453
düşüncə təsir edir; «İnqilabın doğurduğu əhvali-ruhiyyə
bədii dilə publisist aydınlıq gətirir, haradasa obrazlılıq
səviyyəsini aşağı salır; şeirini yazan-deyən bir qayda olaraq
nə deyəcəyini düşünür, necə deyəcəyinə o qədər də fikir
vermir…»
1
. Sözün bədii üslubda da publisistik konkretliklə
verilməsi dövrün tələbi idi; inqilabi fikir poetik ifadə
dumanında itməməli, mürəkkəbləşməməli idi.
Publisistik üslubun leksikası bədii üslubun leksikasına
nisbətən daha müasir tipli olmuşdur; Əlbəttə, inqilabi
hərəkat demokratik ruhu qanadlandırmışdı, ictimai təfək-
kürə müasir məzmunlu anlayışlar gəlmişdi
2
. «Koroğlu»,
«Dədə Qorqud», «Çənlibel», «Odlar yurdu», «Yoldaş»,
«Araz», «Birlik», «Varlıq» kimi mətbuat orqanlarına da
döyüşkən üslub özünəməxsus söz potensiyasını yetirdi.
Əlbəttə, publisistik yazıların dilində ən normativ leksikadan
tutmuş loru leksikaya qədər hər cür rəngarəng cəmiyyətin
müxtəlif təbəqələrinin dili əksini tapır.
«Koroğlu» məcmuəsinin baş məqaləsindən aşağıdakı
sətirlərin lüğət tərkibinə baxaq:
«Koroğlu» məcəlləsi öz birinci nüsxəsinin nəşr
olmasına görə qanlı və nə şanlı bəhmənin inqilabını bütün
vətəndaşlara alqış deyir. «Koroğlu» məcəlləsinin yazıçılar
heyəti olan azadlıqlardan istifadə eliyərək çalışacaq ki:
1) İmperializmə qarşı tutmağınan onu hər libas və hər
şəkildə olduğunu görsədib və ifşa eləsin.
2) İstibdadı və onun üzünə rəngbərəng don geyməsini
görsədib və xəlqi başa salmağınan istibdadın bir başqa
şəkildə qayıtmasının qabağın alsın…» («Koroğlu» məc., №
6, səh. 1).
1
N.Cəfərov. Cənubi Azərbaycanda ədəbi dil (üslublar), «Ulduz» jur., 1989,
№ 1, səh. 89.
2
Mirzə İbrahimov. Cənub sovqatı, «Azərbaycan» jur 1981, №5.
454
Vətəndaş, azadlıq, imperializm, istibdad, xəlq və s.
ictimai-siyasi məzmunlu leksika mətnin funksiyasını
müəyyən edir. Bu anlayışlar oyanmış ictimai şüurun faktı-
dır və ümumiyyətlə, 1979-cu il fevral inqilabından sonra bu
cür leksik vahidlərin publisistik dildə sıx-sıx işlədilməsi
diqqəti cəlb edir. Eyni zamanda həmin qəbildən olan sözlər
ədəbi-bədii, hətta elmi üslubda da özünü göstərir, yəni
universal hadisədir.
Elmi üslubda terminologiya əsasən ənənəvidir – ərəb,
fars mənşəli terminlərdən istifadə olunur, bir sıra hallarda
isə Avropa terminologiyasına müraciət edilir; prinsip
etibarilə, elmi üslubun imkanlarının aşağı olması termi-
noloji leksikanın funksionallığına mənfi təsir göstərir.
Şübhəsiz, Cənubda elmi üslubun inkişafı kimi terminoloji
sistemin inkişafı da Şimaldakı təcrübəyə əsaslandıqda
perspektivlidir. Termin paralelliyi də məhz bu yolla aradan
qaldırıla bilər.
Cənubda ədəbi dilin inkişafı qarşısına çıxan ekstra-
linqvistik maneələr hazırda lüğət tərkibinin zənginləş-
məsinə imkan vermir, – Cənub bu baxımdan Şimalla
müqayisə olunmur; kitab, jurnal, qəzet çapının maksimum
məhdudlaşması (yaxud ümumən qadağan olunması)
məişətdə işlənən sözlərin ədəbi dilə gətirilməsi prosesini
dayandırmışdır. Halbuki burada xalq dilinin böyük ifadə
potensiyası aşkarlanmamış qalır. Düzdür, Cənubdan olan
söz ustalarının (B.Azəroğlunun, M.Gülgünün, Ə.Tudənin,
H.Billurinin, S.Tahirin və b.) dilində indinin özündə də bir
sıra koloritli söz və ifadələr işlənir, lakin bu həmin lüğət
potensiyasının bütünlüklə istifadəsi deyil – Şimalda geniş
funksionallığa malik ədəbi dilin lüğət tərkibi Cənubun xalq
dili xəzinəsindən hələ ki, lazımi qaydada faydalanmır.
Şimalla Cənub arasında Azərbaycan ədəbi dili lüğət
455
tərkibinin sinxron müqayisəsi göstərir ki, mövcud fərq
tarixi-funksional fərqdir; leksik-semantik sistemin daxili
tələbindən yox, tarixi inkişaf ərzində ana dilinin mədəni-
tarixi, ictimai-siyasi funksionallıq səviyyələrinin müxtəlif-
liyindən irəli gəlir.
* * *
Şimali Azərbaycanda ədəbi dilin lüğət tərkibinin
sovet dövründəki inkişafı; Cənubdakı leksik proseslərdən
təcrid olunmur; istər 20-ci, istər 40-cı, istərsə də 70-ci illə-
rin sonu, 80-ci illərin əvvəllərində ədəbi dil səviyyəsindəki
əlaqələr, şübhəsiz, lüğət tərkibini – leksik normanı da əhatə
edir. Deməli, ədəbi dilin lüğət tərkibinin Şimal və
Cənubdakı təzahür formaları tarixi-funksional fərqlərə
baxmayaraq, vahid orqanizm kimi mövcuddur.
456
NƏTİCƏ
Sovet dövründə Azərbaycan ədəbi dilinin inkişafı
həm əsrlər boyu davam edən təbii axını ilə gedir, həm də
ictimai-mədəni təsirləri özündə daha intensiv şəkildə əks
etdirir, ona görə də geniş kontekstdə götürdükdə ədəbi dil
normasının tarixi sabitliyi qalır, məhdud kontekstdə isə
normanın müəyyən inkişaf dövrləri keçirdiyi görünür;
bizim fikrimizcə, ədəbi dilin normasını keyfiyyətcə həmin
sabitliklə həmin inkişaf arasındakı dialektik münasibət
xarakterizə edir. Əlbəttə, ədəbi dilin nisbi sabitlik göstəri-
ciləri də, inkişaf sürəti də lüğət tərkibində daha parlaq
şəkildə ifadə olunur.
Azərbaycan ədəbi dilinin lüğət tərkibi demək olar ki,
tədricən inkişaf edir; müəyyən vaxtlarda türk, yaxud rus
dili sözlərinə üstünlük verilib sonradan onlardan əl çəkil-
məsi isə inkişafın tədriciliyini pozmur, çünki bu cür
təbəddülatlar lüğət tərkibinin daxili ehtiyacından deyil,
mədəni-ictimai mühitin özündə subyektiv təsirlərin
güclənməsindən irəli gəlir – ədəbi dilin təbii sabitliyi əvvəl-
axır belə ifrat meyilləri üstələyir və əslində, həmin təbii
sabitliyin ədəbi dilin (deyək ki, onun lüğət tərkibinin)
inkişafını idarə etməsi bununla müəyyən edilir.
Sovet dövründə ədəbi dilin lüğət tərkibinin optimal
tədqiqi iki aspektdən təhlilin metodiki üstünlüyünü qəbul
etməyə əsas verir; birinci aspekt analitik-sinxron, ikinci
aspekt isə sintetik-diaxron səpkilidir. Analitik-sinxron təhlil
lüğət tərkibini mərhələlər üzrə, eyni zamanda üslub planına
diqqət verməklə araşdırır, bir, yaxud bir neçə onillik hüdu-
dunda lüğət tərkibinin mənzərəsini təsvir edir. Sintetik-
diaxron təhlil isə mərhələlər üzrə təsnifdən imtina edir,
lüğət tərkibini bütöv keyfiyyət halında araşdırır və əslində
Dostları ilə paylaş: |