5
əsaslar üzərində yenidən qurulmağa başlayır, XVII-XVIII
əsrlərdə bu proses xüsusi sürətlə davam edir.
I dövrdə Azərbaycan ədəbi dili ümumxalq dili əsa-
sında surətlə inkişaf edir
1
. XVII-XVIII əsrlərdə ədəbi dildə
milli elementlərin cücərtiləri meydana gəlir və bu mənada
XVII, xüsusən XVIII əsrdəki ədəbi dil II dövrə keçid kimi
xarakterizə edilir.
XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Azərbay-
can ədəbi dilinin demokratikləşməsi elə bir səviyyəyə çatır
ki, birinci növbədə norma planında milli keyfiyyətlərə ma-
lik olur. XIX əsr boyu, xüsusilə XX əsrin əvvəllərində milli
özünüdərketmə prosesi ədəbi dili də milli əsaslar üzərinə
qaldırır.
Azərbaycan ədəbi dilinin II dövründə funksional üs-
lubların diferensiasiyası güclənir; elmi üslub müəyyən
imkanlara malik olur, publisist üslub təşəkkül tapır, eləcə
də ədəbi-bədii dilin müxtəlif istiqamətləri müəyyənləşir
(məs., satira dili, nəsr dili, dram dili və s).
II dövrün sonuna doğru ədəbi dil bu və ya digər ideo-
loji mövqedən müzakirə obyektinə çevrilir – müzaki-rələrin
gedişində ədəbi dilin ictimai-siyasi statusu artır; ədəbilik
aktı (yaxud ədəbiliyin xarakteri) ancaq dilin kor-təbii
inkişafı ilə deyil, elmi-ictimai mövqedən qiymətlən-dirilir
2
.
Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan ədəbi
1
Бах: Ю.Б.Юсифов. О некоторых языковых элементах тюркского исто-
рика — Советская тюркология. 1974, № 2. Ю.Б.Юсифов. Об актуальных
проблемах этнической истории Азербайджана – проблемы изучения
источников по истории Азербайджана. Баку, 1989.
2
Azərbaycan ədəbi dili tarixinin ikinci dövrü barədə bax: T.Hacıyev. Azər-
baycan ədəbi dili tarixi, II h.,Bakı, «Maarif» nəşriyyatı, 1986; T.Hacıyev. XX
əsrin əvvəllərində Azərbaycan ədəbi dili, B., «Maarif» nəşriyyatı, 1978; M.
Cahangirov.Azərbaycan milli ədəbi dilinin təşəkkülü, I h., Bakı, «Elm»
nəşriyyatı, 1978 və s.
6
dilinin tarixində III dövr başlayır, – bu dövrün əsas əlaməti
ədəbi dilin istər norma, istərsə də üslub planında milli
əsaslar üzərində daha çox inkişaf edib kütləviləşməsindən,
indiyə qədər görünməmiş səviyyədə diferensiallaşmasından
ibarətdir; ədəbi dilin tarixinin III dövrü davam edir.
Sovet dövründə ədəbi dilin inkişafı onun başqa dövr-
lərdəki inkişafından, demək olar ki, əsaslı şəkildə fərqlənir;
hər şeydən əvvəl ona görə ki, həmin dövrdə ədəbi dilin
sosial bazası görünməmiş dərəcədə genişlənir, milli-ictimai
təfəkkürlə ədəbi dil arasındakı sədlər aradan qalxır,
nəticədə o, sözün həqiqi mənasında, milli mədəniyyətin
əsas ifadə formasına çevrilir. Ədəbi dil bu dövrdə
kütləviləşir, – halbuki buna qədər dövrün nitq norması fərdi
üslub əsasında müəyyən olunurdu; kütləviləşmə isə elə
amildir ki, nitq normasını, eləcə də funksional üslub
diferensiasiyasını daha geniş kontekstdə araşdırmağı tələb
edir. Mədəni-ictimai idrakın tutumu, sahələri ədəbi dildə
öz səviyyəsini və sferalarını formalaşdırır, norma ilə
üslubların münasibətində əvvəlkindən fərqli kəmiyyət və
keyfiyyət nisbəti müəyyənləşir. İctimai intellekt ədəbi dildə
hansı intensivliklə reallaşırsa, ədəbi dil də ictimai
intellektin tərbiyəsində həmin intensivliklə iştirak edir – bu
isə o deməkdir ki, norma, üslub diferensiallığı kütləvi
təfəkkürə yiyələndikcə özü də həmin təfəkkürün məhsuluna
çevrilir; beləliklə, norma-üslub kütləvi təfəkkür kompo-
nentləri getdikcə daha elastik münasibətə malik olur.
Sovet dövründə ədəbi dilin inkişafı ardıcıl, şüurlu
nəzarət altında gedir; orfoqrafiya prinsipləri müəyyənləş-
dirilir, lüğətlər tərtib edilir, qrammatika kitabları yazılır,
normanın, funksional üslubların nisbi sabitliyi gözlənilir…
Ən ciddi inkişaf isə, şübhəsiz, semantik aspektdə
gedir – bu sahədə nisbi sabitliyi faktlaşdırmaq, ümumən
7
prosesin özünü nəzarət altında saxlamaq çətin olsa da,
kütləvi təfəkkürdəki inqilabi dəyişiklik stixiyası belə bir
nəzarətçi qüvvə kimi müəyyənləşir; inqilabi təfəkkür isə
birinci növbədə leksik normada təbəddülat yaradır, çünki
mədəni-tarixi şərait ictimai varlığa qneseoloji münasibətin
xarakterini əsaslı şəkildə dəyişdirmişdi – ona görə də
leksik-semantik sistemin yenidən təşkili idraki zərurət idi.
Lüğət tərkibinin bu dövdəki inkişafı, mahiyyəti
etibarilə, mürəkkəb hadisədir – burada həm ədəbi dilin
struktur-funksional təkamülü, həm də ictimai idrakın tərəq-
qisi ehtiva olunur. Odur ki, lüğət tərkibi eyni zamanda həm
linqvistik, həm də fəlsəfi-psixoloji məzmunda dərk edilir.
Leksik-semantik inkişafın linqvistik planı ilə fəlsəfi-
psixoloji planı ictimai təfəkkür ümumiliyində birləşir; lüğət
tərkibinin inkişafını universal kontekstdə araşdırmağın
metodoloji əsasları işlənib hazırlanmadığı üçün müəyyən
diferensial keyfiyyətlərin uyğun təsvirini vermək bir sıra
hallarda mümkün deyil. Xüsusilə o hallarda ki, şüurlu
nəzarət lüğət tərkibinin kortəbii inkişaf məntiqinə qarşı
durur; ədəbi dildən heç bir əsası olmadan ərəb-fars mənşəli
ümumişlək leksikanın çıxarılması, yaxud yenə də heç bir
əsası olmadan rus-Avropa sözlərinin ədəbi dilə qəbul
edilməsi nə ədəbi dilin struktur-funksional təkamülü, nə
ictimai idrakın tərəqqisi, nə də ümumən ictimai təfəkkürün
inkişaf universallığı baxımından izah olunur. Bununla belə,
sovet dövründə lüğət tərkibinin inkişafı müəyyən linqvis-
tik-qneseoloji qanunauyğunluqlara tabedir, – əslində,
məqsəd də həmin qanunauyğunluqları dil faktları əsasında
şərh etməkdən ibarətdir. Bu kitab məhz həmin sahədə geniş
planlı ilk tədqiqatdır.
Ali məktəblərdə tədris edilən «Azərbaycan ədəbi dili
tarixi», «Müasir Azərbaycan dili» və müvafiq ixtisas
Dostları ilə paylaş: |