421
qəzet oxuyanlara kömək məqsədi ilə tərtib olunmuşdu.
Lüğətin lüğətçilik tariximizdə mühüm yer tutmasının əsas
səbəbi onun səhifələrində hər iki dilə – Azərbaycan və rus
dillərinə dair ictimai-siyasi terminlərin verilməsidir. Mütə-
xəssislərin qeyd etdiyi kimi, bu lüğət tərcümə lüğətindən
çox, izahlı lüğət xarakteri daşıyırdı. Məsələn:
İ t t i h a m n a m ə (ər. for.) – bir töhmət və cinayət üstə
tutulmuş adam haqqında məhkəməyə verilən təqsir kağızı,
обвинительный акт
.
İdarə (ər.) – dövlət işlərinin dolandırılması,
правление
.
Lüğətdə həmçinin rus dilinə məxsus sözlərin də izahı
və şərhi verilmişdir:
Офицер
– zabit:
официальный
– rəsmi;
охранное
отделение
– mühafizə şöbəsi və s.
Doğrudur, Azərbaycanda Sovet hakimiyyətinin ilk
illərindən hazırkı dövrə qədər bir sıra ikidilli və izahlı
lüğətlər çap olunub və həmin lüğətlərdə az miqdarda
ictimai-siyasi terminlər də öz əksini tapıb. Lakin ictimai-
siyasi terminləri əks etdirən mükəmməl bir izahlı lüğətə
böyük ehtiyac hiss olunur.
Tərcümə ədəbiyyatı vasitəsilə dilimizin lüğət
tərkibinə keçən terminlərin böyük bir qismi hərbi
terminologiya ilə bağlıdır. Onu da qeyd edək ki, tərcümə
əsərləri mövzu rəngarəngliyi baxımından çox zəngindir.
Belə ki, hadisələr gah şəhər mühitində, sadə kənd
həyatında, gah da döyüş meydanlarında, hərbi dairələrdə
gedir. Ümumiyyətlə, bədii ədəbiyyat real həyatı əks etdirir,
real hadisələri canlandırır. Bədii ədəbiyyatda işlədilən dil
vasitələri də müəyyən bir dövrün sinxron linqvistik
xüsusiyyətlərini özündə əks etdirir.
Sovet dövründə yazılan əsərlərin mühüm bir qismi
422
inqilabın qələbəsinin ilk illəri, xüsusən ilk quruculuq dövrü
ilə bağlıdır. Həmin dövr hadisələrinin təsviri üsullarından
asılı olaraq bədii ədəbiyyatda da müvafiq terminoloji
vasitələrdən istifadə edilmişdir. Həmin əsərlərin məhz
təsvir olunan hadisələrə yaxın dövrdə tərcümə edilməsi ilə
işlədilən terminoloji leksika da müəyyən dərəcədə
mühafizə edilmişdir. Qeyd etməliyik ki, sovet dövründə,
xüsusən ilk mərhələlərdə ədəbi dilin ən mütəhərrik sahəsi
olan leksik səviyyəsində tez-tez dəyişmələr baş verirdi. Bu
dəyişmələr, bilavasitə o dövrlərdə edilən tərcümə əsər-
lərində də öz əksini tapırdı. Rus dilinə məxsus bir çox
vahidlər ya əvvəlcədən Azərbaycan dilində mövcud olan
ərəb-fars mənşəli sözlərin əvəzində işlədilirdi, ya da rus
dilindəki qrammatik formalar, müəyyən dərəcədə Azər-
baycan dilinə də müdaxilə edirdi. Bütün bu xüsusiyyət
bədii tərcümə dilində işlədilən terminlərdə öz əksini tapırdı.
Müasir dövrdə həmin terminlər artıq ədəbi dil qanunları
üzrə dəyişdirilmiş və sabitləşdirilmişdir. Bəzi terminlərin
tərcümə ədəbiyyatında mühafizəsi isə müəyyən tarixi
dövrün real şəkildə canlandırılması, həmçinin dilin lüğət
tərkibində baş verən dəyişmələrin müqayisəli öyrənilməsi
cəhətdən nəzəri cəlb edir. Sovet dövrünün ilkin
mərhələlərini, lüğət tərkibində həmin dövrə aid inkişaf və
dəyişmələri əks etdirən terminlərdə aşağıdakı xüsusiyyətlər
mühafizə edilir:
1. Rus dilindən keçən və Azərbaycan dilində müəyyən
qarşılığı mövcud olan sözlərin işlədilməsi. Bu qrupa daxil
olan sözlərin özlərini də iki qrupa ayırmaq olar. Bunlardan
birincisi, rus-Avropa mənşəli sözlərin Azərbaycan dilinin
öz sözlərinin, ikincisi isə ərəb-fars mənşəli sözlərin
əvəzində işlənməsidir.
Sosial-siyasi hadisələrlə bağlı olub ilk mərhələlərdə
423
Azərbaycan dilində işlək olan, həmçinin tərcümə ədəbiy-
yatında mühafizə edilən sözlərdən bandit, banda, soldat
sözləri maraqlı xüsusiyyətlərə malikdir. Məlumdur ki,
Azərbaycan dilində bandit sözünün quldur, soyğunçu,
banda sözünün isə quldur dəstəsi mənaları vardır. Soldat
sözünün tam qarşılığı kimi əsgər sözü mövcuddur. Lakin
sovet dövrü Azərbaycan ədəbi dilində bandit, banda və
soldat sözlərinin normalaşmış leksik vahidlər kimi
işlədilməsinin xüsusi cəhətləri də var idi. Belə ki, quldur,
soyğunçu və həmçinin quldur dəstəsi kimi söz və ifadələr
Azərbaycan dilində daha ümumi xarakter daşıyırdı. Bu
sözlər, bütün dövrlərdə yol kəsməklə, soyğunçuluqla
məşğul olan adamlara və ya dəstələrə verilən nomenklatur
ad idi.
20-ci illərdən sonra isə bandit sözü, ümumiyyətlə,
yolkəsən, soyğunçuluq edən yox, bilavasitə hökumətin
düşməni kimi dağıntılıq törədən, yanğınlar salan, rəhbər və
fəallara qəsd edən, təxribatçılıqla məşğul olan adamlara
deyilirdi. Deməli, bu sözlər müəyyən dövrdə öz məna
xüsusiyyətlərinə görə bədii ədəbiyyatda həm də üslubi bir
priyom kimi işlədilmişdir. Bədii tərcümədə onların
mühafizəsi ilə bir tərəfdən dilin müəyyən sinxron qatı
nəzərə çarpdırılırsa, digər tərəfdən üslubi tələblər gözlə-
nilmiş olur.
Aşağıdakı misallarda həmin xüsusiyyətin öz əksini
tapmasını müşahidə etmək olur: – Buraya, b a n d i t
Maxnonun keçmişdə ağalıq etdiyi bu yerlərdə pər addımda
təxribat izləri vardı (N.Ostrovski); Qatı b a n d i t l ə r , sabiq
zabitlər, sağ və sol eserlər öz qüvvəsi və imkanı daxilində
əlinə hakimiyyət alırdı (N.Ostrovski); B a n d a - n ı n vur-tut
iki-üç başkəsəni vardı (N.Ostrovski).
Soldat sözü öz mənasına görə hərbi terminologiyaya
Dostları ilə paylaş: |