46
ifadəsinin olmamasını tədqiqatçılar əlifbanın nöqsanı kimi
qeyd edirlər
1
.
Beləliklə, latın əlifbasına keçid dövründə fonetik-
orfoqrafik normaya müxtəlif baxımdan təsir edilir və ədəbi
dilin tarixi təcrübəsi nəzərə alınmadığı üçün iki ifrat meyil
meydana gəlir:
–
Xalq dilinin ədəbi normanı təşkil etməkdəki rolu
həddindən artıq qiymətləndirilir, nəticədə dialekt tələffüz
variantlılığı norma kimi faktlaşdırılır;
–
ikincisi xalq dilinin ədəbi normanı təşkil etməkdəki
roluna etinasız yanaşılır, nəticədə alınma sözlər mənbə
dildəki fonetik quruluşu ilə norma faktı kimi təqdim edilir.
İfrat meyillərlə yanaşı, bir sıra aralıq meyillər də
mövcud idi.
Demək lazımdır ki, orfoqrafik normanın bu cür tez-
tez dəyişdirilməsi, fikir ixtilafları ədəbi dilin tarixini
bilməməkdən, fonetik-tələffüz, orfoqrafik-yazı ənənələrinə
əslində biganə münasibətdən irəli gəlirdi – haradasa tarixə
vulqar baxışın nəticəsi idi.
Ümumiyyətlə, 20-30-cu illərin təcrübəsi də göstərdi
ki, normanı təzədən yaratmaq, əsrlər boyu davam edib
gələn prinsipləri məhv edib yeni prinsiplər tətbiq eləmək
mümkün deyil.
20-ci, eləcə də 30-cu illərdə Azərbaycanın müxtəlif
rayonlarından Bakıya gələnlərin sayı artır, bu da fonetik-
tələffüz mühitinə təsir etməklə yanaşı, gedən müzakirələrə
də ton verir, başqa sözlə, müzakirələr daha demokratik
kontekstdə gedir. Ona görə də 30-cu illərdə ədəbi dilin
fonetik-orfoqrafik norması əsasən müəyyənləşir (daha
doğrusu, təbii-qanuni müəyyənlik təsbit olunur). 40-cı, 50-
ci illərdə məhz müəyyənləşmiş fonetik-orfoqrafik normanın
1
A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 83.
47
daha da dəqiqləşdirilməsi (prinsiplər yox, faktlar) üzərində
iş gedir.
1 yanvar 1940-cı ildə Azərbaycan SSR Ali Sovetinin
qərarı ilə rus qrafikası əsasında yaradılmış əlifbaya keçilir;
birinci növbədə onu qeyd etmək lazımdır ki, ərəb
əlifbasından latın əlifbasına keçid geniş müzakirə edildiyi
halda, rus əlifbasına keçid bir-iki ildə baş verir, prinsip
etibarilə mübahisəyə səbəb olmur… Mübahisə ancaq onun
üzərində gedir ki, rus əlifbasında mövcud olan
я
,
ю
, e,
ц
,
ь
,
ъ
hərfləri də Azərbaycan dili üçün məqbuldur, ya yox.
S.Vurğun bu barədə yazırdı: «Mənim düşündüyümə görə,
əlifba kulturasının birinci şərti odur ki, hərflərin sayı
mümkün qədər az olsun. Əgər dilimizi tamamilə ifadə
etmək şərtilə 32 hərf saxlaya bilsək, yaxşı olar. Əksinə,
hərflərin sayını çoxaltmaq yolu ilə getsək, bu, əlifbanın
zəifliyinin birinci əlaməti olar. Odur ki, hərflərin sayı
məsələsində biz xəsis olmalıyıq. Ona görə də
я
,
ю
, e,
ц
və
ь
hərflərinin bizim əlifbaya daxil edilməsinə mən ziddəm,
çünki bu hərflərin ifadə etdikləri səslər Azərbaycan dilində
yoxdur…»
1
.
Bununla belə
я
,
ю
, e,
ц
hərfləri Azərbaycan
əlifbasında saxlanılır, yəni demokratizm bu nöqtədə də
pozulur.
40-cı illərin ortalarında mətbuat həmin hərflərin
əlifbadan çıxarılması barədə təkliflər verir.
Ц
hərfi 1947-ci
ildə,
я
,
ю
, e hərfləri isə (e hərfi ə əvəzinə işlənir) 1958-ci
ildə əlifbadan çıxarılır.
40-50-ci illərdəki müzakirələr orfoqrafiya qaydala-
rının təkmilləşməsinə kömək edir; 1940-cı ildə tərtib
olunmuş qaydalardan sonra bu sahədə görülən işlər öz
əksini 1946-cı, 1950-ci, 1951-ci illərin layihələrində tapır.
1
«Kommunist» qəzeti, 12 may 1939-cu il.
48
24 fevral 1954-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti
yeni orfoqrafiya qaydalarını təsdiq edir. Bununla belə,
1955-ci ildə yeni layihə təqdim olunur, həmin layihə 1958-
ci ildə təsdiq edilir.
40-50-ci illərdə ədəbi dildə orfoqrafik sabitlik
yaratmaq məqsədi ilə gedən müzakirələr, şübhəsiz ki, 20-
30-cu illərdəkindən fərqlənir; ikinci mərhələdə diqqət
orfoqrafiyanın daha konkret məsələlərinə (məsələn:
apostroflu sözlərin yazılışı, şəkilçilərin yazılışı, mürəkkəb
sözlərin yazılışı və s.) verilir, təkcə fonetik deyil,
morfonoloji hadisələr təsbit edilir. Məhz 40-cı illərdə
orfoqrafiyanın üç prinsipi (fonetik, morfoloji, tarixi-
ənənəvi prinsiplər) nəzəri şəkildə qiymətləndirilir.
40-50-ci illərdə fonetik-orfoqrafik normanın
sabitləşməsində filoloji-linqvistik tədqiqatların xüsusi
əhəmiyyəti olur; məsələn, D. Quliyevin «Azərbaycan dili
orfoqrafiyası haqqında» məqaləsində orfoqrafiyanın üç
prinsipi qeyd edilir və müəllif göstərir ki, orfoqrafiya
qaydalarının tərtibində həmin prinsiplərə riayət etmək
lazımdır
1
. Eyni məsələlər A.Əfəndiyevin
2
, Ə.Dəmirçizadə-
nin
3
, bir qədər fərqli şəkildə M.Şirəliyevin
4
məqalələrində
də qeyd edilir.
1960-cı ildən sonra Azərbaycan dilinin orfoqrafiya
qaydalarında elə bir ciddi dəyişiklik edilmir; nisbətən
diqqəti cəlb edən dəyişmə apostrofun funksiyalarının azal-
1
D. Quliyev, Azərbaycan dili orfoqrafiyası haqqında. «Müəllimə kömək»
məcmuəsi, 1940, № 1.
2
A.Əfəndiyev. Azərbaycan dilinin imla qaydaları haqqında. – «Ədəbiyyat»
qəzeti, 29 iyun 1944-cü il.
3
Ə.Dəmirçizadə. İmlamız haqqında. – «Azərbaycan müəllimi» qəzeti, 1946,
№ 25.
4
M.Ş.Şirəliyev. Ədəbi dilimizin zərurəti məsələləri. – «Kommunist» qəzeti,
23 fevral 1944-cü il.
Dostları ilə paylaş: |