15
əsasında yaranan söz və ifadələr durur. Daxili imkanların
əsasında yaranan sözlər də bilavasitə ictimai-siyasi
inkişafla, elmi-texniki tərəqqi ilə, habelə mədəniyyətin və
məişətin yüksəliş səviyyəsi ilə bağlıdır. Lakin bu yolla
yaranan sözlərin heç də hamısı ədəbi dilin inkişafına eyni
dərəcədə təsir göstərə bilmir. Xüsusən Sovet hakimiy-
yətinin ilk onilliyində dilin daxili imkanları hesabına
yaranmış bir sıra sözlər vətəndaşlıq hüququ qazana
bilməmiş və unudulub getmişdir. Son dövrlərdə də bir sıra
alınma sözlər əvəzinə yeni sözlər düzəltmək meyili hiss
olunur ki, bu meyil, əlbəttə, ilk inkişaf dövrlərindəkindən
fərqlənir.
K.M.Musayev doğru olaraq göstərir ki, sovet
dövründə «türk dillərində yeni ümumi sovet leksik fondu
yaranmışdır. Bu leksik fond ölkənin, türkdilli respubli-
kaların və vilayətlərin ictimai-iqtisadi və mədəni həyatında
köklü dəyişiklikləri əks etdirir»
1
. Türk dilləri leksik fondu-
nun yeni inkişaf meyilləri ilə bağlı fikrini davam etdirərək
görkəmli tədqiqatçı yazır: «Bununla yanaşı türk dilləri
leksikasının inkişafında problemlər də vardır. Bunlardan
başlıcaları: bir tərəfdən, dilin əsl inkişaf meyillərini nəzərə
almadan söz yaradıcılığına aludəçilik, digər tərəfdən,
mənası həmişə aydın olmayan sözlərin başqa dillərdən
alınması ilə bağlı aludəçilik. Halbuki alınan anlayışları
ifadə etmək üçün milli dilin özündə kifayət qədər söz və ya
onun daxili imkanlarından istifadə edərək yeni yaratmaq
mümkündür»
2
.
Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişaf özünəməxsusluğunu müəyyən edən cəhətlərdən
1
К.М.Мусаев. Ленинские заветы и развитие тюркских языков в СССР. –
СТ, 1988, № 2, стр. 9.
2
Yenə orada.
16
birincisi ədəbi dilin leksik normasının dövrə hansı
keyfiyyətdə gəlməsindən ibarətdir. Bu məsələnin aydınlaş-
dırılması və sovet dövrü Azərbaycan ədəbi dili lüğət
tərkibinin tədqiqi prosesində daim diqqət mərkəzində
olması ona görə lazımdır ki, bir neçə əsrlik tarixə malik
leksik-semantik hadisələr bu dövrdə də fəaldır, onların
səbəblərinin: aşkarlanması zamanı tədqiqatçı dövrün hü-
dudlarından kənara çıxmağa, səbəbiyyət əlaqələrinin arxa-
sınca daha əvvəlki dövrlərə müraciət etməyə məcburdur.
Leksik normanın inqilabaqədərki vəziyyəti ədəbi dilin
özünün vəziyyəti kontekstində, başqa sözlə, funksional
üslubların fəaliyyəti hüdudunda təsəvvür edilərsə, biz
aşağıdakı mənzərənin şahidi olarıq.
XVI əsrin sonu, XVII əsrin əvvəllərində Azərbaycan
ədəbi dilinin leksikasında tarixi dönüş baş verir; yüzlərlə
milli lüğəvi vahid ədəbi işləklikdən qalır, ərəb, eləcə də fars
mənşəli leksika tədricən kəmiyyətcə azalmağa doğru
gedir
1
. XVII-XVIII əsrlərdə ədəbi dilin xalq dilinə daha da
yaxınlaşması ilə əlaqədar olaraq leksik normanın demokra-
tizmi güclənir. XIX əsrin əvvəllərindən etibarən ərəb, fars
dilləri ilə yanaşı, rus dili də tədricən alınma söz mənbələri
sırasına keçir. XIX əsrin sonu, XX əsrin əvvəllərində rus-
Avropa mənbəyi ərəb, fars mənbələri ilə eyni gücdə olur. O
mənada yox ki, rus-Avropa dillərindən ədəbi dilə keçən
sözlərin kəmiyyəti ərəb, fars dillərindən keçən sözlərin
kəmiyyəti ilə eynidir; əslində, ərəb, fars sözləri həddindən
artıq çoxdur, eyni olan – mənbələrin tarixi-psixoloji
nüfuzudur: ərəb, fars mənbəyi yüz illər boyu davam edən
təsir təcrübəsi – ənənəsi, rus-Avropa mənbəyi isə
perspektivi ilə güclüdür. Əsas lüğət fondu –ədəbi dilin
1
Bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, I hissə, Bakı, ADU, nəşri,
1976, səh. 54.
17
leksik normasının istinad etdiyi baza isə millidir, ona görə
də iki müxtəlif mədəni-tarixi mühitin təsiri leksik normanı
milli əsaslardan məhrum edə bilmir.
Funksional üslub sferası leksik normanın mövcudlu-
ğunun linqvistik şərti kimi onun fəaliyyət dairəsini aşağı-
dakı şəkildə müəyyən edir: bədii üslub (demokratik və
qeyri-demokratik ifadə formaları), publisist üslub (yenə də
iki ifadə forması), elmi üslub (olduqca qeyri-diferensial
şəkildə); ədəbi dilin lüğət tutumu da bunlara uyğundur…
Bədii üslubun demokratik ifadə forması (M.Ə.Sabir,
Ç.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, N.Nəri-
manov və başqalarının dili) ilə yanaşı, qeyri-demokratik
(əsasən romantiklərin dili) ifadə formasının mövcudluğu
leksik normanın iki müxtəlif variantını, başqa cür desək,
sözə stilistik münasibətin iki tipini təqdim edir. Variantlılıq,
müxtəliflik XX əsrin əvvəllərində getdikcə güclənir, eyni
zamanda nəzəri-konseptual şəkildə əsaslandırılır. Publisist
üslubda da təxminən eyni hadisə baş verir, lakin demo-
kratik ifadə tərzinin, deməli, həm də leksik normanın
demokratizminin publisist dildəki qələbəsi bədii üslub-
dakına nisbətən asan başa gəlir, çünki publisist üslubda küt-
ləvi anlaşıqlıq əsas şərtdir və mətbuatın dilini kütlə anla-
mırsa, onun mövcudluğu sadəcə olaraq mümkün deyil. Ona
görə də «Molla Nəsrəddin» jurnalı bir neçə on il yaşadığı
halda, qeyri-demokratik dildə yazılan məcmuələr, qəzetlər
bir neçə ildə öz ömrünü başa vurur.
İnqilabaqədərki dövrdə elmi üslub, qeyd edildiyi
kimi, olduqca qeyri-diferensial şəkildə idi – elmi üslubun
daşıyıcısı olan ictimai qüvvələr gücsüz idi; ona görə yox ki,
milli təfəkkür elmi mədəniyyətdən uzaq düşmüşdü; ona
görə ki, elmi təfəkkür ya başqa dillərdə – ərəb, fars, rus,
fransız dillərində faktlaşırdı, ya da olduqca publisist şəkildə
Dostları ilə paylaş: |