447
«inqilabi hərəkat» məzmununda xəfif, eyni zamanda sis-
temli məna rabitəsi vardır. Coşmaq, aşıb-daşmaq, mahnı
qoşmaq söz və ifadələri də həmin ayılmaq və dillənmək
məzmunundadır.
Cənubi Azərbaycanda şifahi xalq ədəbiyyatı on illər
boyu milli ədəbi-bədii təfəkkürün əsas ifadə forması
olmuşdur; şübhəsiz, bu, ədəbi dilin sonrakı taleyinə təsirsiz
qalmır, inqilabın qələbəsindən sonra meydana çıxan
mətbuatın dili də göstərir ki, folklor (eləcə də danışıq)
leksikası yazılı dilə nə qədər güclü axınla gəlmişdir.
Azərbaycan ədəbi dilinin lüğət tərkibi Şimalda rus
dilinin, Cənubda fars dilinin təsirinə məruz qalır; demək
lazımdır ki, hər iki dil – həm rus, həm də fars dilləri anali-
tik quruluşlu dillər olduğundan onların təsiri nəticəsində
Azərbaycan dilində də analitizm hiss ediləcək qədər
qüvvətlidir… Şimalda rus dilinin təsiri daha çox elmi üslub
vasitəsilə həyata keçirildiyi halda, Cənubda üslub diferen-
siallığının zəifliyi ilə əlaqədar olaraq, ümumiyyətlə, nitq
təzahürünün bütün formalarına fars dilinin təsiri özünü
göstərməkdədir. Lakin bu təsirdə bir stixiyalılıq da var,
adətən, fars sözü, yaxud ifadəsi işləndiyi mətnin leksik
tərkibinə uyuşmur, təsadüfi, daha doğrusu, situativ səciyyə
daşıyır, məsələn: «Təbrizdə bu günlər taksiçilər bir şanlı –
gözəl ebtekara əl qoyublar. Bu ebtekara görə taksiçilər dalı
şüşədə şüarlar – adlar Azərbaycan dilində yazırlar»
(«Koroğlu» məcəlləsi, № 1).
Ebtekar («təşəbbüs» deməkdir) sözü burada perspek-
tivsiz sözdür və şübhəsiz, leksik-semantik sistemin üzvi
tərkib hissəsinə çevrilə bilməz; bəs necə olur ki, Cənubda
ədəbi dilin lüğət tərkibi bu cür müxtəlif təmayülləri əks
etdirir? Görünür, bunun səbəbini, yuxarıda qeyd etdiyimiz
kimi, ədəbi dilin düşdüyü mədəni-ictimai mühitdə
448
axtarmaq lazımdır: hadisələrin, ictimai ovqatın sürətlə bir-
birini əvəz etməsi, bir sinxron mərhələdə müxtəlif dünya-
görüşlərin təmsil olunması müxtəlif nitq təzahürlərini
faktlaşdırır (yada salaq ki, Şimali Azərbaycanda da, xüsu-
silə 20-ci illərdə lüğət tərkibi belə bir vəziyyətdə olmuşdu –
bu da mədəni-ictimai mühitlə bağlı idi…).
Doktor Həmid Nitqi öz kitabını iki adla – «Yazı
qaydaları (imla qılavuzu)» adlandırır və bunlardan
birincisinə haqlı olaraq üstünlük verir; imlaya yox, yazıya,
qılavuza yox, qaydaya üstünlük verilməsi, əslində, Şimalda
yarım əsr bundan qabaq getmiş prosesi xatırladır. Bu və
buna bənzər faktlar göstərir ki, Cənubi Azərbaycanda ədəbi
dilin lüğət tərkibi Şimaldakından fərqli norma variantı
yaratmır, bəlkə, müəyyən gecikmələrlə ümumi normanın
arxasınca gəlir (onu təqlid edir), onu da əlavə edək ki, qeyd
olunan hal ümumən ədəbi dillərin tarixində nadir hadisədir.
Cənubi Azərbaycanda ədəbi dilin lüğət tərkibi üçün
səciyyəvi olan leksik paralellik (əsasən, türk-fars, bəzən də
türk-fars-Avropa paralelliyi) universal əlamətdir; həm
fonetik, həm leksik, həm də qrammatik normaya aiddir…
N.Cəfərov qeyd edir ki, «Şimalda arxaizm faktı kimi
qəbul olunan sözlərin Cənubda bəzən çevikliyi diqqəti cəlb
edir», bundan sonra isə müəllif yax, paxır, tiri-cəfa sözlə-
rini misal göstərir
1
. Əlbəttə, buraya daha bir sıra
nümunələri əlavə etmək mümkündür: yağmalanmaq – Onla
yağmalandım, onlarla talandım (Araz); qovzanmaq – Füzu-
litək göyə qovzandı ahım (F.Hasarlı); arxadaş – Duyuram
birbəbir arxadaşları (F.Hasarlı); rəğmən – Buna rəğmən
hərgiz bükülmədi belimiz (H.Nitqi) və s. Lakin sual olunur:
bu cür arxaik leksik vahidlərin çevikliyinə səbəb nədir?
1
N. Cəfərov. Cənubi Azərbaycanda ədəbi dil (normalar). – «Azərbaycan
müəllimi» qəz., 29 noyabr 1988-ci il.
449
Bizim fikrimizcə, bunun bir neçə səbəbi vardır:
1) Şimaldan fərqli olaraq, Cənubda köhnə ictimai
quruluşun, münasibətlər sisteminin qalması və buna uyğun
olan anlayışların yaşaması: məsələn, rəncbər, ərbab, şah,
nökər və s.
2) Şimaldan fərqli olaraq Cənubda ənənəvi estetik
mədəniyyətin, etnoqrafik təfəkkürün daha davamlı şəkildə
mühafizə edilməsi nəticəsində buna uyğun olan anlayışların
yaşaması; məsələn: o abi-həyat cənnəti-məva, guşeyi-
viranə, nəsib (olmaq), kəbə, yar və s. (H.Ş.Rəhgüzərin bir
şeirindən alınmış bu anlayışlar klassik estetik təfəkkürün
məhsuludur. Həmin estetika Cənubda bu gün də yaşayır).
3) Nəhayət, Cənubda ədəbi dilin lüğət tərkibindəki
artımın (zənginləşmənin) Şərq kontekstində getməsi; bu, o
deməkdir ki, Cənubi Azərbaycanda mədəni-elmi təfəkkür
Avropa standartlarını ləng qəbul edir, daha doğrusu, bu
standartları milliləşdirəcək (yaxud mənimsəyəcək) mədəni-
ictimai şərait yoxdur.
İran İslam inqilabından sonra Cənubda ədəbi dil,
prinsip etibarilə, stixiyalı surətdə inkişaf edir, halbuki
Şimalda lüğət tərkibinin inkişafındakı stixiyalılıq, demək
olar ki, aradan qaldırılmışdır; leksik norma, heç şübhəsiz,
təbii şəkildə yaranır, lakin bu prosesin linqvistik nəzarət
altında olması vacib şərtdir. Cənubda isə belə bir nəzarətin
həyata keçirilməsinə 70-ci illərin sonu, 80-ci illərin
əvvəllərində imkan yox idi… Hazırda isə mövcud material
əsasında müəyyən ümumiləşdirmələr aparmağa ehtiyac
duyulur (bu sahədə bəzi işlər artıq görülmüşdür; məsələn,
M. Peyfunun lüğətini qeyd etmək olar
1
)…
20-ci illərdən bu günə qədər Cənubi Azərbaycanda
ədəbi dilin lüğət tərkibi iki inkişaf mərhələsindən
1
M. Peyfun. Azərbaycanca-farsca lüğət, Tehran, nəşre-daneşpaye, 1983.
Dostları ilə paylaş: |