21
terminologiya qaydaya salınır, çoxlu sayda terminoloji
lüğətlərin hazırlanmasına qayğı göstərilir.
Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili
olması ilə xalqın ictimai-siyasi mühitə müdaxiləsi geniş-
lənir; istər ədəbi-bədii, istər publisist, istərsə də elmi mühi-
tə kütləvi axın baş verir, məktəblər açılır, elmi təd-qiqat
müəssisələri yaranır, mətbuatın fəaliyyət dairəsi genişlənir,
beləliklə, ədəbi dilin lüğət tərkibi də onun sintaksisi ilə
birlikdə zənginləşir.
T.İ.Hacıyevin ifadəsi ilə desək, «ana dilinin dövlət
dili kimi rəsmiləşdirilməsi, dövlət aparatına, idarə siste-
minə daxil olması ilə Azərbaycan xalqı öz ədəbiyyatı və
mənəviyyatı ilə yaşamağa, öz ruhu ilə ruhlanmağa imkan
tapdı»
1
.
Ədəbi-bədii, publisist, hətta elmi dilə 20-ci, 30-cu
illərdə qarşısıalınmaz şəkildə dialekt leksikası gəlir, daha
doğrusu, o leksika gəlir ki, onun normativləşmə imkanı
qarşısında uzun müddət ictimai-siyasi, mədəni maneələr
olmuşdur. M.A. Şirəliyev 1944-cü il dil konfransında doğru
olaraq göstərir ki, xalq arasında işlənən istilahlar
öyrənilmədiyindən çox vaxt rus-Avropa sözləri ilə əvəz
edilmişdir. Müəllifin verdiyi siyahıdan bir neçə nümunəyə
baxaq: brak – çıxdaş; sort – çeşid; probka – tıxac; partner
– oyundaş; akrobat – canbaz, kəndirbaz; pustula – irinlik;
svinoroy-(donuzeşən) – çayır otu; harmal – üzərrik;
belladonna – xanımotu; stul – oturacaq; kefir – körəməz;
Venera – dan ulduzu, zöhrə; Bolşaya Medvediça ( böyük
1
T.İ.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, II hissə, Bakı, «Maarif» nəş.,
1987, səh. 253.
22
ayı) – yeddi qardaş (ulduz) və s.
1
Xalq dilinə siyasi rəğbət az qala etnoqrafik fakta –
eksponata çevrilmiş lüğəvi vahidlərin fəal ictimai həyata
cəlb edilməsi ilə nəticələnir; əlbəttə, bu tipli sözlərin heç də
hamısı ədəbi-normativ səviyyədə möhkəmlənə bilmir,
ancaq əksər qismi möhkəmlənir və lüğət tərkibinin
keyfiyyətinə təsir edir, onu demokratik, xəlqi əsaslara daha
möhkəm bağlayır. Həm də məsələ burasındadır ki, xalq
dilindən alınmış sözlər təkcə ədəbi-bədii dilə deyil, eyni
zamanda publisist, elmi üslublara da daxil olur.
Şübhəsiz, «funksional üslubların diferensiallaşma-
sında və onların daha da təkmilləşməsində dilin leksik
vasitələri böyük rol oynayır. Əgər lüğət tərkibində üslubi
istifadə zamanı xüsusi çalar kəsb etmiş spesifik leksik qat
yaranmışsa, bu heç də təsadüfi olmamışdır, əksinə,
ümumistifadə sözləri ilə qırılmaz şəkildə baş vermişdir ki,
belə sözlər də funksional üslubların leksikasının inkişafının
əsasını təşkil edir»
2
. Bu mənada sovet dövründə
Azərbaycan ədəbi dilinin lüğət tərkibi həm kəmiyyətcə,
həm də keyfiyyətcə inkişaf edir. İnqilabdan sonra
Azərbaycanın müxtəlif regionlarından olan ziyalıların
Bakıda fəaliyyət göstərməsi lüğət tərkibinin demokratik
əsaslar üzrə inkişafının sosial şərti kimi diqqəti cəlb edir.
30-cu illərdə Azərbaycan ədəbi dilinin leksik norması
sabitləşir
3
, «terminoloji hərc-mərclik» (T. Hacıyev), heç
olmasa, psixoloji baxımdan aradan qalxır, yəni əksəriyyət
1
M.Ş.Şirəliyev. İstilahlar yaradılmasındakı əsas prinsiplər. – Dil institutunun
əsərləri, Bakı, Azərb. SSR EA nəşri, I cild, 1947, səh. 30-31.
2
Эсмурат Бердимуратов. Развитие каракалпакской лексики в связи с
развитием функциональных стилей литературного языка, АДД,
Ташкент, 1973, стр. 11.
3
Bu barədə bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, Bakı, ADU nəşri,
1976, səh. 57.
23
hansı mənbəyə istinad etməyin optimallığını dərk edir və
bundan sonra o vahid ki, artıq qəbul olunur, onu dildən
çıxarmaq təklifləri kəsilir; qeyd etmək gərəkdir ki, bütün bu
proseslər – hərc-mərclik də, nizamadüşmə də ölkənin
ictimai həyatında, mədəni-tarixi ənənələrə münasibətdə baş
verən dəyişmələri, ümumən ictimai-siyasi inkişafın
qanunauyğunluqlarını əks etdirir.
İctimai-siyasi inkişaf, təsərrüfat həyatının canlanması,
kollektivləşmə, sənayenin, mədəniyyətin yüksəlişi ədəbi
dilin, birinci növbədə lüğət tərkibinin imkanlarını genişlən-
dirir dedikdə təkcə o nəzərdə tutulmur ki, leksika yeni
fəaliyyət sferaları əldə edir; həm də o nəzərdə tutulur ki,
söz zövqü, söz duyğusu, hətta söz siyasəti həmin sferalarda
yeni cəmiyyətin qurulması uğrundakı mübarizənin gedişini
də ehtiva edir və bunun nəticəsində lüğət tərkibi məzmunca
milli əsaslar üzərində yenidən qurulur. Bu, sovet dövründə
Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf özünə-
məxsusluğunu müəyyən edən üçüncü cəhətdir və bunu şərh
etməyə çalışaq.
Əvvəlcə onu qeyd edək ki, hər üç cəhət bir-biri ilə
dialektik əlaqədədir və bir-birini şərtləndirir; lüğət
tərkibinin ictimai, eləcə də stilistik fəaliyyət dairəsinin
genişlənməsi onun məzmunca yeni əsaslar üzərində
qurulması ilə bilavasitə bağlıdır, eyni zamanda bu cür
bağlılığın kökləri, qeyd etdiyimiz kimi, inqilabdan əvvəlki
dövrlərə gedib çıxır və belə zənn edirik ki, sovet dövründə
Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf qanuna-
uyğunluqları bu üç cəhətdən, onun müəyyən etdiyi prinsip
və parametrlərdən kənarda mövcud ola bilməz. Əslində,
burada lüğət tərkibinin inkişaf məntiqini aşkarlayan
kontekst təsəvvür edilir; həmin kontekst həm realdır—
ədəbi dilin mövcudluğu ədəbi dilin arxasında dayanan
Dostları ilə paylaş: |