39
daşıyıcılarının) istifadə etdikləri normativ nitq təzahürünə
ictimai-siyasi münasibətdən kənarda deyil; yeni dövrdə isə
bu münasibət bir neçə əsr əvvəlki ilə müqayisədə daha
aydındır, hətta nəinki aydındır, formalaşdırılmış şəkildədir.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan
ədəbi dili dövlət dili kimi fəaliyyət göstərir – milli
respublikanın milli dili olur, başqa sözlə, siyasi-ideoloji
mübarizə meydanına çıxır. Əslində, elə bu cəhət imkan
verir ki, sovet dövrü xüsusi mərhələ kimi fərqləndirilsin,
çünki ədəbi dilin rəsmi dövlət dili hüququ olması onun
funksiyalarının əsaslı surətdə genişlənməsi deməkdir;
dövlət ədəbi dildən istifadə edirsə, onu birinci növbədə bu
cür istifadə üçün yararlı hala gətirməlidir, yəni dövlət
fəaliyyətinin mümkün ola biləcək bütün sferaları ədəbi
dilin fəaliyyət hüduduna daxil olmalıdır.
Azərbaycan ədəbi dilinin surətlə inkişaf edib dövlət
dili səviyyəsinə qalxması ancaq ona verilən hüquqlarla
bağlı deyil, burada mövcud ədəbi dilin potensial imkan-
larının genişliyi də şərtdir. Azərbaycan ədəbi dili müəyyən
vaxtlarda dövlət dili olmuşdu, deməli, bu dilin «yad-
daşında» dövlətə xidmət stixiyası da vardı. XX əsrin
əvvəllərindən etibarən ədəbi dilimiz demokratik əhvali-
ruhiyyəli milli burjuaziyanın fəaliyyətində tədricən
funksional imkanlarını genişləndirirdi. Sovet hakimiy-
yətinin ilk illərindən başlayaraq ədəbi dilə münasibətdə
burjua demokratizmi sosialist demokratiyası ilə əvəz
olunur.
Sovet dövründə Azərbaycan ədəbi dili aşağıdakı
inkişaf mərhələlərindən keçir:
1. 20-40-cı illər;
2. 40-80-ci illər;
20-ci, eləcə də 30-cu illər ədəbi dilimizin sürətlə
40
inkişaf edib (və müxtəlif eksperimentlərin obyekti olub)
sosialist milli dilinə çevrilməsi dövrüdür. 20-40-cı illərdə
ədəbi dilin fonetik-orfoqrafik, eləcə də morfoloji-sintaktik,
leksik-terminoloji norması müəyyənləşir (norma planı),
milli ədəbi dil üçün vacib olan funksional-üslubi dife-
rensiasiya faktlaşır (üslub planı); ədəbi-bədii dilin əsrlər
boyu davam edən hegemonluğu azalır; leksik-terminoloji,
eləcə də sintaktik normada gedən dəyişikliklər hesabına
funksional üslubların potensiyası artır, hətta publisist dil
ədəbi-bədii dilə təsir edir.
40-cı, 50-ci illərin II mərhələnin tərkib hissəsi kimi
götürülməsi şərtidir; bu şərtilik isə ona əsaslanır ki, 40-cı,
müəyyən qədər isə 50-ci illərdə 20-ci, 30-cu illərə məxsus
əlamətlər mövcuddur, lakin eyni zamanda, xüsusən 50-ci
illərin ortalarından etibarən ədəbi dildə xalq dilinə qayıdış
müşahidə edilir. Beləliklə, 40-cı, 50-ci illər, əslində I
mərhələdən II mərhələyə keçid dövrü kimi anlaşılmalıdır –
bu illərin II mərhələyə aid edilməsi isə həmin illərdə II
mərhələyə məxsus əlamətlərin müəyyən qədər təzahürü ilə
bağlıdır.
60-cı illərdə ədəbi-bədii dildə, 70-ci illərdə isə ədəbi-
bədii dillə yanaşı əvvəl publisist, bir qədər sonra elmi
üslubda xalq dilinə qayıdış özünü göstərir, həm fonetik,
həm leksik, həm də qrammatik (sintaktik) norma qeyd
edilən prosesi əks etdirir.
II mərhələdə funksional üslublar bir-birindən daha
çox təcrid olunur – üslub keyfiyyətləri daha diferensial
görünür.
Fonetik-orfoqrafik normanın inkişafı. Sovet
hakimiyyətinin ilk illərində – 20-ci illərin əvvəllərində
əlifba məsələsi dönə-dönə müzakirə edilir; əgər XIX əsrdə
ərəb əlifbasını dəyişmək mümkün deyildisə (M.F.Axun-
41
dovun fəaliyyəti də bunu göstərdi), XX əsrin əvvəllərində,
əksinə, onu saxlamaq çətin oldu…
30 dekabr 1921-ci ildə Azərbaycan Xalq Komissarları
Sovetində müşavirə keçirilir. Müşavirədə Yeni Əlifba
Komitəsi təşkil edilir. 30 dekabr 1922-ci ildə latın əlifbası
əsasında tərtib olunmuş əlifba layihəsi elan olunur. Bu
əlifba ciddi şəkildə fonetik prinsipə əsaslanırdı. Ərəb dili
üçün spesifik olan səsləri ifadə edən hərflər (məsələn,
ث, ط,
ظ, ض, ز, ع və s), əlifbadan çıxarılır.
30 dekabr 1922-ci ildən etibarən mətbuat yeni əlifbanı
təbliğ edir, 1924-cü ildən isə ərəb əlifbası ilə yanaşı, yeni
əlifbanın işlədilməsi də rəsmiləşdirilir.
I Türkoloji qurultay (1926) yeni əlifbanın qəbulunu
məqbul hadisə hesab edir. 1 yanvar 1929-cu ildən isə ərəb
əlifbasından bütünlüklə imtina olunur, yeni əlifba ye
g
anə
əlifba olaraq işlənir.
Ərəb əlifbasının ləğv edilməsi ədəbi dilin fonetik
normasındakı demokratikləşmənin təsbit olunmasına imkan
verir; alınma sözlər də daxil edilməklə tələffüz-orfoepiya
norması yazı-orfoqrafiya norması ilə xeyli dərəcədə
yaxınlaşdırılır.
Latın əlifbasına keçid prosesində orfoqrafiya məsə-
lələri də müzakirə edilir. Müzakirələrin gedişində vahid
orfoqrafiya yaradılmasına daha çox diqqət verilirdi, çünki
XX əsrin əvvəllərində mətbuatın təcrübəsi göstərmişdi ki,
hər kəs öz bildiyi kimi yazır, vahid orfoqrafiya normasına
riayət edilmir.
Latın əlifbasından istifadə edildiyi ilk illərdə norma
pərakəndəliyi davam edirdi; cəmisi bir-iki mətbuat orqa-
nında bir neçə orfoqrafiya norması mövcud idi. Səbəbi də o
idi ki, demokratik əhvali-ruhiyyənin artması dialekt-lərə
məxsus tələffüz variantlarının əsrlər uzunu müəy-yənləşmiş
42
normaya təcavüzünə şərait yaradırdı, lakin vulqar
demokratizm tələffüz normasını dağıtmamışdı (əslində,
dağıda da bilməzdi, çünki tələffüz norması çoxəsrlik
orfoqrafik prinsiplərlə qanunauyğun əlaqədə mövcud idi,
ərəb əlifbasının ləğvi isə bu prinsipləri məhv etmirdi),
sadəcə olaraq, variantlılıq yaradırdı. Əlbəttə, mətbuatın
kütləvi savadalma işindəki rolunu nəzərə alsaq, bu cür
variantlılıq savadlanma məsələsinə də mane olurdu
1
.
20-ci illərdə latın əlifbasından istifadə təcrübəsi, eləcə
də orfoqrafiya prinsiplərinin fəaliyyəti ilə bağlı müzakirələr
istər fonetik-tələffüz, istərsə də orfoqrafiya—yazı
mədəniyyətinin təkmilləşməsi perspektivlərini müəyyən
etdi. Demək lazımdır ki, həmin illərdə (əslində, sonralar da)
orfoqrafiyanın problemləri orfoepiyanın problemlərinə
nisbətən daha aktual sayılırdı və maraqlıdır ki, orfoepiya
məsələlərinə (məsələn, ahəng qanununun fəaliyyət dairəsi)
o vaxt xüsusi diqqət verilirdi ki, bu, birbaşa orfoqrafiya ilə
bağlı olsun; elə bunun nəticəsi idi ki, 30-cu, 40-cı, hətta 50-
ci illərdə orfoqrafik norma tələffüz norması üzərində
hegemonluğa malik idi.
20-ci illərdə alınma sözlərin orfoqrafiyası ətrafında
gedən mübahisələr problemin həlli üçün iki yol müəyyən
etdi:
–
mənbə dildəki formasında yazmaq;
–
xalq tələffüz formasında (əsasən, ahəng qanununa
tabe edərək; məsələn, iqbal-yığval) yazmaq.
20-ci illərdə alınma sözlərin orfoqrafiyasının belə
aktual şəkil alması, ardıcıl olaraq mübahisə doğurması
ondan irəli gəlirdi ki:
–
birincisi, tarixən ədəbi dildə mövcud olan ərəb,
1
Bax: N.Xudiyev. Zamanın axarı ilə, «Azərbaycan» jur. 1988, № 4, səh. 180-
181.
Dostları ilə paylaş: |