Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
89
yivlidetalları, truboborun rotoru, statoru, kiçik burucu momentə malik olan detalları və mayelərin (su,
neft, qaz) nəql edilməsində istifadə olunan detalları aid etmək olar. Beləliklə, ona görə də apardığımız
tədqiqat işi keyfiyyət göstəriciləri olan (ζ
su
,ζ
dar
,ζ
əy,
N
ν,
K
f
,K
δ
) öyrənilməsi və tətqiqatın əsas istiqaməti
olmuşdur.Plastik kütlədən olan materialların tətbiqi və onlardan hissələrin hazırlanması bizim tədqiqatın
əsas mövzusudur.
Belə ki, plastik kütlədən maşın və cihaz hissələri hazırlayarkən materialın növündən asılı olaraq
müxtəlif üsullardan istifadə edilir. Yuxarıda qeyd edildiyi kimi onlıardn ən geniş tətbiq olunanı presləmə
ilə detalların hazırlanmasıdır. Bütün növ plastik kütlədən olan materiallaremal prosesində yüksək
plastiklik keyfiyyətinəmalik olurlar.
SPAYDERĠN KONSTRUKSĠYALARININ ARAġDIRILMASI
Səməndərov T.X.
Azərbaycan Dövlət Neft Akademiyası
Spayder borunun hamar hissəsindən tutmaq yolu ilə quyuya buraxılan boru kəmərini asılı
vəziyyətdə saxlamaq üçün işlədilən quruluşdur. Spayderin boru elevatoru ilə uzlaşdırılmasının tətbiqi
endirib-qaldırma əməliyyatını daha səmərəli texnologiya üzrə yerinə yetirməyə imkan verir. Bu zaman
elevatoru əl ilə daşımaq lazım gəlmir. Spayder ucları daxilə qanunlaşdırılmış muftasız boru kəmərini
quyuya endirməyə və qaldırmağa imkan verir.
Spayderin bir neçə konstruktiv sxemi məlumdur ki, onlar borunu sıxma qüvvəsinin yaradılması ilə
bir-birindən fərqlənir. Bunlardan geniş tətbiq olunanı özü sıxan quruluşa malik pazlı spayderlərdir ki,
onlarda borunu sıxma qüvvəsi oxboyu qüvvənin artması ilə artır.
Spayderlərin tutma və saxlama səmərəsi paz birləşməsi ilə izah olunur. Spayderlər 3 qrupa bölünür:
oynaqlı; əl yaxud
ayaqla idarə olunan; pnevmatik yaxud hidravliki avtomatik və yarımavtomatik.
ABŞ-ın «Baash-Ross» firması 42,2; 48,3; 60,3; 73; 88,9; və 114,3 mm diametrli nasos-kompressor
boruları üçün oynaqlı spayderlər istehsal edir. Nasos-kompressor borularını tutmaq və çəkidə saxlamaq
üçün spayder dörd ədəd pazdan ibarət oynaqlı tutucuya malikdir. Müxtəlif diametrli borularla işləmək
üçün paz tutucusu dəyişdirilir. Bu konstruksiyanın narahatlığı ondan ibarətdir ki, borunu tutmaq, yaxud
azad etmək üçün hər dəfə paz tutucusunu əl ilə qaldırmaq tələb olunur.
TS-100 spayderinin çatışmayan cəhəti ondan ibarətdir ki, paz asqısını boruya keçirmək və ondan
çıxarmaq üçün spayderin gövdəsindən bütün paz asqısını çıxarmaq və onu çəkidə saxlamaq tələb olunur.
«Misson» firmanın spayderi 60,3; 73 və 88,9 mm diametrli nasos-kompressor boruları ilə işləmək
üçün təyinatlanmışdır. Spayderin gövdəsi sökülə bilən və kvadrata bənzər formada yerinə yetirilmişdir.
Gövdənin belə forması spayderin çəkisini azaltmağa imkan verir.
Pnevmatik və hidravlik intiqallı yarımavtomatik spayderlər endirib-qaldırma işlərini tezləşdirməyə
və yüngülləşdirməyə, eləcə də onların təhlükəsizliyini yüksəltməyə imkan verir.
İkiləşmiş
nasos-kompressor
boru
kəməri
üçün
avtomatik
spayderlər
tutucularla,
mərkəzləşdiricilərlə, asqılarla, pakerlərlə təchiz olunmuş iki, yaxud üç nasos-kompressor boru kəmərini
endirmək üçün buraxılır. Bu spayderlər ikili və üçlü paz elevatorları komplektində işləmək üçün
təyinatlanıb. Spayderlər borunun sürüşməsinin və fırlanmasının qarşısını alan etibarlı paz tutucusuna
malikdir. Hər tutma pnevmatik həll olunur.
Ölkəmizdə istehsal olunan ASQ-75 konstruksiyalı avtomatik spayderi endirib-qaldırma
əməliyyatları zamanı nasos-kompressor və qazıma borularını tutmaq və çəkidə saxlamaq, quyuların
yeraltı və əsaslı təmiri zamanı pazların yerdəyişməsi və boru kəmərini mərkəzləşdirmə üzrə əl
əməliyyatlarının mexanikləşdirməsi və avtomatlaşdırılması üçün təyinatlanmışdır. Pazların qaldırılması
yay qüvvəsi ilə həyata keçirilir. Spayderin gövdəsi sökülə bilməyən konstruksiyada yerinə yetirilmişdir.
«AzİNMAŞ»ın 1SB
89
100 spayderi NKB -89 muftasız nasos-kompressor borularını silindrik
hissədən tutmaq və onu çəkidə saxlamaq üçün təyinatlanmışdır.
Pnevmatik pazlı tutucu nasos-kompressor borularını mexanikləşdirilmiş üsulla tutmaq və asılı halda
saxlamaq üçün təyinatlanır. ―Oıl Link‖ şirkəti pnevmatik pazlı tutucuların geniş spektrini təqdim edir:
QQP, C, CHD, HD, E, CHD.
Pnevmatik pazlı tutucunun aşağıdakı üstünlükləri vardır: konstruksiyasi sadədir; çəkisi az və
yığcamdır; mexaniki və pnevmatik qüvvə ilə işləyir; rotorun pazlarını qazıma meydançasının istənilən