A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə138/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   149

 

430


dilindəki müəyyən faktlarda qrammatik əlamətlərin rus 

dilində olduğu kimi işlənməsi ədəbi dilin qrammatik 

normalarının təkmilləşmiş olduğu müasir dövr baxımından 

təhlil edildikdə bir sıra maraqlı cəhətlər meydana çıxır. 

Ədəbi dildə, sonralar aid olduğu sözlə birlikdə əvəz 

olunan qrammatik əlamətlərdən aşağıdakılarına tərcümə 

ədəbiyyatında daha çox rast gəlmək olur: 

-yor şəkilçisi. Məsələn: – Qarı bu çağırılmamış 

k o n t r o l y o r u n  üzərinə çımxırdı (N.Ostrovski) . 

Bu şəkilçi özünün qrammatik-semantik xüsusiyyət-

lərinə görə Azərbaycan dilindəki -çı (-çi, -çu, -çü) şəkilçisi 

ilə ekvivalent təşkil edir. Buna görə mümkün olan 

qrammatik-semantik şəraitdə -yor şəkilçisi Azərbaycan dili 

variantı ilə əvəz edilə bilərdi. 

Ədəbi dilin sonrakı inkişaf mərhələlərində -yor 

şəkilçisi ilə birlikdə kontrol  sözü də əvəz edilmiş, struktur 

və semantik cəhətdən müvafiq nəzarətçi sözü işlədilmişdir. 

Bununla yanaşı, tərcümə dilində bilavasitə həmin dövrün 

psixoloji vəziyyətini və hadisələrin sosial xarakterini 

canlandırmaq üçün kontrolyor  sözünün işlədilməsi xüsusi 

əhəmiyyətə malikdir. 

-nik şəkilçisi. Bu şəkilçi də Azərbaycan dilində 

qrammatik-semantik cəhətdən -çı (-çi, -çu, -çü) şəkilçisinə 

uyğun gəlir. Sovet dövrü Azərbaycan ədəbi dilinin ilk 

mərhələlərində bu şəkilçinin qoşulması ilə işlənən bir sıra 

sözlərdə sonralar əvəzolunma prosesi başlanmışdır. Məsə-

lən: – Görünür, kollej s o v e t n i k i  kimi mühüm rütbədən 

ölümcül surətdə qorxmuşdu (V.Katayev). 

Məlum olduğu üzrə, sovetnik  sözü əvəzinə müasir 

dövrdə məsləhətçi və ya müşavir sözləri işlədilir. Tərcümə 

dilində  sovetnik  sözünün saxlanması isə həmin dövrdə 

məsləhətçi və ya müşavir sözlərinin işlək olmaması, həmçi-




 

431


nin konkret situasiyada sovetnik  sözünün daha lüzumlu 

olmasından irəli gəlir. 

-at şəkilçisi. Bu şəkilçi -çılıq (-çilik, -çuluq, -çülük) 

şəkilçisinin qrammatik-semantik ekvivalenti səciyyəsinə 

malikdir. Lakin bütün sözlərdə -at  şəkilçisinin bu mənası 

müşahidə edilmir. Tərcümə ədəbiyyatından alınmış aşağı-

dakı faktda isə -at şəkilçisinin -çılıq (-çilik, -çuluq, -çülük) 

şəkilçisinə uyğun qrammatik-semantik xüsusiyyətini müşa-

hidə etmək olur: – Fransanın p r o t e k t o r a t ı  altında, 

Polşa və Rumıniya ilə birlikdə Rusiya ilə Qərb arasında 

silahlı bufet yaradarlar (N.Ostrovski). 

Protektorat  sözü əvəzinə müasir Azərbaycan dilində 

himayəçilik  sözü işlənsə də, orijinala aid məna xüsusiy-

yətləri məhz həmin sözün özü ilə daha canlı şəkildə ifadə 

olunur. 

Tərcümə ədəbiyyatında təsadüf olunan bir qisim 

sözlərdə sonralar yalnız şəkilçi komponentində dəyişiklik 

olmuşdur. Tərcümə ədəbiyyatında bunlardan aşağıdakılara 

təsadüf edilir: 

-giya şəkilçisi. Bu şəkilçi rus dilindəki -qiya 

formasının transliterasiya olunmuş variantıdır. Rus dilindən 

alındığı sözlə birlikdə müəyyən dövr ərzində Azərbaycan 

dilində işlədilən bu şəkilçi fonetik-orfoepik tələblər üzrə 

dəyişikliyə uğramışdır: – Bundakı e n e r g i y a y a , bundakı 

həyat gücünə bax! (L.Tolstoy). 

Müasir dildə energiya  sözü  enerji  şəklində işlədilir. 

Tərcümə dilindəki variant isə sovet dövrü Azərbaycan 

ədəbi dilinin ilk mərhələlərini xatırladır. 

-ist şəkilçisi. Bu şəkilçi Azərbaycan dilindəki -çı (-çi, 

-çu, -çü) şəkilçisi isə qrammatik-semantik ekvivalentliyə 

malikdir. Rus dilindən alınma sözlərin çoxunda -ist 

şəkilçisi  -çı (-çi, -çu, -çü) şəkilçisi ilə əvəz olunmuşsa da, 




 

432


ictimai-siyasi və ideoloji məzmun bildirən marksist, mate-

rialist, idealist, kommunist kimi sözlərdə bu şəkilçi 

saxlanılır. Ədəbi dilin xüsusən 60-cı illərə qədərki dövrünü 

əks etdirən tərcümə ədəbiyyatında -ist şəkilçisinin normativ 

işlənmə faktları müşahidə olunur: – Dəmiryol t e l e f o -

n i s t l ə r i  ilə yarım saat söyüşdükdən sonra Juxrayla 

danışmağa müvəffəq oldu (N.Ostrovski). 

Müasir dövrdə traktorist, şaxmatist, metallist, qrav-

yurist  və s. sözlər traktorçu, şahmatçı, metalçı, qravüraçı 

şəklində işləndiyi kimi, telefonist  sözü də telefonçu 

şəklində işlədilir. 

-iya şəkilçisi. -iya şəkilçisi Azərbaycan dilindəki -lıq 

(-lik, -luq, -lük) şəkilçisinə uyğun gəlir. Tərcümə ədəbiy-

yatında təsadüf edilən faktda da bu xüsusiyyət müşahidə 

olunur: O özü d i r e k t o r i y a n ı n  ehtiyacı üçün qənimətlər 

hesabından dəfələrlə pul tələb etmişdi (N.Ostrovski). 

Burada işlədilmiş direktoriya  sözü əvəzində müasir 

Azərbaycan dilində direktorluq  sözündən istifadə edilir. 

Direktoriya  sözü isə sovet dövrü Azərbaycan ədəbi dili 

lüğət tərkibinin ilkin mərhələsinin izini əks etdirir. 

-et şəkilçisi. Bu şəkilçi sovet dövrü ədəbi dilinin ilkin 

mərhələsində  komitet  sözü tərkibində işlədilmişdir. Bila-

vasitə həmin dövrə aid tərcümə dilində də komitet sözü rus 

dilindəki şəklinə uyğun formada saxlanılır: – Mülkədar-

ların mülkünü yandırmalı, şəhərə gedib komiteti axtarmalı 

idi (V.Katayev). 

Müasir dövrdə bu sözün -et  şəkilçi komponenti

Azərbaycan ədəbi dilində -ə affiksial forması ilə əvəz 

olunmuşdur. 

Bəzi sözlərdə isə rus dilinə məxsus qrammatik əlamət 

sonradan ixtisar edilmişdir. Tərcümə ədəbiyyatında təsadüf 

olunan belə qrammatik əlamətlərə dair aşağıdakıları 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə