33
bərabər gedir – lüğət tərkibi lüğətlərdə, qrammatik quruluş
qrammatika kitablarında, funksional üslub mənzərəsi isə
üslubiyyata aid işlərdə təsbit olunur. Beləliklə, ədəbi dilin
sovet dövründəki mənzərəsi diferensial şəkildə öz əksini
tapır, lakin bu hələ ədəbi dil tarixinin həmin dövrün tədqiqi
demək deyildir, bunun üçün bu dövr bütövlükdə
götürülməli, təhlilin həm tarixiliyi, həm də sistemliliyi
gözlənilməlidir.
20-ci illərin axırı, 30-cu illərin əvvəllərində B.
Çobanzadə «Aprel inqilabından sonrakı dövr»ü (onun
təsnifində III dövr) xüsusi fərqləndirir.
1
Y. Əliyev də 1940-
cı ildə Azərbaycan ədəbi dili tarixinin dövrləşdirilməsi
probleminə həsr edilmiş məqaləsində
2
«üçüncü dövr»
dedikdə məhz sovet dövrünü nəzərdə tutur. M. İbrahimov
da 1944-cü ildə yazdığı məqalədə
3
1920-ci ildən sonrakı
dövrü Azərbaycan ədəbi dili tarixində müstəqil mərhələ
hesab edir.
Bu dövrün müstəqilliyi 1952-ci ildə dərc olunmuş
proqramda
4
da təsbit edilir.
1961-ci ildə A. Məhərrəmovun «Azərbaycan ədəbi
dilinin sovet dövrü» kitabçası nəşr edilir: kitabçanın
«Giriş»ində deyilir: «Ədəbi dilimizin inkişafı tarixində
sovet dövrü xüsusi bir dövr təşkil edir»
5
.
1
B.Çobanzadə. M.F.Axundovda azəri ləhcəsi. «Maarif işçisi», 1928, № 3.
(həmin bölgü burada təkrar olunur; Q.Bağırzadə, B.Çobanzadə. Elmi
qramerin əsasları, Bakı, 1932, səh. 51).
2
Y.Əliyev. Azərbaycan ədəbi dilinin inkişafı tarixinin əsas mərhələləri. –
SSRİ EA Azərb. filialının xəbərləri, 1940, № 2.
3
M.İbrahimov. Dilimizin inkişaf yolları. SSRİ EA Azərb. filialının xəbərləri,
1944, № 12.
4
Azərbaycan ədəbi dili tarixi proqramı, Bakı, 1952 (tərtib edəni: H.Mir-
zəzadə).
5
A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı, V. İ. Lenin
adına APİ, 1961, səh. 3.
34
Tədqiqatçının müşahidələrinə görə, sovet dövrünü
başqa dövrlərdən fərqləndirən əsas əlamətlər aşağıda-
kılardan ibarətdir:
–
birincisi, lüğət tərkibinin əvvəlki dövrlərdəkinə
nisbətən çoxcəhətli olması;
–
ikincisi, ədəbi dilin xalq dilinə yaxınlaşması, başqa
sözlə, onun əsasında inkişaf etməsi
1
.
A.Məhərrəmov sovet dövrünün, əlavə olaraq, aşağı-
dakı xüsusiyyətlərinə də diqqəti cəlb etmişdir:
–
ədəbi dilin ictimai-mədəni bazasının genişlənməsi;
–
ədəbi dillə dialektlər arasındakı münasibətin
dəyişməsi (ədəbi dil dialekt təzahürlərinə təsir etməyə
başlayır, xüsusilə 30-cu illərdən etibarən);
–
ədəbi dilin dövlət dili olması
2
.
A.Məhərrəmovun kitabçasında lüğət tərkibinin, eləcə
də fonetik-orfoqrafik quruluşun inkişafına dair maraqlı
mülahizələrə təsadüf edilir.
ADU-nun 1979-cu ildə nəşr etdiyi proqramda isə
ədəbi dilin tarixi əsasən əsrlər üzrə nəzərdən keçiril-
diyindən sovet dövrü XX əsr ədəbi dilinin tərkib hissəsi
kimi götürülmüşdür
3
. Lakin bu halda da haqqında söhbət
gedən dövrün nisbi müstəqilliyi görünür.
Ə.Dəmirçizadə bir neçə on il davam edən tədqiqat-
larının nəticəsi olaraq Azərbaycan ədəbi dili tarixinin üç
dövrünü qeyd edir.
Ə.Dəmirçizadənin təqdim etdiyi dövrləşdirmədə sovet
dövrünün müstəqil mərhələ kimi fərqləndirilməsi ilə
yanaşı, digər məsələ də maraq doğurur: tədqiqatçı sovet
1
A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı, V.İ.Lenin
adına APİ, 1961, səh. 3-4.
2
Yenə orada, səh. 4-5.
3
Azərbaycan ədəbi dili tarixi proqramı, Bakı, ADU nəşri, 1973.
35
dövründə ədəbi dilin milli dil əsasında inkişafından, dövrün
ədəbi dilinin dialektikasından bəhs edir, beləliklə, Ə.
Dəmirçizadənin təqdimatında Azərbaycan ədəbi dili
tarixinin bu dövrü həqiqətən tarixilik prinsipinə dayanılaraq
müstəqil mərhələ hesab edilir. Əks halda, həmin dövrdən
müstəqil mərhələ kimi bəhs olunması, əslində, düzgün
sayılmazdı, çünki ədəbi dil tarixinin bu və ya digər
mərhələsi o vaxt müstəqildir ki, öz daxilində müəyyən
inkişaf məntiqini ehtiva edir.
Ə. Dəmirçizadə sovet dövrü Azərbaycan ədəbi dilinin
müstəqil keyfiyyət faktı olduğunu vaxtilə «Azərbaycan
ədəbi dilinin inkişaf yolları» adlı kitabçasında göstərmişdir;
onun fikrincə, dövrün əsas əlamətləri «inqilabdan əvvəlki
bolşevik mətbuatında özünü göstərməyə başlamış», nəticə
etibarilə, «bu dövrdə Azərbaycan ədəbi dili əvvəlki
dövrlərdə müyəssər ola bilmədiyi bir hüquqa malik
olmuşdur»
1
. Ə. Dəmirçizadə sovet dövründə şifahi ədəbi
dilin, elmi üslubun sürətlə inkişaf etdiyini, nəsr dilinin
getdikcə daha çox diferensiallaşdığını (xüsusilə roman
dilinin təşəkkülünü) qeyd edir
2
. Göründüyü kimi, tədqiqatçı
sovet dövrü ədəbi dilini ayrıca mərhələ hesab edərkən, hər
şeydən əvvəl, funksional-üslub planına dayanır. Ə.
Dəmirçizadə, məsələn, göstərir ki, «sazlı şeir dili ilə yazılı
şeir dilinin xüsusən lüğət tərkibi ibarə və ifadələr etibarilə
bir-birinə qovuşduğu, qarşılıqlı surətdə bir-birilə
zənginləşdiyi diqqəti cəlb edir»
3
. Bu fakt nə Ə. Dəmir-
çizadə, nə də ədəbi dil tarixi ilə məşğul olan başqa
mütəxəssislər tərəfindən geniş şərh edilməmişdir – 20-ci
1
Ə. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları, Bakı, 1958, səh.
42.
2
Yenə orada, səh. 42-44.
3
Yenə orada, səh. 43.
Dostları ilə paylaş: |