450
keçmişdir: 1) 20-ci illərin əvvəllərindən 40-cı illərin
sonlarına qədər və 2) 50-ci illərin əvvəllərindən 80-ci illərin
sonlarına qədər. Ədəbi dilin lüğət tərkibinin Cənubdakı
inkişaf mərhələlərinin formal baxımdan Şimaldakı inkişaf
mərhələlərinə uyğun olmasına baxmayaraq, inkişafın
xarakteri başqa-başqadır; belə ki, Cənubda ədəbi dilin lüğət
tərkibi 20-ci, 30-cu, eləcə də 50-ci, 60-cı illərdə qeyri-
intensiv inkişaf etdiyi halda, 40-cı illərin ortalarında və 70-
ci illərin sonu, 80-ci illərin əvvəllərində inqilabi sürətlə
inkişaf edir. Əslində, inkişaf qeyri-intensiv və intensiv
getdiyi illərdə leksik normalar bir-biri ilə tipoloji oxşarlığa
malikdir ki, bu da müəyyən müqayisələr aparmağa imkan
verir; istər 40-cı illərin ortalarında, istərsə də buna müvafiq
olaraq 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində Cənubda
ədəbi dilin lüğət tərkibi əvvəlki bir neçə onillikdə görün-
məmiş demokratizmə malik olur, inkişaf partlayışla gedir.
Beləliklə, Cənubi Azərbaycanda da ədəbi dilin lüğət
tərkibinin inkişafı Şimalda olduğu kimi müəyyən qanuna-
uyğunluqlara tabedir; eyni zamanda daha dərin qatlarda
yerləşən elə qanunauyğunluqlar da var ki, həm Şimalda,
həm də Cənubda lüğət tərkibinin inkişafını vahid hadisə
kimi idarə edir, …əgər belə olmasa idi, Cənubda inkişafın
partlayışlarla getməsi mümkün olmazdı; məsələ burasın-
dadır ki, milli dirçəlişin vüsət aldığı məqamlarda Şimalla
Cənub leksik normanın inkişafı baxımından mümkün qədər
bir-birinə yaxınlaşır, maksimum yaxınl-aşmaya isə
linqvistik deyil, ekstralinqvistik amillər mane olur.
* * *
F. de Sössür göstərir ki, «…dilin qeyri-sabitliyi ancaq
zamanın hərəkəti ilə müəyyən olunur. Beləliklə, coğrafi
451
müxtəliflik ümumi hadisənin ancaq ikinci aspekti kimi
qarşıda dayanır»
1
.
Cənubla Şimal arasında lüğət tərkibi – leksik norma
baxımından fərqlərin yaranması, prinsip etibarilə son
dövrlərə aiddir – sosialist inqilabının qələbəsindən sonra
Şimalda ictimai şüura əsaslı şəkildə təsir edən dil
quruculuğu prosesi getdi; bunun da mühüm vəzifələrindən
biri, məlum olduğu kimi, terminologiya məsələsi idi.
Terminologiya məsələlərinin müzakirəsi, rus-Avropa dil-
lərindən gələn terminologiyanın qəbulu, milli dilin daxili
potensiyası əsasında termin yaradıcılığı prosesləri elə bir
münasibət formalaşdırdı ki, bu, dərhal Şimalda funksional
olan ədəbi dilin lüğət tərkibində təbəddülat yaratdı.
Tərcümə işinin genişlənməsi (xüsusən Avropa yönümü
üzrə) də lüğət tərkibinin keyfiyyətinə təsir etdi. Halbuki
Cənubda Azərbaycan dilinin amansızcasına sıxışdırılması
onu məişət, bir də az-çox poeziya dili səviyyəsində saxladı.
Düzdür, 1944-1946-cı illərdə – inqilab illərində bir sıra
tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq ədəbi dilin
canlanması müşahidə edilir, lakin bu da uzun sürmədi;
Şimalla Cənub arasındakı söz-termin mübadiləsi (əlbəttə,
ədəbi dil norması səviyyəsindən) davamlı olmadı. Həm də
təkcə ona görə yox ki, vaxt az idi, həm də ona görə ki,
Cənubla Şimal arasında artıq ictimai-mənəvi (və mədəni)
fərqlər nəinki yaranmış, eyni zamanda dərinləşmişdi. Lüğət
tərkibi isə bu münasibətləri bir sistem halında əks
etdirməyə bilməzdi və həqiqətən əks etdirirdi.
M.C.Cəfərov çox doğru olaraq göstərir ki, Azər-
baycan ədəbi dilinin «son 60 ildə, sosializm quruluşu
şəraitində xeyli təkmilləşdiyi, daxili söz yaradıcılığı
1
Ф. де Сессюр. Труды по языкознанию. М., изд. «Прогресс», 1977, стр.
235.
452
imkanlarının artdığı və lüğət tərkibinin keçmişilə müqayisə
edilə bilməyəcək ölçüdə zənginləşdiyi də artıq hər kəsə
məlum olan bir həqiqətdir»
1
, halbuki həmin zənginləşmə
prosesi bu intensivlikdə Cənubda getməmişdir; təsadüfi
deyil ki, Cənubda leksik normada pərakəndəlik hələ də
güclüdür, bir tərəfdən ərəb, fars, bir tərəfdən Avropa, bir
tərəfdən də ana dili sözü bəzən paralel işlənir. Bu isə, heç
şübhəsiz, yazılı dil təcrübəsinin son illərədək az qala
itirilməsi ilə bağlı olmuşdur.
Şimalla Cənub arasında ədəbi dilin lüğət tərkibindəki
fərq funksional üslublara münasibətdə daha aydın görünür;
tədqiqat göstərir ki, Cənubda inqilabi hərəkat dövründə –
İran İslam inqilabından sonrakı ilk illərdə əsasən üç üslub
mövcud olmuşdur; bədii üslub, publisist üslub, elmi üslub
2
.
Bədii üslubda, qeyd etdiyimiz kimi, arxaik-etnoqrafik,
arxaik-klassik leksika, danışıq leksikası kifayət qədər
fəaldır. Şimalda xüsusilə 60-cı illərdən sonra ədəbi-bədii
dildə folklora meyilin artması Cənubla müəyyən uyğunluq
yaranmasına imkan verdi, lakin bu uyğunluq; heç şübhəsiz,
çox da böyük sahəni əhatə etmirdi. Cənub şeirinin dilində
ərəb, fars sözləri hətta milli dirçəliş – inqilab dövründə də
(İslam inqilabı nəzərdə tutulur) Şimaldakına nisbətən çox
işlənir; qəvvas, rövnəqli, dərbar, təhəmmül (Y.Şeyda);
istibdad, istemar, ərş, dəstur, nabud (olmaq), iqdam (M.
Dirəsrin) və s. ərəb, fars sözləri Şimalda şeir dili üçün,
demək olar ki, yaddır.
Cənubda bədii üslubun (ədəbi-bədii dilin) lüğət
tərkibinə, sözün normativ və estetik funksiyasına inqilabi
1
M.C.Cəfərov. Azərbaycan dilində yeni söz və söz birləşmələri yaradılması
problemləri. – Nitq mədəniyyəti məsələləri, Bakı, «Elm» nəş., 1988, səh. 5.
2
N.Cəfərov. Cənubi Azərbaycanda ədəbi dil (üslublar), «Ulduz» jur., 1989,
№ 1, səh. 86.
Dostları ilə paylaş: |