A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə148/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   149

 

463


səviyyəyə çatdırır; əlbəttə, bir daha qeyd edək ki, bu, daxili 

imkanlarla ehtiva olunan proses kimi maraqlıdır, alınma 

sözlər burada köməkçi rola malikdir və milli-leksik 

sistemin təkamül qanunlarına, prinsiplərinə tabe olur. 

Köhnəlmə prosesi söz yaradıcılığında daha çox 

sintetik məqamı passivləşdirir, yeniləşmə prosesi isə anali-

tik məqamı fəallaşdırır – əslində bunun ancaq linqvistik 

yox, qneseoloji linqvistik səbəblərindən bəhs etmək olar; o 

mənada ki, dil təfəkkürünə sovet dövründə (xüsusilə 50-ci 

illərdən etibarən) daxil olan anlayışlar bir qayda olaraq iki 

müxtəlif anlayışın məntiqi-funksional inteqrasiyasından 

yaranır. 

Ədəbi dilin lüğət tərkibində üslubi neologizmlər – 

okkazionalizmlər bir qayda olaraq iki keyfiyyətə malikdir; 

bir tərəfdən, burada lüğət tərkibinin yeniləşmə stixiyası, 

ikinci tərəfdən, üslubi diferensiasiya – variantlaşma cəhdi 

əksini tapır, tədricən hər iki keyfiyyət konkret dil faktına 

münasibətdə bir-birindən təcrid olunduğuna görə linqvistik 

məqamla linqvostilistik məqam diferensiallaşır, ilkin 

diffuzluq aradan qalxır. 

Azərbaycan ədəbi dili lüğət tərkibinin daxili imkanlar 

hesabına zənginləşməsində dialektizmlər diqqəti cəlb edir, 

həm də bu cür zənginləşmənin sosial-linqvistik məzmunu 

əvvəlki dövrlərdəkindən əsaslı şəkildə fərqlənir; sovet 

dövründə dialekt-ədəbi dil münasibətinin xarakteri dəyişir 

belə ki, dialektlərin tədricən aradan qalxması üçün ictimai-

psixoloji şərait əmələ gəlir. Dialekt isə izsiz məhv olub 

gedə bilməz, onun enerjisi var və bu enerji müxtəlif yollarla 

ədəbi dilə sərf olunmalıdır; ədəbi dil isə dialekt materialını 

(şübhəsiz, birinci növbədə leksik materialı) ancaq o 

prinsiplə qəbul edir ki, onun normativliyinə xələl gəlməsin. 

20-ci, xüsusilə 30-cu illərdə ədəbi dilin lüğət tərkibində 




 

464


normalaşma prosesinin aktiv olduğu vaxt dialektlərdən 

ədəbi dilə daha çox söz, həm də birbaşa keçir. Halbuki, 60-

70-ci illərdə dialektlərdən söz alınması müəyyən mənada 

stilizasiya faktı kimi diqqəti çəkir, – dialekt leksikası ədəbi 

dilə diferensial funksional-üslubi keyfiyyəti ilə gəlir, yəni 

bütövlükdə ədəbi normativliyə malik olmur. 

Daxili imkanlar hesabına zənginləşmə bir də ona görə 

mürəkkəb prosesdir ki, burada yeni ictimai təfəkkürün 

təsiri ilə sözün semantikasının dəyişməsi, unifikasiyası da 

başa düşülür, «zənginləşmə» anlayışı bu mənada özünü o 

qədər də doğrultmur; müşahidələr göstərir ki, sovet 

dövründə ədəbi dilin lüğət tərkibindəki semantik 

dəyişmələr müəyyən sistem verir – həmin sistem ictimai 

varlıqda baş verən inqilabi çevrilişə uyğun olub, onu əks 

etdirir. 

Ədəbi dilin strukturunda daxili imkanlar hesabına 

zənginləşmə ilə başqa dillər hesabına zənginləşmə arasında 

kəskin sərhəd yoxdur, kalkaların leksik-semantik təbiəti 

üzərindəki müşahidələr də bunu təsdiq edir; Azərbaycan 

ədəbi dilinin lüğət tərkibi rus-Avropa dillərindən çoxlu 

miqdarda kalkalar vasitəsilə ardıcıl olaraq zənginləşmişdir, 

lakin kalka etmək imkanı Azərbaycan dilinin daxili 

potensiyasının genişliyini də göstərmişdir. 

Azərbaycan ədəbi dili lüğət tərkibinin kalkalar 

hesabına artımının başlıca şərtləri aşağıdakılardan ibarətdir: 

– inqilabın qələbəsi ilə əlaqədar olaraq rus-Avropa 

elmi-mədəni təfəkküründə yeni ideologiyanın təntənəsi 

nəticəsində ictimai-siyasi anlayışların bütöv bir sisteminin 

təşəkkülü, ETİ ilə bağlı olaraq yeni anlayışların yaranması; 

– inqilabdan sonra Azərbaycan xalqının rus-Avropa 

elmi-mədəni təfəkkürünə yiyələnmək imkanının genişlən-

məsi; 



 

465


– Azərbaycan dilinin leksik-semantik potensiyasının, 

daxili imkanlarının zənginliyi, başqa sözlə, «ekvivalent 

təqdim etmək» gücünə malik olması. 

Ədəbi dilin lüğət tərkibinin daxili imkanlar hesabına 

zənginləşməsi ilə başqa dillər hesabına zənginləşməsi onun 

strukturunda eyni keyfiyyətdə dəyişiklik yaratmır – alınma 

sözlərin mənbəyi nə qədər eyni olursa-olsun (əlbəttə, bu, 

onların xüsusi mikrosistemlər əmələ gətirməsinə, kom-

paktlığına səbəb olur), yenə də onları daxili imkanlar idarə 

edir; Azərbaycan ədəbi dilinin lüğət tərkibi rus-Avropa 

mənşəli alınmaların bütöv bir sistemi ilə zənginləşir – 

bunların böyük əksəriyyəti terminoloji səciyyəli vahidlər-

dir, daha doğrusu, alındığı dil üçün kontekstoloji-stilistik 

funksionallığını itirib terminolojiləşir. 

Azərbaycan ədəbi dili lüğət tərkibi internasiona-

lizmlərlə görünməmiş dərəcədə zənginləşir – internasio-

nalizmlər, əsasən, ictimai-siyasi, elmi-texniki sahələrə aid 

olsa da, lüğət tərkibinin ümumi mənzərəsinə təsir edir, 

çünki onların aid olduğu sahələr ictimai təfəkkürün 

funksional məqamlarını təşkil edir. 

Azərbaycan dilinə daxil olmuş rus-Avropa mənşəli 

leksika getdikcə daha ardıcıl şəkildə leksik-qrammatik 

sistem tərəfindən mənimsənilir – bu prosesdə ədəbi dilin 

lüğət tərkibində sabitləşmiş ərəb-fars mənşəli sözlər də 

iştirak edir; sonuncular rus-Avropa mənşəli leksika

əksərən, internasionalizmlərlə milli leksik-semantik sistem 

arasındakı əlaqənin genişlənməsinə yardım edir – o mənada 

ki, milli leksik-semantik sistemin ərəb-fars elementlərini 

mənimsəmə təcrübəsi var və həmin təcrübə analoji olaraq 

az və ya çox dərəcədə rus-Avropa mənşəli alınmalara da 

tətbiq edilir. 

XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə