43
eləcə də fars sözlərinin orfoqrafiyasının qeyri-demokra-
tikliyi latın əlifbasına keçid dövründə daha aydın
görünürdü;
–
ikincisi, XIX əsrin əvvəllərindən başlayaraq
Avropa-rus mənşəli alınmaların ədəbi dildəki həcmi artırdı
(bu cür alınmalar 20-ci illərdə daha da güclənmişdi);
–
üçüncüsü, milli dilin çiçəklənməsi müxtəlif mənşəli
alınma sözlərin milli orfoqrafiyaya tabe edilməsini,
adaptasiyasını tələb edirdi.
1929-cu ildə birinci orfoqrafiya konfransı orfoqrafiya
qaydalarını müzakirə edir. Elə həmin ildə latın əlifbası ilə
20 min sözü əhatə edən «İmla lüğəti» çapdan çıxır. 20-ci
illərin mübahisələri lüğətdə də əksini tapır; xüsusilə
alınmalara münasibətdə ikilik diqqəti cəlb edir – söz iki
şəkildə yazılır.
Əsl Azərbaycan-türk sözlərinə isə həddindən artıq
demokratik şəkildə yanaşılır, bir sıra hallarda dialekt
tələffüz orfoqrafik normanın əsasında dayanır.
20-ci illərdə ərəb əlifbasından tədricən imtina
edilməsi ahəng qanununun qrafik faktlaşmasına kömək
elədi, xüsusilə sait səslərin dəqiq göstərilməsinə imkan
verməklə sözün vokal əsasının olduğu kimi ifadə
olunmasına şərait yaratdı. 20-ci illərdə ədəbi dilə
dialektlərin təsiri saitlərlə bağlı bir sıra fonetik
dəyişmələrdə özünü göstərir: i əvəzinə ı (ışıq, ırmaq və s),
o əvəzinə a (av, savırmaq və s), d əvəzinə e (neticə), e
əvəzinə d (kəşik), i əvəzinə ə (nəfrət), ü əvəzinə i (invan,
şiar və s.)
1
. 40-cı illərə qədər bu cür pərakəndəlik davam
edir.
Samit səslərə münasibətdə də sonradan aradan qalxan
bir sıra hadisələr müşahidə olunur: y əvəzinə g (ürəgə,
1
Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 211-213.
44
istədigi və s.) işlənir (XVII-XVIII əsrlərə qədər mövcud
olub arxaikləşmiş normaya qayıdılır), k (kolxoz sözündə)
səsi Avropa-rus alınmaları hesabına funksional imkanlarını
genişləndirir, p əvəzinə b işləndiyi hallar müşahidə edilir
(braqurul – prokuror), kar səslərin işləkliyi artır (arvat,
almas və s), y səsi söz əvvəlində işlənir (yıldırım, yuca və
s.)
1
.
20-ci, bir sıra hallarda 30-cu illərdə mövcud olan bu
pərakəndəlik ənənəvi normaya münasibəti də əks etdirir; o
fonetik hadisələr ki, XVII-XVIII əsrlərdə artıq təbii şəkildə
normativliyini itirir, sovet dövründə həmin hadisənin
yenidən norma kimi təqdim olunduğu hallar müşahidə
edilir. Əlbəttə, arxaik normativliyin funksional bərpası
canlı dialekt bazasının təkidi ilə gedir. Şərq fonetik-tələffüz
mədəniyyəti fonetik normanın yenidən təşkilinə cəhd etsə
də, 40-cı illərdən etibarən bu cür cəhdlər azalır
2
.
1931-ci ildə ikinci orfoqrafiya konfransı çağırılır.
Əslində konfransa qədər də «İmla lüğəti»nin orfoqrafiya
sahəsindəki problemləri həll etmədiyi göstərilmişdi.
Konfrans yeni orfoqrafiya qaydalarının layihəsini müzakirə
edir, «Azərbaycanı öyrənmə yolu» məcmuəsində (1931-ci
il) çap olunan layihədə orfoqrafiyanın prinsipləri optimal
şəkildə müəyyən edilir:
–
əsl Azərbaycan-türk sözlərinin orfoqrafiyası tarixən
müəyyənləşmiş demokratik normaya tabe olunur, tələffüz
norması ilə yazı norması arasındakı fərq tarixi normativlik
pozulmadan aradan qaldırılır, ahəng qanununun fono-
morfoloji imkanları genişləndirilir;
1
Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 213-220.
2
Şərq fonetik-tələffüz mədəniyyəti ilə qərb fonetik-tələffüz mədəniyyətinin
tarixi əlaqəsi barədə bax: N.Cəfərov. Fonetik normanın milliləşməsi, «Elm və
həyat» jurnalı, 1988, № 3.
45
–
ərəb, eləcə də fars dilindən keçən sözlərə iki cür
münasibət faktlaşdırılır: söz xalq dilinə keçmişsə, yəni
fonomorfoloji uyğunlaşmaya məruz qalmışsa, deyək ki,
ahəng qanununa tabe edilmişsə, xalq dilində olduğu şəkildə
ədəbi dildə işlənmişsə, tarixən işləndiyi şəkildə qəbul
olunur;
–
Avropa-rus mənşəli sözlərin demokratik formaları
(istər fonetik, istərsə də morfoloji baxımdan) norma hesab
edilir.
Lakin layihədə dialekt tələffüz variantları müəyyən
hallarda qalırdı (məsələn, hal şəkilçilərinin, eləcə də -lar,
-lər cəm şəkilçisinin fonetik variantları norma kimi təqdim
edilirdi).
30-cu illərin ortalarında orfoqrafiya məsələləri geniş
şəkildə müzakirə olunur, 1936-cı ildə isə orfoqrafiya
qaydaları təsdiq edilir. Lakin bu qaydalar da məqbul hesab
olunmur, 1937-ci ildə yeni layihə hazırlanıb müzakirəyə
verilir. Layihə 1938-ci ildə təsdiq edilir. Ümumiyyətlə, 30-
cu illərin ortalarından sonra orfoqrafiya qaydaları hazır-
lanarkən əsasən aşağıdakı məsələlər müxtəlif mübahisələrin
mərkəzində dayanır:
–
bir qayda olaraq, söz sonunda q, ğ yaxud x
yazılması, k yaxud g yazılması;
–
sonu saitlə bitən sözlərdə hallanma prosesində
bitişdirici samitin artırılıb-artırılmaması;
–
Avropa-rus mənşəli sözlərin mənbə dildə olduğu
kimi, yaxud Azərbaycan dilində işlədildiyi kimi yazılması.
Fonetik-orfoqrafik norma üçün diqqəti cəlb edən
hadisələrdən biri 30-cu illərin ortalarında sağır nun ڬ
hərfinin əlifbadan çıxarılmasından ibarətdir; bu hərfin ifadə
etdiyi səs ədəbi dilin tarixi boyu olduğu kimi bu gün də
mövcuddur. Təsadüfi deyildir ki, həmin səsin qrafik
Dostları ilə paylaş: |