18
təzahür edirdi ki, bunu heç cür elmi üslub hesab etmək
olmaz (Azərbaycanda elmi müəssisələrin olmaması elmi
üslubun taleyinə həlledici təsirini göstərmişdi). Elmi üslu-
bun qeyri-diferensial şəkildə təzahürü isə terminologiyanın
zəif inkişafı demək idi.
İnqilabdan sonra da lüğət tərkibinin bu mənzərəsi bir
müddət qalır, xüsusilə 30-cu illərə qədər leksik normaya
münasibətdə tarixi tərəddüdlərin davam etməsi özünü gös-
tərir, eyni zamanda mövcud ictimai-siyasi şərait məsələni
bir qədər də mürəkkəbləşdirir: ərəb, fars sözlərinə qarşı
amansız bir cəbhə açılır, əvəzində isə, heç bir linqvistik
əsası olmadığı halda, inqilabi dəyişikliyi vulqar məzmunda
başa düşməyin nəticəsi olaraq ədəbi dilə hədsiz rus-Avropa
sözləri gətirilir. M.A.Şirəliyev bu cür sözlərin bütöv bir
siyahısını təqdim edir (siyahıya böyük işlənmə tezliyinə
malik 100-ə qədər söz-termin daxildir) və yazır: «Ərəb-
çilik-farsçılıq deyə dildə əsrlərdən bəri işlədilmiş istilahları
çıxarmaq iki böyük səhvə: 1) ehtiyac olmadan lüzumsuz
Avropa sözləri ilə dilimizin zibillənməsinə; 2) bugünkü
elmlərimizin, ədəbiyyatımızın onların tarixindən ayrıl-
masına yol vermişdir»
1
. Beləliklə, bu çox mühüm bir cəhət-
dir ki, sovet dövrü Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişafı əvvəlki dövrlərin inkişaf məntiqini də ehtiva edir,
davam etdirir, yəni linqvistik-psixoloji varislik əlaqəsi
qırılmır. 20-ci, xüsusilə 30-cu illərdə S. Vurğun şeir dilini
XVIII əsrin demokratik dilinə – M. P. Vaqif üslubuna
istinadən inkişaf etdirir; M. P. Vaqif dili üçün xarakterik
olan bir sıra sözləri, ifadələri S. Vurğun da yeni tarixi
şəraitin faktı kimi işlədir: havalanmaq, ağzı şirin sözlü,
könüldən könülə yollar görünmək və s.
1
M.Ş.Şirəliyev. İstilahlar yaradılmasındakı əsas prinsiplər. – Dil institutunun
əsərləri, Bakı, Azərb. SSR EA nəşri, I cild, 1947, səh. 35.
19
Sovet dövründə Azərbaycan ədəbi dilinin lüğət tərkibi
inqilabaqədərki dövrlərin lüğət tərkibinin keyfiyyətcə dava-
mıdır; belə ki, leksik-semantik normanın sovet dövründə
kəsb etdiyi keyfiyyət inqilabdan əvvəlki dövrlərdən forma-
laşmağa başlayır. XVIII əsrdən lüğət tərkibində özünü gös-
tərən millilik XIX əsr boyu inkişaf edir, XX əsrin əvvəllə-
rində güclənir
1
və daha böyük ictimai-demokratik məzmun
kəsb edir.
Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibi sovet
dövrünə istər zənginləşmə mənbələrinə, istərsə də funk-
sional üslubi diferensiasiya səviyyəsinə münasibətdə özü-
nəməxsus tarixi xarakteri ilə gəlir və bu xarakter onun
sovet dövründəki inkişafına bilavasitə təsir edir.
Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibi
ümumxalq dili leksik bazasına istinadən inkişaf edir –
ümumxalq dilinin leksikası isə qədimdən bəri formalaşa-
formalaşa gəlir, bu mənada ədəbi dilin lüğət tərkibinin so-
vet dövründə ümumxalq dili hesabına zənginləşməsi pro-
sesi də, əslində, daha əvvəlki dövrlərlə linqvistik-tarixi
kontaktın ifadəsidir. Ümumiyyətlə, «türk xalqlarının şifahi
yaradıcılıq nümunələrinin dilində terminoloji leksikanı zən-
ginləşdirmək üçün imkanlar az deyildir. Epik əsərlərdə
ümumi biologiyaya, botanikaya, heyvandarlığa, aqrobiolo-
giyaya və başqa sahələrə aid anlayışları ifadə etmək üçün
çoxlu terminlərə təsadüf olunur. Eyni fikri müxtəlif biliklər
sahəsində terminologiyanı daha da zənginləşdirməkdə qiy-
mətsiz mənbə olan dialekt leksikası haqqında da demək
1
Bu barədə bax: M.Cahangirov. Azərbaycan milli ədəbi dilinin təşəkkülü, I
hissə, Bakı, «Elm», 1978, s.186; N.Cəfərov.Leksik normanın milliləşməsi,
«Elm və həyat» jur., 1988, № 7, səh. 22.
20
olar»
1
.
Sovet dövründə ədəbi dilin lüğət tərkibi, xüsusilə
terminologiya, folklor, eləcə də dialekt bazası hesabına
zən-ginləşdikcə təbii olaraq daha əvvəlki dövrlərin dil ener-
jisindən istifadə edilir, ona görə də sovet dövründə ədəbi
dil öz leksik potensiyasını (müasir təfəkkürün ifadəçisi olan
leksik-semantik sistemi) ancaq yeni dövrün dil təfək-
kürünün gücü ilə yaratmır, bir sıra hallarda tarix boyu dildə
mövcud olanı «oyadır», fəal kommunikativ istismar üçün
yararlı hala gətirir.
Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişaf özünəməxsusluğunu müəyyən edən ikinci cəhət
inqilabdan sonra lüğət tərkibinin fəaliyyət sferasının tədri-
cən genişlənməsindən ibarətdir; bunun həm ekstralin-
qvistik, həm də linqvistik aspektləri var.
Ekstralinqvistik aspekt dedikdə inqilab gedişində
(əsasən, 1905-1920-ci illərdə) və inqilabdan sonrakı dövrdə
ədəbi dilin lüğət tərkibinin funksional imkanlarını geniş-
ləndirən ictimai-siyasi, ədəbi-mədəni və mənəvi proseslər
nəzərdə tutulur.
İnqilabi yüksəliş illərində Azərbaycan dilinin həm
siyasi, həm də mədəni nüfuzu artır, inqilabdan sonra isə o,
dövlət dili olur; respublikanın ictimai-siyasi həyatında baş
verən dəyişikliklərin sürəti Azərbaycan dilinə, birinci
növbədə onun lüğət tərkibinə təsir edir (burada bəzi dilçi-
lərin sovet dövrü Azərbaycan ədəbi dilinin tarixini vaxtilə
beşilliklər üzrə təsnif etmək cəhdlərini yada salaq), dil
quruculuğu (düzdür, bu proses bir qədər kompaniya
şəklində aparılırdı, lakin ədəbi dilin inkişafına şüurlu
müdaxilənin başlanğıcı kimi böyük hadisa idi) dövründə
1
К.М.Мусаев.Современная терминология литературных тюркских
языков Советского Союза, СТ, 1981, № 6, стр. 8-9.
Dostları ilə paylaş: |