A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə133/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   149

 

415


sözünü kəsdi (M.Şoloxov);  Ş e v a l y e n i n

pəncərələrinin 



birindən qeyri-qanuni olaraq işıq düşürdü (L.Tolstoy); Biz 

ovçunu hasardan keçirib b l o k h a u z a

2

 apardıq (Stivens) 



və s. 

L e k s i k - t e r m i n o l o j i   s ö z l ə r .  Terminologiya 

elm sahəsi olmaqla yanaşı elm və texnikanın müəyyən 

sahələrinə aid terminlər sistemi, terminlərin məcmusu kimi 

də başa düşülür

3

. Bu mənada terminologiya ədəbi dilin 



lüğət tərkibinin əsas və ayrılmaz tərkib hissələrindən, 

komponentlərindən biridir. 

Dilin lüğət tərkibinin digər komponentlərinə aid olan 

ümumi və spesifik inkişaf qanunları terminlərin də 

inkişafını və zənginləşməsini xarakterizə edir. Əlbəttə, bu 

qanunlar linqvistik mahiyyətdə olub, sovet dövrü Azərbay-

can ədəbi dili üçün sabit xarakterdədir. 

Dilin lüğət tərkibində özünəməxsus yeri olan 

terminlərin iki əsas xüsusiyyəti vardır: 

Birinci cəhət terminlərin xüsusiləşməsi, yəni semantik 

cəhətdən konkret məna hüduduna malik olması, digəri isə 

terminlərin obrazlılıqdan, emosionallıqdan məhrum olması-

dır. Bundan əlavə, terminlər ümumiləşdirdiyi bu və ya 

digər sahənin adlarını dəqiq və konkret, yığcam və lakonik 

ifadə etmək xüsusiyyətinə də malikdir.

4

 



Dilçilik ədəbiyyatında terminlərin dilin zəruri ehtiyacı 

nəticəsində yarandığı qeyd edilir. Bu ehtiyac iki istiqa-

mətdə ödənilir: birincisi alınmalar hesabına termin yara-

dıcılığı yolu ilə; ikincisi, mövcud leksik elementlər əsasın-

                                                           

1

 Şevalye – XIX əsrdə Makvadi İppolit Şehilyenin mehmanxanası. 



2

 Blokhauza – istehkam. 

3

 Bax: Terminologiya məsələləri, Bakı, 1987, səh. 5-11. 



4

 Bax: 


Винокур Г.О. О некоторых явлениях словообразования в русской 

технической терминологии. – Труды МИФЛИ, филол, ф-т.

 



 

416


da dilin ənənəvi söz yaradıcılığı qaydaları üzrə

1



Termin yaradılmasında digər üsullardan biri də dildə 

olan ümumişlək sözlərin elm və texnikanın konkret sahələri 

ilə əlaqələndirilməsidir. Bu zaman ümumişlək söz həm də 

termin səciyyəsi daşıyır. 

Tərcümə ədəbiyyatında işlənən və ədəbi dilin lüğət 

tərkibinin leksik-semantik potensialını zənginləşdirən 

terminlərin öyrənilməsi məhz bu cəhətdən aktual və 

əhəmiyyətli problemlərdən biri kimi qiymətləndirilə bilər. 

Ümumən, tərcümə ədəbiyyatının dilində işlənən 

terminlərin öyrənilməsi üç cəhətdən əhəmiyyətli hesab 

oluna bilər: 

1) elmi cəhətdən

2) tərcümə nəzəriyyəsi baxımından; 

3) bədii dil cəhətdən. 

Tərcümə ədəbiyyatından dilə keçən terminlər, dikər 

terminlər kimi, elmin bu və ya digər sahəsinə aid olub 

konkret məna, məzmun ifadə edir. Həmçinin dilin lüğət 

tərkibinə aid olan digər vahidlər kimi terminlər də 

qrammatik kateqoriyalara münasibətinə, struktur-semantik 

əlamətlərinə görə diqqəti cəlb edir. 

Tərcümə ədəbiyyatının dilində işlədilən terminlərin 

mahiyyətinin açılması onun aid olduğu elm sahəsinin 

nəzəri və praktik əhəmiyyətini artırır. 

Məlumdur ki, bədii ədəbiyyatda müxtəlif elm sahələ-

rinə dair terminlər işlənə bilir. Terminlərin bədii dildə, 

bədii ədəbiyyatda xüsusi mövqeyi vardır. Odur ki, tərcümə 

prosesində terminlər əksərən olduğu kimi saxlanılır. Belə 

terminlərin tədqiqi, linqvistik xüsusiyyətlərinin araşdırıl-

ması tərcümə nəzəriyyəsini xeyli zənginləşdirmiş olur. 

Tədqiqat prosesində terminlərin bədii dildə yeri, 

                                                           

1

 Bax: Terminologiya məsələləri, Bakı, 1987, səh. 7. 




 

417


mahiyyəti və linqvistik mövqeyi də araşdırılır. Bu zaman 

bədii dildə terminlərin verilməsi, işlədilməsi və onların 

bədii dilin digər elementləri ilə qrammatik-semantik əlaqəsi 

də müəyyənləşir. 

Deməli, tərcümə ədəbiyyatında terminlərin tədqiqi 

bədii dildə onların işlədilməsinin elmi prinsiplərinin 

meydana çıxarılması üçün zəmin yaradır. Məsələn, Azər-

baycan ədəbi dilinin lüğət tərkibində feldşer, riyaziyyat 

terminləri mövcuddur. Lakin tərcümə ədəbiyyatında 

«feldşer» termininin işlədilməsi nə qədər qanuna-

uyğundursa, «riyaziyyat» termini əvəzinə «matematika» 

işlədilməsi bir o qədər məqsədəmüvafiq deyildir. Lakin 

faktlar bəzən bunun əksini sübut edir. Məsələn: – Kazlada 

taygöz f e l d ş e r  Morozov oturmuşdu (M.Qorki); 

M a t e m a t i k a  müəllimi isə gözlüyünün dalından kənara 

baxırdı (V.Katayev). 

Məsələ burasındadır ki, sovet dövrü Azərbaycan ədəbi 

dilinin ilkin mərhələlərində lüğət tərkibinə rus dilindən bir 

çox terminoloji vahidlər daxil olmuşdu. Bunlar bir müddət 

dildə əvvəlcədən mövcud olan və işləkliyi hamı tərəfindən 

qəbul edilən ərəb-fars mənşəli sözləri sıxışdırıb sıradan 

çıxarmışdı. Lakin sonralar yeni alınan sözlərin müəyyən bir 

qisminin ifadə çətinliklərinə görə işləklik potensialı azaldı 

və onların yerinə yenə də əvvəlki fəsillərdə göstərildiyi 

kimi ərəb-fars mənşəli vahidlər işlədilməyə başladı. Bu 

dəyişiklik matematika – riyaziyyat sözlərində olduğu kimi, 

inqilab – revolyusiya, qərargah – ştab, mədəniyyət – 

kultura qoşalıqlarında da birinci tərəflərin xeyrinə qurtardı. 

Ədəbi dildə baş verən belə dəyişmələr həmin 

dövrlərdə tərcümə edilmiş bədii ədəbiyyat nümunələrində 

indi də müşahidə olunur. 

Tərcümə ədəbiyyatı hesabına dilimizin lüğət tərkibinə 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə