A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə136/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   149

 

424


daxil olsa da, yeni hakimiyyətin ilk illərində həm də 

ictimai-siyasi məzmun qazanmışdı. Buna görə də Azər-

baycan dilində onun əsgər mənası olsa da, tərcümə dilində 

orijinala uyğun olaraq soldat işlədilmişdir. Soldat sözü yeni 

dövrdə inqilabın keşikçisi, hakimiyyətin qələ-bəsinin 

mühafizəçisi mənasını ifadə edirdi: S o l d a t l a r ı  stansiya 

komendantı çağırmışdı (N.Ostrovski). 

Yeni hakimiyyətin ilk illərində quruculuq işləri 

genişlənir, texniki tərəqqi nailiyyətlərindən istifadənin 

potensialı artırdı. Bütün bunlar ölkədə baş verən sosial-

siyasi hadisələrlə həmahəng surətdə inkişaf edirdi. 

Cəmiyyətin inkişafı ilə yanaşı, texniki tərəqqi nailiyyətləri 

də bədii əsərlərdə başlıca mövzulardan birinə çevrilirdi. 

Rus dilində texniki inkişafla əlaqədar işlənən terminlər 

Azərbaycan dilinə daxil olurdu. Tərcümə əsərlərində də bu 

xüsusiyyət müşahidə edilir. Məsələn, V.Mayakovskinin 

şeirlərində  tren  sözü işlədilmişdir. Onun Azərbaycan 

dilindəki qarşılığı qatar  sözü ilə ifadə olunur. Lakin qatar 

sözündə  tren  sözünün işlənmə situasiyası, dövrün coşğun 

hadisələri əks olunmur. Ona görə də tərcümədə tren 

sözünün saxlanılması məqsədəuyğun hesab edilmişdir: 

 

 



Fit verilir, yerindən tərpənir 

t r e n i m i z . 

(V. Mayakovski) 

 

Step sözü də tərcümə ədəbiyyatında rus dilindəki kimi 



verilmişdir. Bu lüzum ondan irəli gəlmişdir ki, step  sözü 

orijinalda strateji məzmunlu hərbi termin kimi işlədil-

mişdir: – S t e p d ə  kim bilir onların adı nədir? (V. 

Katayev). 




 

425


Tərcümə ədəbiyyatında orijinalda olduğu kimi işlənən 

sözlərin mühüm bir qismini ərəb-fars mənşəli sözlərin 

əvəzediciləri təşkil edir. Bunların əksəriyyəti ictimai-siyasi 

məzmun daşıyan sözlərdən ibarətdir. Bu cür leksik vahidlər 

1920-40-cı illər dövründə Azərbaycan ədəbi dilində 

terminoloji vasitələr kimi işlədilmişdir. Bunlardan kiqant 

(qiqant),  koloniya, revolyusiya, provokator kimi sözləri 

misal göstərmək olar. Azərbaycan dilində bu sözlərin ərəb-

fars mənşəli nəhəng, müstəmləkə, inqilab, təxribatçı kimi 

müvafiq qarşılıqları vardır. Lakin bu sözlər həmin dövr 

hadisələrimi, ümumi ictimai-siyasi anlayışı bütövlükdə 

ifadə edə bilmədiyi üçün tərcümə dilində orijinala məxsus 

variantlar saxlanılmışdır: – Böyük «k i q a n t » maşınlarla 

yarılacaq bu torpaq (V.Mayakovski);  Təki  k o l o n i y a  

malı mağazalara dolsun (V.Mayakovski);  R e v o l -

y u s i y a d a   daha  uzağa  üzmək üçün Leninin günəşində 

yuyunuram mən bu gün (V.Mayakovski);  Yaramaz 

p r o v o k a t o r  bizi ələ verdi; gecə ikən hamımızı gəlib 

apardılar (N.Ostrovski). 

Tərcümə ədəbiyyatında Azərbaycan dilindəki ərəb-

fars mənşəli sözlərin qarşılığı kimi verilən leksemlərin 

müəyyən qismi əşya və sahə anlayışlı nomenklatur 

terminlərdən ibarətdir. Bunlardan konvert, kuşetka, podval, 

poselka, uçastok kimi sözləri misal göstərmək olar. Həmin 

sözlər 1920-40-cı illər dövrü Azərbaycan ədəbi dilinin 

lüğət tərkibində işlədilmişdir. Ərəb-fars mənşəli sözlərin 

əvəz olunması meyili ilə ədəbi dilə daxil olan bu cür 

sözlərdə ictimai-siyasi anlayış əks olunmur. Bununla belə

həmin sözlər müəyyən dövrdə ədəbi dildə işlədildiyi üçün 

tərcümə dilində də saxlanılmışdır. Məlum olduğu üzrə 

konvert  sözü  zərf, kuşetka sözü  taxt, podval sözü  zirzəmi, 

poselka  sözü  qəsəbə, uçastok sözü isə dairə  sözlərinin 




 

426


əvəzində işlədilmişdir. Bu sözlərin bir çoxu 1950-ci illərin 

sonlarına kimi və hətta 1960-cı illərdə belə ədəbi dildə 

işlədildiyinə görə həmin dövrlərə aid tərcümə əsərlərində 

də onların mühafizəsini görmək mümkündür: 

İndi də k o n v e r t i  açarkən gizli bir mehribanlıqla 

düşündü (N.Ostrovski); Foma kreslonu k u ş e t k a y a  yaxın 

çəkib sərbəstliklə dedi (M.Qorki);  Atasilə bərabər 

p o d v a l d a   və  çardaqda mətbəə yoldaşlarının yarısını 

gizlətməyə müvəffəq oldu (N.Ostrovski); 

Fəhlə 


p o s e l k u n u  və stansiyasını şəhərdən ayıracaq bir gözətçi 

dəstəsi qoyulmasını əmr etdi (N.Ostrovski);  U ç a s t o k  

nəqliyyat fövqəladə komisiyonunda qızğın iş gedirdi (N. 

Ostrovski).  

Tərcümə ədəbiyyatında orijinalına uyğun işlənən 

leksik-terminoloji vahidlərin müəyyən qismi rəsmi-işgüzar 

xarakter daşıyan sözlərdən ibarətdir. Rəsmi-işgüzar 

səciyyəli sözlərin mühüm cəhətlərindən biri budur ki, onlar 

müəyyən dövrdə ədəbi dildə ərəb-fars mənşəli sözlərin 

əvəzinə işləndikdən sonra öz yerini yenidən həmin sözlərə 

vermişsə də, bunlar ümumi danışıq dilində indi də 

saxlanılmaqdadır. Məsələn, bu mənada həmin xüsusiyyət 

ustav, kalendar, xarakteristika kimi sözlərdə özünü daha 

aydın şəkildə büruzə verir. İndi Azərbaycan ədəbi dilində 

ustav  əvəzinə  nizamnamə, kalendar əvəzinə  təqvim, 

xarakteristika  əvəzinə isə xasiyyətnamə  işlədilir. Tərcümə 

ədəbiyyatında bunların rus dilindəki variantlarının 

saxlanması həm o sözlərin müvafiq dövrdə ədəbi dildə 

işlənmə xüsusiyyətlərini, həm də Azərbaycan danışıq 

dilində onların mövqeyini nəzərə çarpdırır. Məsələn: – Dəf 

etmək lazımdır!.. Köhnə u s t a v d a  nə deyilir? (M. 

Şoloxov);  Günü  qabaqcadan  k a l e n d a r d a n   bilirdilər 

(V.Katayev); X a r a k t e r i s t i k a d a  «partiyaya son dərəcə 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə