440
Qurd keçinin Şəngülüsün yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.
(Şəhriyar)
Göründüyü kimi, Qarı nənə, nağıl, qap-baca, qurd,
keçi qəbilindən olan anlayışlar bilavasitə etnoqrafik məz-
muna malikdir, mətnə daxil olan digər anlayışlar isə əslində
ümumi ideyanın təsiri ilə həmin məzmunu qəbul edir.
Beləliklə, Cənubda ədəbi dilin lüğət tərkibində koloritli söz
və ifadələrin sıxlığı ədəbi-bədii düşüncənin, mədəni
təfəkkürün özündən gəlir, yəni təkcə linqvistik hadisə deyil.
Ümumiyyətlə, sözlə (sözün mənası ilə) mədəni-tarixi
təfəkkürün strukturu arasında birbaşa səbəb-nəticə əlaqələri
vardır – bu əlaqələr obyektiv və subyektiv münasibətlərin
bütöv sistemi ilə qaydaya salınır
1
. Azər-baycan ədəbi
dilinin Cənub qolu ilə Şimal qolu arasında tarixən yaranmış
fərqlər linqvistik fərq olmaqdan daha çox tarixi-mədəni,
sosioloji-etnoqrafik («etnoqrafiya» sözünü geniş mənada,
ümumən, «milli sosioloji xüsusiyyətlər» mənasında
işlədirik) fərqlərdir və şübhəsiz, lüğət tərkibi həmin fərqləri
əks etdirməyə dil qatlarının hamısından daha həssasdır.
Lüğət tərkibinin konkret zaman kəsiyindəki mənzə-
rəsini dövrün ictimai şüur səviyyəsi müəyyən edir, çünki
leksika ilə ictimai şüur arasındakı münasibət birbaşadır;
dilin potensiyasında olan sözlərin seçilməsi də, alınmalara
ehtiyac da bu prinsip əsasında müəyyən olunur.
Cənubda ədəbi dilin lüğət tərkibində etnoqrafik (eləcə
də məişət) məzmunlu leksik vahidlərin funksionallığı 50-ci
1
Bax:
У.В.О.Куаин. Слово и объект. – Новое в зарубежной лингвистике,
выпуск XVIII (логический анализ естественного языка), М., изд.
«Прогресс», 1986, стр. 25-26
441
illərdən 70-ci illərin sonlarına qədər davam edir – həm də
nəzərə alaq ki, bu dövrdə ədəbi dil, demək olar ki, ancaq
şeir dilindən ibarətdir; bu da öz növbəsində klassik poetik
leksikanın da işləkliyini şərtləndirir:
Genə könlüm quşu bir sevgili cananı sevər,
Baş qoyub çöllərə Məcnun kimi Leylanı sevər.
Hicr oduna yanıram eşqli pərvanə kimi,
Vəslüvin ləzzətini tapmağa hicranı sevər…
(M. Etimad)
Könlüm quşu, sevgili canan, Məcnun, Leyla, hicr odu,
pərvanə, vəsl, hicran klassik poetik təfəkkürdən gəlir –
bunlar əsrlər boyu ədəbi-bədii dildə işlənmiş söz və
ifadələrdir. Digər tərəfdən həmin söz və ifadələr Şimal
üçün arxaikdir, ancaq tarixi fakt kimi maraqlıdır, halbuki
Cənubda poetik funksionallığa malikdir. Ənənəyə bu qədər
yaxınlıq isə ictimai həyatın öz daxili tələbidir
1
.
Beləliklə, İran islam inqilabına qədər Cənubda ədəbi
dilin leksik normasını etnoqrafik və klassik lüğəvi vahid-
lərin bolluğu müəyyən edir; lüğət tərkibinin inkişaf tarixi
etnoqrafik leksika ilə klassik nitq leksikasını qarşı-qarşıya
qoysa da (T.Hacıyevin tədqiqatlarını xatırlayın
2
), konkret
dövrdə, yəni 50-ci illərdən etibarən Cənubda bunların
birləşdiyini görürük: bizim fikrimizcə, etnoqrafik leksika
ilə klassik nitq leksikasının dialektik əlaqəsini cəmiyyətin
1
Bu barədə bax:
И.Джафарпур. Пути развития демократической поезии
Южного Азербайджана (1941-1960 гг.), Баку, АКД, 1967, стр. 17;
C.
Xəndan. Uğur yolu (Cənubi Azərbaycan ədəbiyyat, mətbuat, maarif,
incəsənət. Azərbaycan ədəbiyyatında cənub mövzusu), Bakı, Azərnəşr, 1987,
səh. 180-181.
2
Bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, Bakı, ADU nəşri, 1976, səh.
55-56.
442
özünün düşmüş olduğu şərait hazırlayır… Xalq milli
mənəviyyatını (onun əsas realizə forması olan dilini)
yaşatmaq üçün birinci növbədə tarixinə baş vurur; tarix isə
etnoqrafik müəyyənlik ilə klassik norma müəyyənliyini
birlikdə təqdim edir. Ona görə də Cənubi Azərbaycanda
50-ci illərdən başlayan milli oyanmanın yeni dalğası dildə
də bu iki cəhəti ardıcıl olaraq faktlaşdırır – yəni söhbət elə
bir prosesdən gedir ki, bunun universal ictimai-milli
məzmunu var, nitq də həmin universallığa daxildir.
İran İslam inqilabı Cənubda ədəbi dilin inkişafına
güclü təsir göstərdi. 70-ci illərin sonu, 80-ci illərin
əvvəllərində kifayət qədər kitab, jurnal və qəzetlər nəşr
edildi. Ədəbi dilə inqilabi anlayışlar gəldi. Əslində, ədəbi
dilin bu illərdəki lüğət tərkibi 40-cı illərin ortalarındakı
vəziyyəti yada salır; o zaman da dil inqilabi surətlə inkişaf
edirdi. Lakin nə 40-cı illərin ortalarında, nə də 70-ci illərin
sonu, 80-ci illərin əvvəllərində Cənubda ədəbi dilin lüğət
tərkibi üçün xarakterik olan etnoqrafik və klassik nitq
leksikasının işləkliyi aradan qalxmır; məsələn:
«Sizə aydın degki məcəllə çıxarmax bu dövranda nə
qədər çətin və ağırdı. Lakin biz bu çətinliğı ana dilimizin
inkişafı eşqində təhlil edib və bu milli yüki boyumuza
almışıq.
Əlbəttə, bu yolda bizi mütərəqqi insanlar hələ öz
çıxarına qədər 50-dən 200 tümənə qədər köməklik edirlər.
Biz bu ayıq və aydın fikirlərimizə eşq olsun söyləyib bütün
oxucularımızdan hər cəhətdən köməklik arzulayırıq. Necə
ki, bilirsiniz, bu məcəllə Aqayi Naseh Natiqin zidd-Azər-
baycani kitabı «Zəbani-Azərbaycan və vəhdəti-milli İran»
deyil ki, vəqfi pullarınan çıxsın…» («Dədə Qorqud»
məcəlləsi, № 3, səh. 1).
«Cəllad Pəhləvi rejimi bir quduz it kimi hər nə ki,
Dostları ilə paylaş: |