52
20-30-cu illərdə bir sıra bağlayıcıların da
arxaikalınma formaları qrammatik normanın keyfiyyətinə
təsir etmişdir; buraya fəqət (ancaq), leyk (lakin), zira (ona
görə) kimi bağlayıcıları daxildir.
Dəxi ədatının işlənməsi də 20-30-cu illərin qrammatik
norması üçün xarakterikdir.
Sovet dövrü Azərbaycan ədəbi dilinin birinci
mərhələsində morfoloji normada baş verən təbəddülat
əsasən aşağıdakı mədəni-ictimai proseslərlə əlaqədardır:
–
milli ziyalıların yetişməsi ilə bağlı olaraq və milli
özünüdərkin sosialist platformasına qalxması nəticəsində
ədəbi dilin tarixinə marağın artması;
–
türk (osmanlı) mədəni mərkəzlərində təhsil almış
mütəxəssislərin fəaliyyətinin (mədəni, hərbi və s. sahələr-
də) genişlənməsi;
–
Avropa-rus mədəniyyətinin milli-mədəni mühitin
təşkilinə təsir etməsi, ictimai-siyasi təfəkkürün çiçəklən-
məsi.
40-50-ci illərdə mədəni-ictimai mühitdə konsentra-
siyanın güclənməsi antinorma xarakterli hadisələrin aradan
qalxmasına səbəb olur, nəticə etibarilə, 30-cu illərin sonu,
40-cı illərin əvvəllərində morfoloji normada müəyyən
sabitlik yaranır, indiyə qədər də bu sabitlik bir qayda olaraq
davam edir.
20-30-cu illərdə ədəbi dilin kütləviləşməsi birinci
növbədə sintaktik normaya təsir göstərir və sintaktik
normada aşağıdakı hadisələr diqqəti cəlb edir:
I. Danışıq dili sintaksisi ədəbi dilin əsasında dayanır,
ona görə də danışıq dilinə məxsus lakoniklik, «primitiv»
mücərrədlik, təbii emosionallıq normada keyfiyyət faktına
çevrilir; şəxssiz cümlələrin funksionallığı güclənir, sual
cümlələrinin struktur-semantik diferensiasiyası genişlənir,
53
adlıq (eləcə də məsdər) cümlələr kontekstual baza əldə
edir
1
, mürəkkəb cümlənin daha yığcam formaları işlənir,
nidanın sintaktik-semantik imkanları artır və s
Dialekt sintaksisi ədəbi dilin sintaktik normasının
demokratikləşməsində iştirak edir.
II. Ərəb, eləcə də fars sintaksisinin təsiri, demək olar
ki, bütünlükdə aradan qalxır; o konstruksiyalar ki, yazılı
ədəbi dildə standartlaşmışdı (xüsusilə klassik şeir
ənənələrinin təsiri ilə), funksionallığını tamamilə itirir.
Tərkiblərin (feli sifət, feli bağlama tərkiblərinin)
işləkliyinin artması hesabına ərəb, eləcə də fars qramma-
tikasından gələn mürəkkəb konstruksiyalar tədricən arxaik-
ləşir (bu və ya digər dərəcədə rəsmi sənədlərin dilində
qalır).
İzafət tərkiblərinin XX əsrin əvvəllərində nisbətən
çox işlənməsinə baxmayaraq, 20-30-cu illərdə onların
funksionallığı azalır və ümumiyyətlə, izafət konstruksiyası
qrammatik hadisə kimi itir (bu formada olan müəyyən
vahidlər leksik materiala çevrilir).
III. Avropa-rus dillərinin təsiri ilə bir sıra sintaktik
konstruksiyaların, xüsusilə mürəkkəb cümlələrin müəyyən
növlərinin ya funksionallaşdığı, ya da yarandığı diqqəti
cəlb edir; tərcümə əsərlərindən gələn mürəkkəb-konstruktiv
ifadə formaları sintaktik normanın təşkilində öz işini görür.
40-50-ci illərdə ədəbi dilin sintaktik normasında baş
verən hadisələr əsasən stilistik əhəmiyyətə
malikdir;
məsələn, Böyük Vətən müharibəsi illərində bədii-publisist,
hətta elmi mətnlərin sintaksisinə yığcamlıq, mütəhərriklik,
sərtlik gəlir, zamanın intonasiyası sintaksisə də çekür.
20-30-cu illərdə bədii, publisist, elmi üslubların
1
R.Məhərrəmova, M.Cahangirov. Azərbaycan dilinin tarixi sintaksisinə dair
materiallar, Bakı, Azərb. SSR EA nəşri, 1962, səh. 129, 175, 220, 225.
54
sintaksisindəki diferensiasiya 40-50-ci illərdə daha da
güclənir. Eyni zamanda məhz 40-50-ci illərdə bədii üslubun
sintaksisində, daha dəqiq desək, poetik qrammatikasında
bədii təfəkkürü qəlibə salan standartlar müəyyənləşir. 50-ci
illərin sonu, 60-cı illərin əvvəllərində ədəbi dilin sintaktik
normasında 20-30-cu illərdəkinə bənzəyən, lakin xeyli
dərəcədə sistemli-konseptual şəkildə folklor – xalq
bazasına qayıdış baş verir, bunun da nəticəsində sintaktik
normadakı standartlıq (məsələn, cümlə üzvlərinin normativ
sırası) müəyyən qədər aradan qalxır.
20-30-cu illərdə sintaktik normadakı təbəddülat
normanın özünün daxili tələbidirsə, yəni mövcud ictimai
təfəkkürün tələbi ilə assosiativ-konstruktiv; münasibətlərin
hüdudu müəyyənləşirsə (40-cı illərdə də bu proses qismən
davam edir), 50-ci illərdən başlayaraq, ümumiyyətlə isə 60-
70-ci illərdə sintaktik normadakı təbəddülat bir qayda
olaraq üslubların təsiri ilə baş verir. Beləliklə, ədəbi dilin
sovet dövründəki inkişafının birinci mərhələsində norma
planı üslub planına, ikinci mərhələsində isə, əksinə, üslub
planı norma planına təsir edir, heç olmasa, təsir etmək
potensiyasına malik olur, bu isə sovet dövründə ədəbi dilin
bu və ya digər müstəqil qanunauyğunluğa malik olduğunu
nümayiş etdirir.
Üslubların inkişafı
Sovet dövründə Azərbaycan ədəbi dili funksional-
üslub baxımından inkişaf edir; hər şeydən əvvəl, funksional
üslubların diferensiasiyası güclənir, hər bir üslub üçün
davamlı mədəni-linqvistik baza müəyyənləşir, üslub
daşıyıcıları – sosiumlar artır.
B ə d i i ü s l u b . Azərbaycan ədəbi dilinin bədii
Dostları ilə paylaş: |