8
kursları üçün nəzərdə tutulmuş bu vəsaitdən filologiya
fakültələrinin tələbələri, orta məktəb müəllimləri, gənc elmi
işçilər, aspirantlar və ədəbi dilimizin inkişaf yolu ilə maraq-
lanan bütün oxucular istifadə edə bilərlər.
Xeyirxah məsləhətləri ilə bizə kömək edəcək yoldaş-
lara əvvəlcədən təşəkkürümüzü bildiririk.
9
I FƏSİL
SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİ DİLİ:
İNKİŞAF PROBLEMLƏRİ, NORMALAR VƏ
ÜSLUBLAR HAQQINDA
Ədəbi dil və onun lüğət tərkibinin
bəzi inkişaf problemləri
Keçən əsrin 20-ci illərindən milli dillərin inkişafına
güclü təkan verildi. Azərbaycan ədəbi dili də məhz
inqilabdan sonra əsrlərlə məruz qaldığı assimilyativ
təsirlərdən xilas oldu, real zənginləşmə imkanları qazandı
və xəlqi prinsiplər əsasında yeni normalaşma prosesinə
daxil oldu. Milli dillərin inkişafına, milli məsələyə yeni
baxış ayrı-ayrı dillərin inkişafında həqiqi mənada böyük rol
oynadı. Milli məsələ və millətlərin öz müqəddəratını təyin
etmək hüququ haqqında təlim azlıqda qalan xalqları hər cür
zorakılıq və asılılıqdan qurtardığı kimi, dillərin inkişafına
mane olan yad təsirləri də qırıb atmaq üçün əsaslı zəmin
yaratdı.
Azərbaycan ədəbi dili sovet dövründə yeni inkişaf
mərhələsinə qədəm qoydu. Bu dövr Azərbaycan dili
tarixində əlifba, orfoqrafiya məsələləri ilə yanaşı, leksik,
semantik və qrammatik proseslərin coşğun inkişafı
dövrüdür. Əlifba və orfoqrafiya məsələləri ilə bağlı qərar
və göstərişlər əhalinin savadlanması, ümumi mədəni
səviyyənin yüksəldilməsi kütləvi təhsil sahəsində başlıca
tədbirlərdən idi. Yeni ictimai-iqtisadi quruluşla, sosial
inkişaf və elmi-texniki tərəqqi ilə əlaqədar yeni söz
birləşmələri, leksik və sintaktik vahidlər meydana çıxır və
bunların xəlqi ifadə üsulları dilin normalaşması prosesinə
10
çox böyük təsir göstərirdi. Bir sıra sözlərin mənaca
genişlənməsi, yaxud daralması, yeni məna qazanması, yeni
leksik və leksik-qrammatik vahidlərin yaranması dilin lüğət
tərkibinin inkişafında mühüm rol oynayırdı.
«Sovet hakimiyyəti illərində qazandığımız ən böyük
qələbələrdən biri də milli dillərin, o cümlədən, Azərbaycan
dilinin yüksək dərəcədə inkişaf etməsidir. Yalnız sovet
dövründə Azərbaycan xalqı dövlət idarələrində ana dilini
işlətmək hüququ aldı. Çünki Azərbaycan xalqı milli
istiqlaliyyət qazanaraq öz milli dövlətini – Azərbaycan
Sovet Sosialist Respublikasını yaratdı. Dil yalnız məişətdə,
ədəbi və elmi əsərlərdə yaşamaqla məhdudlaşmayıb,
iqtisadi, ictimai həyatın hər bir sahəsində və o cümlədən
dövlət idarələrində geniş şəkildə işlənmək imkanı əldə
etdi»
1
.
Bütün əvvəlki dövrlərdə olduğu kimi sovet dövründə
də Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı dilin
digər yaruslarına nisbətən daha sürətli, daha mütəhərrik
olmuşdur. Həm də bu sürət öz keyfiyyətinə görə əvvəlki
dövrlərdən fərqlənir. Bu surət ictimai-siyasi həyatdakı
dinamikaya uyğundur. Mövcud həyat tərzi feodalizm və
kapitalizm formasiyalarındakı inkişafdan müqayisəedilməz
dərəcədə yüksək sürətlə irəliləyirdi. Təbii ki, bu vəziyyət
ictimai həyatla bilavasitə bağlı olan, onun hər bir
dəyişikliyinə reaksiya verən dilə, xüsusilə dilin lüğət
tərkibinə dərhal öz təsirini göstərirdi. Həqiqətən, bu dövrdə
lüğət tərkibinin inkişafı, yeni söz yaradıcılığı sosial-ictimai
şəraitdən doğan dinamikaya mütənasib vüsət götürür. 20-ci
illəri həyatın bütün sahələri üzrə, o cümlədən dil cəhətdən
qarşılıqlı təsir dövrü adlandırmaq olar. Bu dövrün leksikası
1
M. İbrahimov. Azərbaycan dili, Bakı, Azərb. SSR EA nəşri, 1957, səh. 71-
72.
11
üslubi rəngarəngliyə malik variantlarla zəngindir. Leksik
normadakı qeyri-sabitlik, dəyişkənlik nitqin müxtəlif
sahələrində onun dərk edilməsindəki özünəməxsusluqla,
norma hüdudlarının müəyyənləşməsindəki qəribəlik,
anlaşılmazlıq və dolaşıqlıqla xarakterizə olunur.
20-ci illər, ümumiyyətlə, ədəbi dilin tarixində az
təsadüf olunan situasiyalar dövrüdür; belə ki, ədəbi dilin
vəziyyətini eyni zamanda iki baxımdan təsvir etmək olar –
öz təbii inkişafı və qısa müddətdə xarici dillər çərçivəsində
yaradılmış süni konservasiya. İlk dövrlərdə köhnə sözlərlə
yeni sözlərin mübarizəsi gedir, sosial-iqtisadi, elmi-texniki
inkişafla əlaqədar daxili imkanlar hesabına yeni sözlər
yaradılmasına böyük ehtiyac hiss edilir. Alınma sözlərin
potensialı artır və bununla yanaşı, onların işlənmə perspek-
tivlərini tənzim etmək lüzumu ortaya çıxır. Belə-liklə, dilin
lüğət tərkibinin də normalaşdırılması sahəsində mübarizə
başlayır. Bu mübarizədə dilin daxili imkanlarının ön plana
çəkilməsi əsas və həlledici əhəmiyyətə malik olmuşdur.
Lakin lüğət tərkibinə olan münasibət ayrı-ayrı mərhələlərdə
müxtəlif səciyyə daşımışdır. Belə ki, məsələn, 20-30-cu
illərdə lüğət tərkibində baş verən dəyişmələrlə 50-60-cı
illər arasındakı dəyişmələrdə əsaslı fərq müşahidə olunur.
Ədəbi dilin lüğət tərkibinin ayrı-ayrı mərhələlər üzrə
inkişaf xüsusiyyətlərinin izlənilməsi sabitləşən, köh-nələn
və yeni yaranan dil vahidlərinin ümumi mənzərəsini də
təsəvvür etməyə imkan yaradır.
Sosializm quruculuğu və SSRİ xalqlarının birliyi ilə
əlaqədar SSRİ xalqları dillərindəki inkişaf xüsusiyyətləri
arasında da bir ümumilik və yaxınlıq mövcuddur. B u
yaxınlıq, hər şeydən əvvəl, dillərin inkişafına təsir göstərən
bir sıra ekstra-linqvistik amillərlə səciyyələnir.
Sovet dövründə bu amillərin başlıcası sosial-siyasi
Dostları ilə paylaş: |