxasuvadi,Braxasvadi, Braxsuvati, Braxsvadi – Brhaspati (Yupiter planeti)
Basaman – Vaisravana (yakşa iblislərinin başçısı və şimal ölkələrinin hamisi)
Bavaqir – Bhavaqra (kainatın ən üstün nöqtəsi)
Benitpal – Bhindipala (nizə)
Bodi – Bodhi (hidayət olunma, təkmilləşmə, kamilləşmə)
Bodimant – Bodhimanda (biliklərə ulaşma taxtı)
Bodistav – Bodhisattva (bodistav)


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə