27
işləklikdən qalır.
İnqilabaqədərki, eləcə də inqilabdan sonrakı illərdə
lüğət tərkibində baş verən dəyişmələrin ictimai-siyasi, hətta
ideoloji məzmunu həmin dəyişmələr getdiyi dövrdə də
aşkar hiss edilirdi. Məsələn, inqilabdan sonrakı dövrdə rus
ədəbi dilində bu cür dəyişmələr mühacir mətbuatında
kəskin tənqid edilir; bunun səbəbi o idi ki, söz bəzən
təşviqat məqsədlərinə tabe edilir, ona əlahiddə subyektiv
məzmun verilirdi.
1
XX əsrin 20-ci, 30-cu illərində marksizm-leninizm
klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcümə
edilməsi ədəbi dilin lüğət tərkibinin inkişafında mühüm rol
oynadı; birincisi, bu cür tərcümələrdə ana dilinin bütün
imkanları səfərbərliyə alınırdı, ikincisi də, tərcümənin
keyfiyyəti üzərində nəzarət mövcud idi, yəni həm obyektiv,
həm də subyektiv imkanlardan yaxşı istifadə edilirdi.
Marksizm-leninizm klassiklərinin əsərlərinin tərcüməsi
gedişində ictimai-siyasi terminologiya zənginləşdi, lüğət
tərkibinin sosial məzmunu artdı ki, bu da leksik-semantik
normanın keyfiyyətcə yeniləşməsi demək idi. Ona görə ki,
ədəbi dilin lüğət tərkibi bütöv bir sistemdir; funksional
üslublara, sahələrə münasibətdə bu sistemin yarım-
sistemləri ayrılır. Əgər inqilabdan sonra üslubların sosial
məzmunu dəyişirsə, sahələr bir sıra hallarda yenidən
qurulursa, ədəbi dilə yeni anlayışları ifadə edən yeni sözlər
gəlirsə, bu, lüğət tərkibini dəyişdirir, yeni əsaslar üzərinə
qaldırır. Lüğət tərkibinin ideoloji məzmununun dəyişməsi
təkcə arxaikləşmə, yaxud yeni sözlərin yaranması prosesi
deyildir. Çox mühüm cəhət kimi sözün semantikasında
1
Л.М.Грановская. Некоторые особенности развития словарного состава
русского языка в 20-е годы ХХ в. и проблема нормы. – Литературная
норма в лексике и фразиологии, М., изд., «Наука», 1983, səh. 59-60.
28
təbəddülat baş verməsini qeyd etmək lazımdır: ənənəvi
olaraq işlənən söz yeni ictimai-mədəni dünyagörüş kon-
tekstinə düşür, məhz məzmunca dəyişir.
Sovet hakimiyyətinin ilk illərindən etibarən mədəni
inqilabın həyata keçirilməsi lüğət tərkibinin inkişafına
təkan verir; milli düşüncənin çiçəklənməsi faktı olan
orijinal əsərlər meydana çıxır; eləcə də dünya ədəbi, elmi
fikrinin nümunələri Azərbaycan dilinə tərcümə edilir,
«Azərbaycan dili» sözünün semantik coğrafiyası genişlənir.
Sözün semantik coğrafiyasının genişlənməsi elə bir
linqvistik-qneseoloji prosesdir ki, tarixi-ictimai həyatın –
dəyişən sosial-psixoloji münasibətlərin təsiri ilə gedir.
Cəmiyyət həyatının yeni əsaslar üzərinə qaldırılması
ictimai münasibətlərin psixoloji xarakterini kökündən
dəyişir və buna uyğun olaraq sözün ictimai üslublaşma
imkanları da dəyişir; məsələn, ağsaqqal, başçı, xanım,
sərvət, var-dövlət qəbilindən olan yüzlərlə söz yeni ictimai-
siyasi, mədəni-etik təfəkkürün ixtiyarına keçir. Ümumiy-
yətlə, hər hansı ictimai-siyasi şərait lüğət tərkibinə – leksik
normaya adətən birbaşa deyil, məhsulu olan mənəvi-
mədəni mühit vasitəsilə daha ardıcıl, daha davamlı şəkildə
təsir göstərir; çünki ictimai-siyasi şəraitin özü həmin
mənəvi-mədəni mühitdə dərk olunur, dəyərləndirilir,
təsdiq, yaxud inkar edilir. Sözü – leksik vahidi norma-
tivləşdirən, ədəbi səviyyəyə qaldıran da həmin mədəni-
mənəvi mühitdir.
Hər hansı dövrdə ədəbi dilin lüğət tərkibi həmin
dövrün idrak səviyyəsini əks etdirir, normativ qenesioloji
tutum lüğət tərkibinin tutumu ilə eyni həcmdə olur, leksik
stilizasiya da bu əsasda gedir. Lüğət tərkibinin sovet
dövründə necə inkişaf etdiyini müxtəlif illərdə tərtib
olunmuş lüğət kitablarının sözlüyünün müqayisəsi yolu ilə
29
müəyyənləşdirmək olar; məsələn, S.M.Qənizadənin
lüğətində
1
ictimai-siyasi leksika yox dərəcəsindədir, eləcə
də o sözün ki, 20-ci, 30-cu illərdə ictimai-siyasi məzmunu
güclənir, bu lüğətdə daha çox məişət məzmununda çıxış
edir. Onun lüğətlərində etnoqrafik leksika üstündür.
Halbuki sovet dövrü lüğətlərində bu cür vahidlər minimal
həddədir. Sovet dövrünə qədər deyək ki, İ.Nəsiminin, M.
Füzulinin, M.P.Vaqifin dilində etnoqrafik leksikanın
işləkliyi dilçilik ədəbiyyatında onların dil demokratizmi
kimi qeyd edilir. Sovet dövründə də ən çox ədəbi-bədii,
eləcə də publisist dildə bu cür vahidlər işlənir, lakin artıq
bunu inqilabaqədərki dövrdə olduğu dərəcədə qiymət-
ləndirmək mədəni-tarixi, eləcə də linqvistik-idraki baxım-
dan düzgün deyil. Beynəlmiləl leksikanın axını (ictimai
şüurun rus-Avropa düşüncə tərzinə üz tutması ilə əlaqədar
olaraq) xüsusilə 20-30-cu illərdə lüğət tərkibinin etnoqrafik
aktivliyi ilə mübarizədə qalib çıxır, hətta dünənə qədər
etnoqrafik məzmunu ilə küncdə-bucaqda qalan söz bu gün
ictimai-siyasi mənaya malik olur, sinfi mübarizə silahına
çevrilir. Ümumiyyətlə, sözün ictimai dəyəri təbii gedişlə
artmır, sözə məzmunu zamanın ictimai aktivliyi verir.
Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişafının keyfiyyət ölçüsü ilə kəmiyyət ölçüsü qarşılıqlı
əlaqədədir. N.A.Şarapov «Müasir tacik ədəbi dili lek-
sikasının inkişaf yolları» adlı tədqiqatında keyfiyyət ölçü-
sünə üstünlük verir, onun fikrincə, lüğət tərkibinin keyfiy-
yətcə dəyişməsində də əsas anlam, eləcə də morfoloji
xarakterli dəyişmələrdir
2
. Əlbəttə, anlam, yaxud morfoloji
xarakterli dəyişmələrə keyfiyyət faktı kimi üstünlük
1
Lüğəti-rusi və türki əsəri. – Sultan Məcid Qənizadə, Bakı, «Kaspi», 1909.
2
Н.А.Шарапов. Пути развития лексики современного таджикского
литературного языка, АДД, Баку, 1974, стр 4-5.
Dostları ilə paylaş: |