A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə134/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   149

 

418


keçən terminlər elmin, texnikanın, incəsənətin mühüm və 

müxtəlif sahələrinə aiddir. Bu terminlər müxtəlif 

situasiyalarda, müxtəlif üslublarda işlədilir. Həm ayrı-ayrı 

obrazların dilində, həm də müəllif təhkiyəsində özünü 

göstərir. Ona görə də həmin terminlərin bir qismi ümumi 

orta bilik səviyyəsinə malik adamlara belə tanış olduğu 

halda, bəziləri ancaq bu və ya digər ixtisas sahəsində 

çalışan adamlar (mütəxəssislər) tərəfindən işlədilir. Odur 

ki, tərcümə dilində işlədilən terminləri şərti olaraq iki yerə 

bölə bilərik: 

1. Hamı tərəfindən anlaşılan, başa düşülən terminlər. 

Belə terminlər əsasən aşağıdakılardır: – Hər gün görürsən 

ki, qonşularımızla bir yerdə oturub h ə d i s  oxuyurdu (Ərəb 

hekayələri); P a s x a   b a y r a m ı n d a   Natalyaya  təzə  paltar 

tikdirmişdilər  (M.Şoloxov);  Q a r d e r o b l a r   əzirdi,  eşirdi 

insanları (V.Mayakovski); Yalnız a r t e l ç i  «yox, müqəssir 

deyildir» – deyə təkid edirdi (L.Tolstoy). 

Bu nümunələrdə verilən hədis, pasxa bayramı, 

qarderoblar, artelçi sözləri orta savad dairəsinə məxsus 

adamlar tərəfindən başa düşülür. Belə terminlərin müəyyən 

qismi etnik səciyyəli olduğu üçün ümumişlək sözlər 

səciyyəsinə malikdir. Məsələn, hədis  və  pasxa  bu qəbil-

dəndir.  Qarderob sözünün Azərbaycan dilində tam 

struktur-semantik ekvivalenti olmadığı üçün bu söz alınma 

kimi qəbul olunmuşdur. Artel sözü də ədəbi dilin lüğət 

tərkibinə daxil olan alınma sözlərdəndir. 

2. Tərcümə ədəbiyyatının dilində işlədilib, başa 

düşülməsi nisbətən çətinlik törədən və yalnız aid olduğu 

sahələrin mütəxəssisləri tərəfindən işlədilən terminlər. Belə 

terminlərə, aşağıdakıları misal göstərmək olar: – 

Doğrusunu demək lazımdır, ç u d o t v o r e t s

1

 axır vaxtlar 



                                                           

1

 Çudotvorets – möcüzə yaradan. 




 

419


nədənsə özünü göstərmirdi (V.Katayev); Behiştdir, min 

q a l u ş k i  ötürür bir kərəmə (V.Mayakovski); Qızıl rəngli 

düymələri və çiynindəki s e n z e l l ə r l ə  bir sülh hakimini 

xatırladırdı  (M.Qorki); Anası dəhşətlə çığırır, atası öz 

u c a l ı ğ ı n ı

1

 yerə tullayır (Ərəb hekayələri). 



Tərcümə ədəbiyyatı vasitəsi ilə dilimizin lüğət 

tərkibinə keçən terminlər məzmunca müxtəlif sahələrlə 

bağlıdır. Bunlardan ən çox diqqəti cəlb edən hərbi və 

ictimai-siyasi terminlərdir. 

Tərcümə dilində işlənən hərbi və ictimai-siyasi 

terminlərin böyük əksəriyyəti rus dilindən alınmışdır: – 

Valya deyirdi ki, Snequrko k o m m u n i s t   p r o p a q a n -

d a s ı  aparmasını boynuna aldı (N.Ostrovski);  Orada həm 

m e n ş e v i k l ə r , həm e s e r l ə r , həm k a d e t l ə r , həm də 

bizim inqilabi k o m i t e t i m i z  hökm sürür (A.Çer.); 

D ö v l ə t   k o o p e r a t i v i n i n  sadiq keşikçisini rüsvay edib 

(V. Mayakovski) və s. 

Tərcümə ədəbiyyatı vasitəsi ilə dilimizin lüğət 

tərkibinə keçən hərbi və ictimai-siyasi terminlər struktur 

baxımından daha maraqlıdır. Həmin terminlərin bir 

hissəsinin kök və əsasları olduğu kimi saxlanılır, Azər-

baycan dilinə məxsus şəkilçilər artırılır. Bunu aşağıdakı 

nümunələrdən də müşahidə etmək olur: – Bu, r e v o l -

y u s i y a m ı z ı n  möhkəm iradəsidir (V.Mayakovski); 

Pavel onun, özü dediyi kimi,  «x ı r d a   b u r j u a  

s t i x i y a s ı n a » qapılmasını bəyənmir (N.Ostrovski); 

Onların hamısını «notovçuluğa» qapılmaqda ittiham 

etməyi xüsusilə sevirdi (M.Qorki) . 

İctimai-siyasi terminlər geniş oxucu kütləsinin ideya-

siyasi təfəkkürünün inkişafına müsbət təsir göstərir, onların 

                                                           

1

  Uçalı – baş geyiminin bir hissəsi. Uçalı intiqam əhdi verəndə açıb 



tullayırlar. 


 

420


dünyagöruşünü formalaşdırır Bədii ədəbiyyatda hadisələr 

müəyyən dövr hadisələri ilə bağlı olur. Həmin dövrə aid 

ictimai-siyasi hadisələr onların ifadə vasitəsi olan müəyyən 

terminlərlə verilir. Tərcümə ədəbiyyatında isə həmin dövr 

hadisələrinə aid terminoloji vasitələr əksərən orijinaldakına 

uyğun şəkildə saxlanır və müəyyən situativ koloriti 

canlandırır. Aşağıdakı misallarda bu tipli terminləri 

müşahidə etmək olur: – Doğrudur, e s e r   f i r q ə s i n ə  daxil 

olması ilə əlaqədar olaraq bu əməliyyat p a n  

a o m s o v n i k i   bir  qədər  narahat  edirdi  (N.Ostrovski); Axı, 

tufta xalis b ü r o k r a t d ı , – deyə Olqa acıqlı-acıqlı 

söylənməyə başladı (N.Ostrovski); – Yaramaz 

p r o v o k a t o r  bizi ələ verdi, gecə ikən hamımızı gəlib 

apardılar  (N.Ostrovski);  Açıq-aydın  s a b o t a j   etdiyi  üçün 

dəmiryol meşə komitəsi rəhbərliyini işdən çıxarmaq, 

tədqiqat orqanlarına vermək… (N.Ostrovski);  Kəndlilik 

onu proletar p s i x o l o j i s i n d ə n  ayırmırmı? (N. 

Ostrovski); Soldatlar, b o l ş e v i k l ə r i  müdafiə edin, onlar 

xain çıxmayacaqlar! (N.Ostrovski). 

Bu cümlələrdə eser firqəsi, bürokrat, provokator, 

sabotaj, proletar psixologiyası, bolşevik ictimai-siyasi 

terminləri ilə qarşılaşan oxucu onların ifadə etdiyi mənanı 

dərk etməyə çalışır və bununla da oxucuda ictimai fəallıq, 

siyasi dünyagörüş formalaşır. 

Bir məsələni qeyd etmək lazımdır ki, son vaxtlar 

təkcə tərcümə ədəbiyyatı vasitəsi ilə deyil, dikər əlaqələrlə, 

vasitələrlə də dilimizin lüğət tərkibinə ictimai-siyasi 

terminlər daxil olur. Həmin terminlərin şərhi, izahı, seman-

tikası, orfoqrafiya və orfoepiyası ilə bağlı mükəmməl bir 

lüğətə böyük ehtiyac hiss olunur. Xatırladaq ki, 1907-ci 

ildə görkəmli bəstəkar Üzeyir Hacıbəyovun nəşr etdirdiyi 

«Turki-rusi və rusi-türki lüğət» əsəri mətbuat, xüsusən 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə