A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə137/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   149

 

427


sadiqdir» sözlərini oxudu (N.Ostrovski). 

Tərcümə ədəbiyyatında rus dilindəki varianta uyğun 

işlədilən leksik-terminoloji vahidlərin müəyyən qismi hətta 

müasir dilimizdə də ikili işlədilən sözlərdən ibarətdir. 

Məsələn,  operasiya  və  melodiya  bu tiplidir. Operasiya 

sözünün Azərbaycan dilində əməliyyat, melodiya sözünün 

isə təranə kimi ekvivalenti olduğu halda, bəzən bədii dildə 

rus dilindən alınma sözlər işlədilir. Məsələn: Dedi ki, 

o p e r a s i y a  lazımdır, xəstə elə bu gün xəstəxanaya 

aparılmalıdır  (M.Qorki);  Mahnının  m e l o d i y a s ı n ı  

saxlamağa çalışaraq həzin bir ahənglə nağıl etməyə 

başlayır (M.Qorki). 

Tərcümə ədəbiyyatında bu sözlər ədəbi dilin 1920-

1940-cı illərini əks etdirsə də, müasir dövrdə onların hələlik 

öz işləkliyini itirmədiyini də müşahidə etmək olur: – 

Xəstəni operasiya otağına apardılar (İ.Əfəndiyev); 

İçəridən incə melodiya eşidilirdi (V.Nəsib). 

Tərcümə ədəbiyyatında bəzi leksik-terminoloji 

vahidlərin rus dilindəki variantı bilavasitə situasiyaya görə 

saxlanılır. Məsələn, aşağıdakı misallarda həyəcan  əvəzinə 

trevoqa, mövzu əvəzinə  tema  işlədilməsi faktları bu 

qəbildəndir: 

Trevoqa ilə toplanış beşinci piyada 

məktəbində olacaq. (N.Ostrovski);  Bu  t e m a n ı n   üstündə 

fırlanmışam illərlə (V.Mayakovski). 

Bəzi sözlərin rus dilindəki variantının saxlanması isə 

onların ədəbi dilə daxil olması xüsusiyyəti ilə bağlı 

deyildir. Məsələn, tərcümə ədəbiyyatında təsadüf olunan 

zastava və vodokaçka sözlərinin tərcümədə qarovulxana və 

suvaran maşın şəklində işlədilməsi tərcümənin keyfiy-

yətinə xələl gətirməzdi, üstəlik Azərbaycan dilinin daxili 

imkanlarını daha aydın şəkildə üzə çıxarardı. Görü-nür, 

tərcüməçi müəyyən yerli koloriti, həmçinin danışıq dili 



 

428


üçün əsas olan məna xüsusiyyətlərini nəzərə alaraq həmin 

sözlərin rus dilindəki variantının saxlanmasına üstünlük 

vermişdir:  Bütün  z a s t a v a l a r d a n   birbaş  Zimniyə  tərəf! 

(V.Mayakovski);  Su gəlmirdi. Ehtimal ki, vodokaçka 

işləmirdi (N.Ostrovski). 

2.  Rus dilindən keçən və Azərbaycan dilində 

tərcüməsinə ehtiyac olmayan sözlər. Tərcüməsinə ehtiyac 

olmayan leksik-terminoloji sözlər əsas etibarilə, müəyyən 

adət, mərasim, etnik anlayış bildirir. Belə sözlər başqa dilə, 

ümumiyyətlə, tərcümə olunmur, öz xarakterinə, həmçinin 

semantik xüsusiyyətlərinə görə ekzotizmlərə daxil olur. 

Bununla yanaşı, belə sözlər öz struktur cəhətlərinə görə 

terminoloji leksikanın bir qolunu təşkil edir. Tərcümə 

ədəbiyyatında təsadüf edilən belə sözlərə dair aşağıdakı 

misalları göstərmək olar: – R o j d e s t v o  gəlib çıxdı (V. 

Katayev); – Demək, «p r i ç a s t i y e » mərasiminə getmə-

misən, küçələrdə veyillənirsən, dinsiz? (M.Qorki);  Onu 

t r o i t s a  bayramında kəsək, yerinə cavan xoruz alaq 

(M.Şoloxov);  Toyu axırıncı s p a s a  kimi təxirə salmalıdır 

(M.Şoloxov);  Bu m a s l e n i t s a  bayramında yumru-

laşanların davasına bənzəmirdi (M. Şoloxov). 

Bu misallarda adət və mərasim adlarını bildirən 

rojdestvo  sözü İsanın anadan olma gününü, priçastiye 

dindar xristianların kilsədə çaxır içmə mərasimini, troitsa 

xristianlarda ata, oğul və ruhun vəhdətini xatırladan 

bayramı,  spasa  İsanın xilası şərəfinə ildə üç dəfə (əsasən 

yayda) keçirilən bayramı, maslenitsa  isə pəhriz bayramını 

bildirir. Bunlar xüsusiləşmiş və struktur-semantik cəhətdən 

motivləşmiş vahidlər olduğu üçün başqa dilə tərcümə 

edilmir. 

Tərcümə edilməyən leksik-terminoloji vahidlərin bir 

qismi də adət, xasiyyət və məşğuliyyətlə bağlı sözlərdir. 




 

429


Tərcümə ədəbiyyatında bunlardan aşağıdakıların işlədil-

məsi nəzəri cəlb edir: – Onu o b ı v a t e l l ə r  tanıyırdılar: o 

həmişə silahlı olurdu (N.Ostrovski);  Zirzəmiyə enir 

Puşkinin xəsis r ı t s a r ı  (V.Mayakovski). 

Bu misallardakı obıvatel  sözü ictimai görüşü olma-

yan, meşşan təbiətli adam mənası daşıyır. Azərbaycan 

dilində həmin sözün termin kimi bir sözlə qarşılığı 

olmadığı üçün tərcüməsinə də ehtiyac hiss olunmur. Rıtsar 

sözünün müqabilində isə cəngavər  sözünü işlətmək olardı. 

Lakin görünür, rıtsar  sözü ilə cəngavər  sözü arasında 

müəyyən etnik anlayış fərqi olduğuna görə onun tərcü-

məsinə ciddi ehtiyac hiss edilməmişdir. 

Bəzən motivləşmiş məna xüsusiyyətinə malik olan 

əşya adlarının tərcümə edilməsinə də ehtiyac olmur. 

Məsələn, aşağıdakı misallarda verilən zelterski və pralyotka 

sözləri bu qəbildəndir: – Ejov z e l t e r s k i  şüşəsinin ağzını 

açırdı  (M.Qorki);  Qarşıdan gələn p r a l y o t k a  gecənin 

sakitliyini buzların şıqqıltısı ilə doldurdu (M.Qorki). Bu 

misallardakı zelterski şüşə növü, pralyotka isə xüsusi araba 

növü bildirdiyinə görə tərcümə edilməmişdir. 

3.  Rus dilinə məxsus müəyyən qrammatik əlamətləri 

mühafizə edən sözlər. Sovet dövrü Azərbaycan ədəbi 

dilinin ilk mərhələlərində müəyyən terminoloji səciyyəli 

leksik və sintaktik vahidlərdə bəzi qrammatik əlamətlər 

saxlanılırdı. Yəni, bəzi sözlərdə və birləşmələrdə rus dilinə 

məxsus şəkilçilər işlədilməkdə idi. Tərcümə ədəbiyyatında 

bunların öz ifadəsini tapması bir tərəfdən həmin dövr ədəbi 

dilinə aid əlamətlərin saxlanması və dilin lüğət tərkibinin 

inkişaf mərhələləri barədə müəyyən təsəvvür oyatmaq 

cəhətdən maraqlı olduğu kimi, əsərdə təsvir olunan hadi-

sələrlə bağlı konkret situasiyaların canlandırılması baxı-

mından da mühüm rol oynayır. Tərcümə ədəbiyyatının 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə