36
illərin sonu, 30-cu illərin əvvəllərində diqqəti daha çox cəlb
edən bu cür konsentrasiya prosesi dərin ictimai-mədəni
köklərə malik idi, milli mənəviyyatın dialektikası mədəni-
ədəbi inteqrasiyanın güclənməsi ilə şərtlənirdi.
Ümumiyyətlə, Ə.Dəmirçizadənin sovet dövrü Azər-
baycan ədəbi dilinin inkişafı ilə bağlı müşahidələri tədqiqat
üçün maraqlı material verir, çünki onun müşahidələri
olduqca professional, sistemli şəkildə, əksərən üslubların
dialektikası mövqeyindən aparılmışdır.
M.Ş.Şirəliyevlə M. Ş. Rəhimovun «
Закономерности
развития
литературных
языков
народов
СССР
в
советскую
эпоху
» kitabına yazdıqları «Azərbaycan dili»
oçerkində də Azərbaycan ədəbi dili tarixinin sovet dövrü
şərh olunur; müəlliflər əsasən norma planına diqqət
yetirmiş, funksional-üslub planı ilə əlaqədar ancaq bəzi
qeydlər etmişlər
1
. Oçerkdə maraq doğuran məsələlərdən
biri ədəbi dilin inkişaf tendensiyaları (perspektivləri)
barədə müəyyən mülahizələrin irəli sürülməsindən
ibarətdir. Ümumiyyətlə isə, oçerk əsaslı nəzəri bazaya
malik deyil, daha çox təsviri səciyyə daşıyır.
Azərbaycan SSR EA Nəsimi adına Dilçilik
İnstitutunun buraxdığı «Azərbaycan ədəbi dili tarixi (sovet
dövrü)» kitabında ədəbi dilimizin sovet dövründə keçirdiyi
inkişaf prosesinin «elmi şəkildə işıqlandırılması»
ehtiyacından danışılır
2
. Kitabda fraqmentallıq nəzəri cəlb
edir – sovet dövrü ədəbi dilimizdə baş verən fonetik-
orfoqrafik, leksik-terminoloji, müəyyən qədər qrammatik
1
М.Ш.Ширалиев, М.Ш.Рагимов. Азербайджанский язык. – В кн.:
Закономерности развития литературных языков народов СССР в
советскую эпоху (под общей редакцией Ю.Д.Дешериева), М., изд.
«Наука», 1979.
2
Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), Bakı, «Elm» nəşriyyatı, 1982,
səh. 7.
37
dəyişikliklərdən bəhs edilir, ədəbi-bədii dilə, eləcə də
mətbuat dilinə diqqət yetirilir. Bütövlükdə, sovet dövrü
ədəbi dilimizə həsr olunmuş kitabda elmi-nəzəri ümumi-
ləşmə nisbətən zəifdir.
50 ildən artıq bir müddətdə Azərbaycan ədəbi dilinin
sovet dövrünə bir sıra məqalələr də həsr edilmişdir. Lakin
ümumən bu dövrü Azərbaycan ədəbi dilini keyfiyyət faktı
kimi təhlilə cəlb edən işlər çox azdır.
Beləliklə, sovet dövrü Azərbaycan ədəbi dilinin bütöv
bir mərhələ kimi tədqiq olunması sahəsində görülən işləri
məqbul saymaq mümkün deyil. Məsələnin metodiki
çətinliyi də var: hər on-on beş ildən bir ədəbi dilin sovet
dövrü inkişaf tarixinə yenidən baxmaq lazım gəlir və bu cür
baxış bəzən mövcud təsniflərin dəyişdirilməsini tələb edir.
Elə hadisələr meydana gəlir ki, kökləri daha əvvəlki
onilliklərə gedib çıxır. Ona görə də bu dövr Azərbaycan
ədəbi dili, hər şeydən əvvəl, canlı proses kimi öyrənil-
məlidir.
Fonetik-orfoqrafik və qrammatik normalar
Şübhəsiz, ədəbi dil ictimai-iqtisadi formasiyanın
dəyişməsinə uyğun olaraq dəyişmir (SSRİ-də 50-ci illərin
dilçilik müzakirələri də bunu təsdiq edir), lakin burası da
etiraf edilməlidir ki, hər bir ictimai-iqtisadi formasiyanın
ədəbi dilə spesifik təsiri mövcuddur və bu təsirdən kənarda
ədəbi dil yoxdur Yeni hakimiyyətin ilk illərindən
Azərbaycan ədəbi dilinin ideoloji məzmunu dəyişir; ədəbi
dil daha çox ictimailəşir, kütləvi mədəniyyətə xidmət edən
vasitəyə çevrilir və elə bunun nəticəsində də getdikcə daha
demokratik məzmuna malik olur. Dünənə qədər heç bir
təhsili olmayan azərbaycanlı bu gün təhsil alır, ictimai-
38
siyasi həyatda fəal iştirak edir, istehsalat ocaqlarında,
partiya, komsomol təşkilatlarında keçirilən yığıncaqlarda
çıxış edir; sosialist gerçəkliyini tərənnüm edən ədəbi-bədii,
eləcə də publisist əsərlər meydana gəlir – Azərbaycan ədəbi
dili bu qayda ilə sosializm quruculuğunda iştirak edir.
XX əsrin əvvəllərindəki ədəbi dil mübahisələri,
demək olar ki, dayanmır, yeni quruluşun ilk illərindən
etibarən ictimaiyyətin bilavasitə münsifliyi ilə gedir. Əsas
kriteriya kimi demokratizm götürülür. Əlbəttə, dil quru-
culuğu işində müəyyən yanılmalar da olur (birinci növbədə,
ədəbi dilin zənginləşmə mənbələrinə münasibətdə – gah bu,
gah da digər mənbələrə üstünlük verilir), lakin nəticə
etibarilə, demokratizmin əsas kriteriya olduğu nəzərə
çarpır.
İctimai-inqilabi şüurun Avropadan (xüsusilə
Rusiyadan) qidalanması ədəbi dilin zənginləşmə mənbəyini
də müəyyən edir; ədəbi ifadənin qərb (xüsusilə rus)
standartları əsrlər boyu davam edən şərq kontekstində həzm
oluna-oluna yeni keyfiyyət verir – Azərbaycan ədəbi dili
tarixi-etnoqrafik məzmununu itirmədən müasirləşir.
Əslində, ədəbi dilimizin maksimum ictimailəşməsi iki
baxımdan diqqəti çəkir:
1) ədəbi dil demokratikləşməsi hesabına xalq
kütlələrinə daha çox yaxınlaşır;
2) xalq kütlələrinin ədəbi-mədəni səviyyəsinin
yüksəlməsi nəticəsində ədəbi dil xalq üçün daha çox əl
çatan olur.
Sovet dövründə ədəbi dilimizin ideoloji məzmununun
dəyişməsi onun ictimailəşməsi ilə bilavasitə bağlıdır, çünki
kütləvi olmayan bir dil inqilabi mübarizə vasitəsi ola
bilməz, ədəbi dilin ideoloji funksiyası (ideoloji məzmunun
realizasiya şərtləri) ədəbi dil sosiumunun (ədəbi dil
Dostları ilə paylaş: |