49
dılmasından ibarətdir (mətbuatda apostrofun tamamilə
atılması barədə mülahizələr əksini tapır).
60-cı illərdə əvvəl ədəbi-bədii dildə, bir qədər sonra
isə publisist üslubda folklor ifadə tərzinə – xalq dilinə
qayıdış rəsmi şəkildə təsdiq edilib orfoqrafiya qaydalarında
təsbit olunmasa da, yazı dilində müəyyən demokratizm
meyillərinin meydana gəlməsi ilə nəticələnir; bir sıra
hallarda isə dialekt tələffüz xüsusiyyətləri yazıya ayaq açır,
təbliğ olunur. Doğrudur, 80-ci illərin əvvəllərindən etibarən
bu prosesin ifrat şəkil alması dayanır, lakin bununla belə,
fonetik-orfoqrafik normaya demokratizm ab-havası da
gəlir. Sözlərin, xüsusilə şəkilçilərin tələffüzündə orfo-
qrafiyaya təsir edə biləcək dəyişikliklər baş verir. Lakin
məsələ burasındadır ki, fonetik-tələffüz mühitindəki
təbəddülat orfoepiya qaydalarının yaradılmasına, başqa
sözlə, fonetik-tələffüz normasının tam təsbit olunmasına
təsir etmir. İndiyə qədər bu sahədə nəyin norma, nəyin
qeyri-norma olduğunu, demək olar ki, dil stixiyası müəy-
yən edir.
Əlbəttə, 60-80-ci illərdə orfoqrafiya qaydalarının tez-
tez müzakirə olunmaması əsasən stabil qaydaların yaran-
maqda olduğunu göstərir. Orfoepiya sahəsində isə 60-70-
80-ci illərin fonetik-tələffüz təcrübəsi əsasında yeni stabil
orfoepiya qaydaları yaratmaq mümkündür.
Sovet dövründə ədəbi dilin fonetik normasının
inkişafı onun orfoqrafik-yazı, eləcə də orfoepik-tələffüz
normasının inkişafı ilə bağlıdır; əslində, bu qanuna-
uyğunluq ədəbi dilin sovet dövründəki kütləviliyindən irəli
gəlir, elə bu kütləviliyin nəticəsidir ki, orfoqrafik-yazı
mühiti orfoepik-tələffüz mühiti ilə əlaqədə inkişaf edir.
Qrammatik normanın inkişafı. Azərbaycan ədəbi
dilinin qrammatik norması XVIII əsrin ortalarından
50
etibarən milli əsaslar üzərində, başqa sözlə, xalq-folklor
dilinin qrammatikası əsasında yenidən qurulur. Qrammatik
normanın milliləşmə-xəlqiləşmə istiqamətində inkişafı XIX
əsr boyu davam edir. XX əsrin əvvəllərində isə burjua
mədəniyyətinin çiçəklənməsi ilə ədəbi dilin qrammatik
norması demokratik və qeyri-demokratik istiqamətlərdə
funksionallaşmaq imkanı qazanır.
Sovet dövründə ədəbi dilin morfoloji normasında elə
bir dəyişiklik müşahidə edilmir; bəzən morfonoloji
normadakı təbəddülatların tədqiqatçılar tərəfindən mor-
foloji normanın inkişafı kimi qəbul edilməsi diqqəti cəlb
edir
1
, lakin bu, şübhəsiz, düzgün deyil.
A. Əlizadə 20-30-cu illərdə sormaq felinin yönlük
halla işlənməsi (çıxışlıq hal əvəzinə) faktına istinad edərək
belə bir nəticəyə gəlir: «Göründüyü kimi, 1920-1940-cı
illər müddətində ismin yönlük halı müxtəlif mənalarda
işlənmişdir. Son zamanlarda isə ismin yönlük hal şəkilçi-
sinin qrammatik əlaməti sabitləşmişdir»
2
.
İsmin yönlük hal şəkilçisinin qrammatik əlaməti bir
neçə əsr bundan əvvəl (ən geci XVII-XVIII əsrlərdə)
sabitləşmişdir; 20-30-cu illərdə qeyd olunan hadisənin
mövcudluğuna gəldikdə isə, bu, arxaik normativliyin
dirçəldilməsindən ibarətdir, canlı hadisə deyil (bu cür
faktların fonetik səviyyədə də mövcudluğunu qeyd
etmişdik). 40-cı illərdə bu vəziyyətin prinsip etibarilə
aradan qalxması da, şübhəsiz, yönlük halın inkişafı deyil,
sadəcə olaraq «yönlük hal+sormaq (soruşmaq)» mode-
lindən, yəni arxaik norma faktından imtina edilməsidir (bu
qəbildən olan başqa faktlarda olduğu kimi).
Sifətin dərəcə şəkilçilərindən -mtraq, -sov (soy), qaç,
1
Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh 225-253
2
Yenə orada, səh. 239.
51
takım, fəzlə kimi kəmiyyət mənalı morfemlər, bölgülü
saylar (birər, ikər, onar…) 20-30-cu illərdə müəyyən
işləkliyə malik olmuş
1
, mərhələnin morfoloji norma
mühitində diqqəti cəlb etmişdir.
Felə məxsus arxaik əlamətlərdən bəziləri sovet
dövründə – ədəbi dilin inkişafının birinci mərhələsində
funksionallaşmaq imkanına malik olmuşdur; buraya
aşağıdakılar daxildir:
a) əmr şəklinin I şəxs təkini ifadə edən -ayım, -əyim
şəkilçisi (bu şəkilçinin XVIII əsrə qədər ədəbi dildə
işlədildiyi qeyd edilmişdir, sonralar bir qayda olaraq
işlənməmişdir)
2
;
b) əmr şəklinin I şəxs cəmini ifadə edən -alım, -əlim
şəkilçisi (bu şəkilçi də XVIII əsrdən etibarən normativliyini
itirmişdir)
3
;
c) -malı, -məli şəkilçisinin funksionallığı artır; -malı,
-məli şəkilçisi başqa üslublara nisbətən mətbuat üslubunda,
əsasən, çağırış xarakterli məqalə başlıqlarında, konfrans,
qurultay, plenum və idarə iclaslarının sərlövhə və
qərarlarında daha çox işlənir»
4
.
Felə məxsus qrammatik kateqoriya əlamətlərindən
aşağıdakılar 20-30-cu illər Azərbaycan ədəbi dilində türk
dilinin faktı kimi işlənmişdir:
–
xəbər şəklinin I şəxs təkinin inkarı -mam, -məm
forması ilə düzəlir (düşünməm, sığınmam, istəməm və s.)
5
;
–
xəbər şəklinin indiki zamanını bildirmək üçün -yor
forması işlənir (kəliyorum, yazıyorum və s).
1
Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 240-244.
2
M.Rəhimov. Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi, Bakı,
Azərb.SSR EA nəşriyyatı, 1965, səh 47.
3
Yenə orada, səh. 52.
4
Yenə orada, səh. 249.
5
Yenə orada, səh. 249.
Dostları ilə paylaş: |