30
verilib-verilməməsi, hər şeydən əvvəl, dilin öz təbiəti, lüğət
tərkibinin, söz yaradıcılığının tipologiyası ilə bağlıdır.
Prinsip etibarı ilə, proses SSRİ xalqlarının yazı ənənəsi
olan ədəbi dillərində həm keyfiyyət, həm də kəmiyyət
münasibətinə görə oxşardır: keyfiyyət planında – ənənəvi
leksika sosialist məzmununa uyğunlaşır, həmin prinsiplə
yeni sözlər yaradılır; kəmiyyət planında – bütün mərhə-
lələrdə olduğu kimi, yeni yaranan sözlər arxaikləşən söz-
lərdən çox olur, ən çox ictimai-siyasi leksika yaranır və
arxaikləşir
1
, çünki təfəkkürün bu sahəsi daha sürətlə
inkişafda olur.
Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərki-
bində sistem-struktur münasibətlərinin yeni sahələri müəy-
yənləşir. 30-cu illərdən etibarən kənd təsərrüfatının intensiv
inkişafı, kollektivləşmə, sənayeləşmə prosesləri, bir qədər
sonra elmi-texniki inqilabın sürətlə irəliləyişi leksik
normada funksional baxımdan təbəddülat yaradır. Üslub-
ların inteqrasiya prosesi gedir, deyək ki, elmi üslubda
işlənən sözlər başqa üslublara, hətta danışıq dilinə keçir.
Elmi-texniki inqilab hər sahədə, o cümlədən ictimai
münasibətlər sahəsində özünü büruzə verir, mədəni-mənəvi
mühitdə təbəddülat əmələ gəlir; texnika nəinki iqtisadi-
təsərrüfat, hətta sosial-psixoloji aləmdə də dəyişiklik
yaradır: 50-ci illərdən etibarən lüğət tərkibinə qarşı-
sıalınmaz bir surətdə elmi-texniki leksika, abreviaturaların
bütöv bir sistemi daxil olur. 50-ci, 60-cı illərdə ədəbi dilin
lüğət tərkibinə gələn elmi-texniki leksika həcminə,
funksional fəallığına görə ancaq 20-ci, 30-cu illərdə gələn
ictimai-siyasi leksika ilə müqayisə oluna bilər; 20-ci, 30-cu
illərdə ədəbi dilə gələn ictimai-siyasi leksika dil
1
Н.А.Шарапов. Пути развития лексики современного таджикского
литературного языка, АДД, Баку, 1974, стр. 4-5.
31
təfəkküründə nə qədər aparıcı qüvvəyə, psixoloji çəkiyə
malik olursa, 50-ci, 60-cı illərdə gələn elmi-texniki leksika
da o qüvvədə, o çəkidədir. 60-cı, 70-ci illərdə ədəbi dil xalq
dilinə (birinci növbədə, ədəbi-bədii dildə xalq dilinə
qayıdış baş verir) nə qədər yaxınlaşırsa da, elmi-texniki
leksikanın ümumi dil mühitində yaratdığı təəssürat yenə
güclü olur, müxtəlif leksik-semantik sahələrə də təsir edir,
stilizasiya imkanlarının novatorluğu ilə diqqəti çəkir. K. M.
Musayevin qeyd etdiyi kimi, «elmi-texniki tərəqqinin güclü
inkişafı ilə bağlı olaraq beynəlxalq leksik fondun, xüsusən
elmi-texniki terminologiyanın genişlənməsi hesabına
demək olar ki,
bütün türk dillərinin terminoloji tərkibində
böyük dəyişikliklər baş vermişdir», şübhə yox ki, «milli
dillərdə terminlərin yaradılması heç də həmişə həmin
ərazidə sənayenin və elmin inkişaf səviyyəsi ilə müəyyən
edilmir.
Elmi-texniki terminologiya öz mahiyyəti etibarilə
əhəmiyyətli dərəcədə beynəlmiləl xarakter daşıyır, çünki
müasir dövrdə hər bir yeni kəşf, elm və texnikanın yeni
nailiyyəti bütün xalqların malı olur. Xalqların ictimai-siyasi
inkişafı da qanunauyğun şəkildə beynəlxalq ictimai-siyasi
terminologiyanın yaranması ilə bağlıdır»
1
.
Azərbaycan ədəbi dili lüğət tərkibinə beynəlmiləl
leksikanın təsiri onun strukturunda müəyyən münasibətlər
yaradır: milli (yaxud artıq milliləşmiş) olanla beynəlmiləl
olan qarşılaşır; bu xüsusiyyət bütün türk dillərində özünü
göstərir.
2
Qarşılaşma bir qayda olaraq funksional-üslubi
diferensiasiyanın ədəbi dildəki dərinliyi ilə idarə olunur,
belə ki, adətən beynəlmiləl söz elmi, yaxud elmi-texniki
1
К.М.Мусаев. Современная терминология литературных тюркских
языков Советского Союза. – СТ, 1981, № 6, стр. 9-10.
2
Yenə orada.
32
ədəbiyyatın, milli (eləcə də milliləşmiş) söz isə, məsələn,
bədii ədəbiyyatın dilində mühafizə edilir. Şübhəsiz ki, həm
beynəlmiləl olanı, həm də milli olanı yaşadan ictimai-
mədəni baza mövcuddur və bunlar dil təfəkküründə öz
proyeksiyasını tapır, nəticədə, lüğət tərkibində paralel-
sinonim vahidlərin yaşaması üçün şərait əmələ gəlir.
Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişafını xarakterizə edən əlamətlərdən ən mühümü
inkişafın bütün mərhələlərində daxili imkanlara üstünlük
verilməsidir; bu həm dilin daxili leksik-semantik poten-
siyasının genişliyini, həm də onun elastikliyini – stilizasiya
imkanlarını nümayiş etdirir. Şübhəsiz, ictimai-siyasi,
mədəni-mənəvi proseslərin nitq prosesləri ilə daxili əlaqədə
getməsi, milli-mədəni təfəkkürün bütün sahələr üzrə
diferensial inkişafı da burada şərtdir. Əgər milli-mədəni
təfəkkür, məsələn, elmi-texniki tərəqqini qəbul etməyə
hazır olmasaydı, heç elmi-texniki leksika da lüğət tərkibinə
daxil ola bilməzdi, kənar üslublara, deyək ki, bədii, yaxud
publisist üsluba isə ümumiyyətlə keçə bilməzdi.
Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafının istər
tarixi-ictimai, istərsə də linqvistik-qneseoloji qanunauy-
ğunluqları qədim yazı ənənələri olan digər SSRİ xalqları
dilləri lüğət tərkibinin inkişaf qanunauyğunluqları ilə
tipoloji oxşarlığa malikdir. Bu hal həmin inkişaf xüsu-
siyyətlərinin universallığını təsdiq edir.
Elmi-dilçilik təfəkkürü 30-cu illərdən etibarən
Azərbaycan ədəbi dili tarixinin sovet dövrünü keyfiyyətcə
fərqli bir mərhələ kimi dərk edir, belə ki, sovet dövrünün
əlamətdar cəhətləri ədəbi dildə məhz bu zaman diqqəti cəlb
edəcək şəkildə faktlaşır; 30-cu illərin sonlarından
başlayaraq, ədəbi dilin sovet dövründəki inkişafı ilə inkişaf
prosesinin izlənməsi – elmi-dilçilik dərki bir qayda olaraq
Dostları ilə paylaş: |