A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə142/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   149

 

443


onun kəsif fars şovinisti siyasətinə qarşı gəlirdi, qapıp 

aradan aparırdı. Bu iki köpək-cocuq ingilis-Əmrkayi quduz 

itlər hər bir şeydən çox Azərbaycan xəlqinnən və onun şirin 

ana dilinnən qorxurdu…» («Koroğlu»  məcəlləsi,  № 1, 

səh. 3). 

İnqilab gedişində ədəbi dilin ictimai məzmunu artır; 

buna uyğun olaraq lüğət tərkibi də zənginləşir, dilə ictimai-

siyasi leksika gəlir, lakin etnoqrafik və klassik nitq leksi-

kası işləkliyini itirmir, – çünki inqilabın özü məhz 

etnoqrafik və klassik təfəkkür fonunda yetişir. 

 

Keçdi gecə, gün çatdadı, birdən ana yurdu   



Xalq ilə gəlib göz qabağında səfə durdu.  

Hamı qol açırlar, məni səslirlər ki, gəl, gəl!  

Gəl dərdini söylə bizə, qürbət səni yordu,  

Rəsmi dilimiz, düzdü ki, farsidi, gözəldi,  

Amma nə gözəldi ana dili, ana yurdu!  

Allah biliri mən ki, nə seyr etdimü gördüm,  

Gördüm öz əlimlə ürəyimi iki böldüm. 

(H. Ş. Rəhgüzər) 

 

Gecə, gün (gün çatdadı), qürbət və s. leksik obrazlar 



klassik nitq təfəkkürünün məhsuludur, lakin inqilabi oyanış 

həmin leksik obrazlara yeni məzmun verir: gecə – şah 

rejimi, günün çatdaması – inqilabi hərəkatın qələbəsi, 

qürbət – siyasi mühacirətdir; məsələ burasındadır ki, yeni 

məzmun sözə klassik məntiqlə verilir və bu cəhət Cənubda 

lüğət tərkibinin leksik-semantik inkişafının əsas göstə-

ricilərindən biridir. 

 

 



Gecə-gündüz, isti-soyuq, yay-qış daim çevrilir, 

Zaman dönər, dövran keçər, eldən ancaq dil qalar. 

Cərəs səsi qəfildən cumar dərin sükuta,  



 

444


Karvandansa düşərgədə xamuş olan kül qalar. 

(Q. Məcdfər) 

 

Sözə klassik münasibətin inqilabi təfəkkürə xidmət 



etməsi bu mətndə özünü aydın şəkildə göstərir; gecə-

gündüz, soyuq-isti, qış-yay qarşılaşdırmaları  zaman-

dövran-karvan poetik sinonimliyi ilə estetik əlaqədə təqdim 

olunur: kül daha güclü leksik obrazdır – «nəticə» deməkdir. 

«Cərəs səsi» – inqilabın səsidir, «dərin sükut» – əzilən 

xalqın mənəviyyatıdır... Göründüyü kimi, mətn ancaq 

sözün sözə klassik «estetik münasibəti üzərində qurul-

muşdur


1

İnqilabdan sonra şifahi xalq ədəbiyyatının dili üçün 



xarakter olan leksika da canlanır; Cənub şairlərinin dilindən 

gətirdiyimiz nümunələr bunu təsdiq edir: 

 

Xalq üz qoydu üsyana,  



Zülmün evi daşlandı.  

Şahın köhnə pambığı  

Bir ildə hallaclandı.  

Bütün İran bir oldu.  

İnqilablar başlandı.  

Şah qağa qaçdı getdi,  

Dağları aşdı getdi.  

Didərgin düşdü getdi,  

Dərbədər oldu getdi... 

(B. Elçin) 

 

                                                           



1

 Söz – dil üçün bir faktdırsa, ədəbiyyat (ədəbi-bədii) təfəkkür üçün başqa 

faktdır; «Ədəbiyyatın dili konnotativdir, yəni çoxmənalıdır və çoxlu 

assosiasiyalar doğurmaq gücünə malikdir» (

Ц.Тодоров. Понитие литера-

туры. — Семиотика, М., изд, «Радуга», 1983, стр. 832

); Cənubda ədəbi 

dilin lüğət tərkibi, əsasən, ədəbi-bədii dilin ixtiyarında olduğu üçün (və əlavə 

edək ki, publisistika da burada çox zaman bədii publisistika kimi çıxış edir) 

sözə semiotik münasibətin həmin tipi fəaldır. 




 

445


Daşlanmaq  (müq. et: daşı atılmaq), hallaclanmaq: 

düzəltmə sözləri folklor söz yaradıcılığı prinsipi ilə, yəni 

leksik vahidin etnoqrafik-poetik cilası tökülmədən yaradıl-

mışdır; həm də bu sözlər frazeoloji əhatədə verilmişdir: 

zülmün evi daşlanmaq, köhnə pambığı hallaclanmaq, – 

göründüyü kimi, həmin frazeoloji birləşmələr də ciddi 

şəkildə folklor (yaxud danışıq dili) semantikasına 

uyğundur. 

Bir olmaq, şah qağa tipli ifadələr danışıq ifadələridir, 

– bu cür əslində poetik məqamda işlənmə təcrübəsi az olan 

vahidlərin səxavətlə şeir dilinə gətirilməsi Cənub üçün təbii 

haldır.  Dağları aşdı, getdi – nağıl ifadəsidir, metaforik 

məzmuna malikdir; burada isə satirik məna qazanır və 

didərgin düşdü, dərbədər oldu ifadələrindəki satirik tonla 

uyğunlaşır. Deməli, leksik (yaxud frazeoloji) vahid. Cənub 

şeirinin dilində folklordan gəldiyi keyfiyyətdə reallaşdığı 

kimi, aktuallaşdırılaraq da işlənir, – bu, şübhəsiz, sözə, 

onun leksik-semantik və poetik məzmununa funksional 

(ictimai varlığın tələbi ilə) yanaşılması ilə əlaqədardır. 

 

Ayıl, günəş, ayıl, günəş,  



Ölkəmizə yayıl, günəş!..  

Çıx dərələr qucağından,  

Od götürək ocağından,  

Zər saçları yay üzünə,  

Həsrət qalsın ay üzünə.  

Zülmət bağrın oya-oya,  

Çıx üfüqü qana boya… 

(M. Şami) 

 

Bu mətndə isə lüğət tərkibi xalq nəğmələrinin leksika-



sına uyğundur; ayıl, yayıl, yay, boya tipli vahidlərdir – 

onlar əsrlər boyu folklor dilində işlənilmişdir. Üfüqü qana 




 

446


boyamaq  metaforası da söz; həssaslığı, ümumən, Cənub 

şeirinin leksik poetikası barədə məlumat verir; məlum olur 

ki, burada sözə tarixi münasibət əsasən dəyişmir – 

priyomlar, ifadə üsulları müəyyən dəyişmələrlə (başqa 

sözlə, deformasiya olunmaqla) bir qayda olaraq mühafizə 

edilir. Şübhəsiz, «dilin inkişafının bütün dövrlərində» lüğət 

tərkibinin vahidi kimi söz ayrıca şəkildə deyil, ümumi 

leksik-semantik sistemin mikroelementi kimi fəaliyyət 

göstərir, onun semantik təkamülünü sintaqmatik münasi-

bətdə olduğu vahidlər, işlənmə şəraiti və tezliyi 

müəyyənləşdirir»

1

 – məsələyə bu nöqtədən yanaşdıqda, 



Cənubda ədəbi dilin lüğət tərkibində folklordan, yaxud 

birbaşa məişət ünsiyyətindən gələn etnoqrafik-məişət 

leksikası leksik-semantik sistemdəki mürəkkəb sintaq-

matik, eyni zamanda assosiativ münasibətin ifadəsidir, yəni 

tarixən dil təfəkkürünün özündə müəyyənləşmiş hadisədir. 

 

Dillən, sazım, dillən, sazım!  



Misri səslə elim coşsun.  

Qızılüzən aşıb-daşsın,  

Savalana mahnı qoşsun.  

El şairi Məftun oğlu,  

Kəlmələr od-alovlu… 

(B. Zəmani) 

 

Yuxarıda M.Şaminin şeirindən verdiyimiz parçada da 



müraciət B. Zəmaninin şeirindəki kimi idi; müqayisə edək: 

Ayıl, günəş, ayıl, günəş – Dillən, sazım, dillən, sazım… 

Əslində, bu sintaktik analogiyadır; lakin sözün sintaqmatik 

yeri baxımından həm də leksik-semantik analogiyadır – heç 

olmasa ona görə ki, ayılmaq  ilə  dillənmək  arasında 

                                                           

1

 İ.Məmmədov. Azərbaycan dili semasiologiyasına giriş, Bakı, ADU nəşri, 



1988, səh. 68. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə