A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə147/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   149

 

460


20-ci, həm də 30-cu illəri vahid tipologiya xarakterizə edir

əlbəttə, tipoloji vahidlik, yekcinslik dialektik məzmunda 

anlaşılmalıdır, belə ki, 1920-ci 1940-cı illərdə Azərbaycan 

ədəbi dili lüğət tərkibinin normativ prinsipləri (struktur 

əsasları) müəyyənləşir və həmin əsaslar sonrakı mərhələdə 

ancaq funksional istiqamətdə təkamül prosesi keçirir, 

normativ dəyişmə müşahidə olunmur. 

40-cı illərdən etibarən lüğət tərkibində nisbi sabitlik 

var, həmin keyfiyyət 80-ci illərə qədər qalır,

 

deməli, elə bu 



sabitlik keyfiyyətinə görə 40-cı illərdən etibarən ədəbi dilin 

lüğət tərkibinin sovet dövründəki inkişafında II mərhələ 

başlanır və bizim günlərə qədər davam edir; 30-cu illərin 

sonuna doğru faktlaşan aşağıdakı əlamətlər II mərhələ üçün 

xarakterikdir: 1) ədəbi dilin lüğət tərkibinin inkişafında 

daxili imkanların maksimum aktivliyi; (leksik-semantik 

artım daha çox ifadə – söz birləşməsi yaradıcılığı hesabına 

gedir); 2) rus-Avropa alınmalarının ədəbi dilə milli söz 

yaradıcılığı prinsipləri əsasında qəbul edilməsi (həmin 

sözlərin işlədilməsindəki hərc-mərclik 50-ci illərdən 

etibarən aradan qalxır); 3) ərəb-fars mənşəli sözlər həm 

məzmun, həm də forma planında daxili imkanlar tərəfindən 

idarə olunur, onun keyfiyyət göstəricisinə çevrilir. 

II mərhələdə iki yarımmərhələnin – 1940-1960-cı illər 

və 1960-1980-ci illərin avtonomluğu diqqəti cəlb edir; 40-

cı, 50-ci illərdə I mərhələyə məxsus bəzi əlamətlər qalır, 

eyni zamanda II mərhələnin tipologiyası aşkarlanır, 60-cı, 

70-ci illərdə isə II mərhələ bütün keyfiyyəti ilə özünü 

təsdiq edir – bu, lüğət tərkibində funksional-stilistik 

diferensiasiyanın dərinləşməsi ilə əlaqədar olaraq normanın 

sabitləşməsindən ibarətdir. 40-cı, 50-ci illərdə lüğət 

tərkibində gedən proseslərin hər bir funksional üslub üçün 

avtonomluğu meydana gəlir; nəticədə hər bir üslubun öz 



 

461


kontekstində və ictimai-linqvistik funksiyasına müvafiq 

olan axtarışlar aparılır – lüğət tərkibinin üslubi diferen-

siasiyası onun mənzərəsini də müəyyən edir. 60-70-ci 

illərdə iki mühüm meyil lüğət tərkibinin diferensi-asiyasını 

gücləndirir: bunlardan birincisi bədii üslubdan başlayıb 

sonra başqa üslublara yayılan demokratikləşmə (xalq 

danışıq dilinə, dialektlərə meyiletmə), ikincisi isə ETİ ilə 

əlaqədar elmi-texniki terminologiyanın axınından ibarətdir. 

Əslində, bu meyillər bir-birini kompensasiya edir; belə ki, 

demokratikləşmə prosesi ədəbi dili milli zəminə bağlayır, 

elmi-texniki terminologiya axını isə onu müasirləşdirir, 

nəticədə ədəbi dil elmi-mədəni inkişafın müasir tələblərinə 

cavab verməklə yaşamaq hüququnu təmin edir. 

Əlbəttə, sovet dövrü Azərbaycan ədəbi dili lüğət 

tərkibinin bir keyfiyyət faktı kimi dərk edilməsi iki sinxron 

mərhələnin tarixi-dialektik münasibəti ilə də təsdiq olunur; 

normalaşma elə bir linqvistik-qneseoloji prosesdir ki, o 

həm ilkin normalaşmanı, həm də üslubi diferensiasiyanın 

sabitləşməsini ehtiva edir, – bu baxımdan, yəni geniş 

mənada normalaşma prosesi ədəbi dilin lüğət tərkibinin 

sovet dövründəki inkişafını bütövlükdə xarakterizə etmiş 

olur. Ona görə də sovet dövrü Azərbaycan ədəbi dili lüğət 

tərkibi eyni zamanda ikinci aspektdən – bütöv bir tam 

halında nəzərdən keçirilməklə sintetik-diaxron aspektdən 

tədqiq edilir; bu cür tədqiqat üçün metodiki baxımdan daha 

əlverişli sahə lüğət tərkibinin zənginləşməsindən ibarətdir – 

zənginləşmə lüğət tərkibinin strukturunda baş verən əsas 

proseslərin diaxron mənzərəsini açır, tarixi-mədəni inkişa-

fın leksik-semantik sistemdə faktlaşma tərzini aşkara 

çıxarır. 

Azərbaycan ədəbi dilinin lüğət tərkibi başlıca olaraq 

daxili imkanlar hesabına inkişaf edir, bu isə o deməkdir ki, 




 

462


təbii-tarixi zənginləşmədə dil öz daxili potensiyasına 

dayanır, eyni zamanda lüğət tərkibinin inkişafına şüurlu-

elmi müdaxilə də bu cəhəti nəzərə alır, mümkün olan 

nəzarəti qeyd edilən istiqamətdə (dilin öz daxili poten-

siyasına əsaslanmaqla) həyata keçirir. Daxili imkanlar 

hesabına lüğət tərkibinin zənginləşməsi – inkişafı, 

şübhəsiz, birinci növbədə arxaikləşmə prosesi ilə yeni 

sözlərin yaranması prosesinin məntiqi əlaqəsində özünü 

göstərir; sovet dövründə xeyli miqdarda söz köhnəlir 

(inqilabın məhv etdiyi ictimai-mənəvi münasibətlərin bütöv 

bir sisteminin tarix səhnəsindən çıxması ilə əlaqədar 

olaraq), eyni zamanda bundan da tat-qat çox söz (ifadə) 

yaranır – hər iki proses bilavasitə ekstralinqvistik amillərlə 

– sosialist inqilabı, ETİ ilə bağlıdır. Lakin ədəbi dilin lüğət 

tərkibindəki köhnəlmə-yeniləşmə hərəkatının (əslində, 

köhnəlmə və yeniləşmədən ibarət iki prosesin müstəqilliyi 

şərtidir, biz bu şərtilikdən çıxış edib həmin prosesləri 

məntiqi əlaqədə – vahid hadisə kimi alırıq) linqvistik tərəfi 

mövcuddur – buraya aşağıdakıları daxil edirik: 

– lüğət tərkibində köhnəlmə-yeniləşmə hərəkatının 

faktlaşma imkanı, yəni köhnəlmə-yeniləşmə prosesini 

ictimai-psixoloji hadisə kimi dil hansı intensivlikdə qəbul 

edir; 

– köhnəlmə-yeniləşmə hərəkatı lüğət tərkibində söz 



yaradıcılığı prosesinin hansı istiqamətlərini passivləşdirir, 

hansıları isə aktivləşdirir

– nəhayət, köhnəlmə-yeniləşmə hərəkatı leksik-

semantik sistemə necə təsir göstərir, hansı leksik-semantik 

sahələrin həcmini daraldır, hansıların həcmini genişləndirir. 

Dil faktlarının ardıcıl olaraq təsdiq etdiyi kimi, 

köhnəlmə-yeniləşmə hərəkatı ədəbi dilin lüğət tərkibini 

sovet dövründə sosialist təfəkkürünün ifadəsi üçün əlverişli 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə