Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
90
yerindən ayaq pedalı vasitısilə idarə etmək olur; bununla da qazıma işləri zamanı təhlükəli məntəqələrdən
uzaqlaşma nəticəsində işin təhlükəsiz yerinə
yetirilməsi təmin olunur; konstruksiya
rotor stolundan kənara
çıxmır və rotor stolunun təsadüfi fırlanmasında təhlükə aradan qalxır.
Aparılmış geniş təhlildən müəyyən olunmuşdur ki, xarici firmaların bütün spayderlərinin gövdələri
sökülə bilən konstruksiyada hazırlanır ki, bu da onun quyu ağzında sökülüb-quraşdırılmasını sürətləndirir.
Belə fərqləndirici xüsusiyyətlər həmin spayderlərin tətbiq
sahələrini genişləndirir. Ölkə spayderlərindən
ancaq SPS
25, SP
15 və 1SB
89
100 spayderlərinin gövdəsi sökülə bilən konstruksiyaya malikdir. Bu
xüsusiyyət gələcəkdə yeni spayder konstruksiyalarının işlənməsi zamanı nəzərə alınmalıdır.
NEFT VƏ DAĞ SƏNAYESĠNDƏ ĠġLƏYƏN QALDIRICILARIN OPTĠMAL
LAYĠHƏLƏNDĠRĠLMƏSĠ
Nəhmətzadə T.Y.
Azərbaycan Dövlət Neft Akademiyası
Qaldırma qurğularının insan həyatında istifadə olunması qədim tarixi dövrə aiddir. Belə ki,
eramızdan bir neçə min il əvvəl qaldırma qurğularından istifadə edil-diyi müəyyən edilmişdir.Eramızdan
2200 il əvvəlki dövrə aid olan quyudan su qaldıran qurğuların şəkil-ləri tapılmışdır. Qədim Misir
tarixində fironların piramidaların tikintisində, diyircək-lərdən, maili müstəvilərdən, manivelalardan
istifadə olunması tarixi sənədlərlə müəy-yən edilmişdir.Yükqaldırma qurğuları qədim Yunanıstan
mədəniyyəti dövründə də xeyli inki-şaf etmişdir. Hələ eramızdan 350 il əvvəl Aristotel ―Mexaniki
problemlər‖ əsərində ağır yüklərin qaldırılması və nəql edilməsi üçün olan qurğuların təsvirini vermişdir.
Qədim Romada bu cür yükqaldırma qurğularından xeyli istifadə edilmişdir.
Orta əsrlərdə ticarətin inkişafı ilə əlaqədar olaraq yükqaldırma və boşaltma işləri artır. Buna
müvafiq olaraq müxtəlif quruluşda sadə kranlar meydana çıxır. Bu dövür-də kranın bütün hissələri ağac
materialından hazırlanırdı. Nadir hallarda qarmaq, ox və tutucu bürünc və poladdan hazırlanırdı.
XVI – XVII əsrlərdə YQ az miqdarda metal işlədilirdi, lakin XVIII əsrdən başlayaraq bu
qurğularda metaldan geniş istifadə edilməyə başlanmışdır. XIX əsrin əvvəlindən başlayan sənaye və
texnikanın inkişafı YNM maşınqayırma sahəsinin inkişafına zəmin hazırladı. 1827-ci ildə ilk stasionar
buxar kranı, 1880-ci ildə Rusiyada ilk dəfə olaraq kranla birlikdə işləyən paravoz hazırlandı.. 1877-ci ildə
ilk suda üzən buxar kranı, 1880-ci ildə isə kabel kranı qurulmuşdur. XIX əsrin sonunda elektrik
intiqalının kəşf edilməsi ilə əlaqədar olaraq 1885-ci ildə elektriklə işləyən fırlanan kran, 1887-ci ildə
elektrik körpülü kranı və 1889-cu ildə üç mexanizmli mükəmməl körpülü kran qurulub istifadəyə
verildi.Yükqaldırma maşınlarında daxili yanma mühərriklərindən isə ancaq 1895-ci ildə istifadə edilməyə
başıanmışdı.
Elm və texnologiyanın inkişafı davamlı təkmilləşdirilmiş olmalıdır.Düzgün istismar və xidmət
üçün avadanlıqların düzgün layihələndirilməsi vacibdir.Və digər komponentləri əməliyyat prinsipinə
uyğun seçilməlidir. Yalnız bu şərtlər altında texnoloji tələbatlar lazımi səviyyədə ödənilə bilər və
avadanlıqın yüksək istifadə performansı, davamlılığı və onun əməliyyat etibarlılığı əldə edilə bilər.
İlk dövrlərdə maşınların layihələndirilməsi statik yükə görə aparılırdı. Bu halda xarici təsirdən
yaranan ekvivalent yükün bu və ya digər möhkəmlik nəzəriyyəsi ilə müəyyən olunan həddi yükdən kiçik
olması şərti ödənilirdi. Maşınların məhsuldarlığı və sürəti artdıqca xarici təsirdən hissələrdə yaranan
gərginliyini dəyişmə xarakterini də nəzərə almaq lazım gəldi. Ilk başlanğıcda dinamikdüvvələrdən
yaranan gərginlik də nəzərə alınmaqla, maksimum gərginliyin həddi gərginlikdən kiçik olması şərti
ödənilirdi. Sonrakı tədqiqatlar nəticəsində maşın hissələrinin dağılmasına bir çox əlavə amillərin də təsir
etdiyi aydın oldu.
Bu amillərə maşın hissələri hazırlanarkən
yol verilən deffektlər; səthin təmizliyinin növü; təsir edən
xarici qüvvələrin dəyişmə xarakteri; miqyas faktoru; gərginliyin konsentrasiyası, materialların dözümlüyu
və sair faktorlar daxildir. Layihələndirmə işində bu amillərin təsirini nəzərə almaq üçün dünya
miqyasında tədqiqat işləri aparıldı və sorğu materialları hazırlandı. Ilk dövrlərdə layihələndirmə işində
maşın hissələrinin yalnız iki vəziyyətdəolduğu qəbul edilirdi: saz vəziyyəti və nasaz vəziyyəti. Sonradan
iş prosesində zədələnmələrin meydana çıxması və zədələnmiş vəziyyətdə maşın hissələrinin işləyə
bilməsi problemi meydana çıxdı.