Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
92
mexanizmlər 50 tona qədər yükqaldırma qabiliyyətinə malik olaraq, körpülərin metal və dəmir-beton
yığma konstruksiyalarını daşımağa və quraşdırmağa imkan verir.
Bort kran-manipulyatorları kimi belə yükqaldıran maşınların və mexanizmlərin tətbiq sahəsi qeyri-
adi genişdir. Yükqaldıran kranların bu tipi istənilən ağır yükü daşımağa və təxliyyə etməyə imkan verir,
çünki onun şassidə qurulmuş xüsusi kranı ilə boşaltma və yükləmə üzrə işləri yerinə yetirmək çox
rahatdır. Onların köməyiylə müxtəlif konstruksiyaların quraşdırılmasının həyata keçirmək asandır. Onun
xüsusi üstünlüyü ondadır ki, istənilən boşaldılma, yükləmə və quraşdırma işlərini birbaşa yerindəcə
həyata keçirmək olar.
Kran - boru düzən - bu bütün yükqaldırma qabiliyyəti momenti, dayanıqlıq və əndazə ölçüləri
parametrlərinə görə dövlət standartlarına, texniki şərtlərə uyğun olan konstruksiyadır. Adətən maşının
gedişi üzrə sol böyürdən qurulan qolla və qarmaqla təchiz edilir.
Bu qaldırıcı - nəqliyyat maşını, öz konstruksiyasının sayəsində qarmağın və qolun qaldırılmasını və
endirilməsini; qolun uzunluğunun artmasını və azalmasını; həmçinin eyni zamanda qarmağın qaldırılması
və endirilməsi yanaşı qolun uzunluğunun artmasını və azalmasını təmin edir.
Yükqaldıran maşınların ən yayılmış növlərindən biri yükqaldıran liftlərdir. Bu qaldırıcı avadanlığa
irəli sürülən mühüm tələb ondan ibarətdir ki, o istifadə prosesində təhlükəsiz olsun, müxtəlif
hündürlüklərdə iş prosesində hər cür bədbəxt hadisələrdən və travmalardan insanı qorusun.
Kiçik yük liftlərinin yükqaldırma qabiliyyəti 50-dən 250 kq-a qədər təşkil edir. Elektrotal yük
kabinəsının intiqalı kimi xidmət edir. Bu isə istismarda liftin uzunömürlüyünü, etibarlılığını yüksəldir,
şaxtanın əndazə ölçülərini azaldır. Yük meydançasının dayanacaqlarının miqdarı 2-dən 4-ə qədərdir. Yük
kabinəsının sahəsi 1kv.m-i ötmür. Kabinənın çağırışı istənilən mərtəbədən həyata keçirilir. Kandarla yük
meydançasının dayanacağının səviyyəsi 2 mm həddindədir. Liftin qapıları elektrik və mexaniki
bloklaşdırma ilə, yük kabinəsı isə sərt hərəkət tutucusu ilə təchiz edilmişdir.
Təyinatına görə asma kanat yolu yük, sərnişin və yük-sərnişin üçün olur. Yükqaldıran maşınların
bu növü asma vaqonetlərdə yüklərin və asma kreslolarda və ya vaqonlarda sərnişinlərin daşınması üçün
istifadə edilən xüsusi nəqliyyat qurğusundan ibarətdir ki, aralıq dayaqlar və son stansiyalar arasında
dartılmış polad kanat üzrə hərəkət etdirilir. Müxtəlif obyektlərin arasında ən qısa nəqliyyat əlaqələrinin
yaradılması üçün onu keçilməz və çətin keçilən rayonlarda tikirlər. Öz quruluşua görə asma kanat yolları
aşağıdakılara bölünür: bir kanatlı yol; iki kanatlı yol, kanatlardan biri – dartıcı, digəri - aparıcı. Həmçinin
bu yollarda hərəkətin iki növü olur. Birincisi – həlqəvari hərəkətli yollardır ki, bu halda vaqonlar həmişə
bir istiqamətdə asma yolunun iki paralel xətti üzrə hərəkət edirlər. İkincisi - rəqsı hərəkətli kanat
yollarıdır ki, hər yolda son stansiyaların arasında irəli-geri hərəkət edən bir vaqon asılmışdır.
Qaldırıcı mexanizm-vışka - bu şaquli istiqamətdə və ya şaquliyə yaxın istiqamət üzrə yükləri nəql
edən yükqaldırıcı maşının bir növüdür. Konstruksiyasından və təyinatından asılı olaraq onun vasitəsilə
istər yüklərin, istərsə də insanların yerdəyişməsini təmin etmək olar.
Əksər hallarda qaldırıcı mexanizm-vışka sərbəst hərəkət edə bilir, obyektə bərkidilmir və asan
hərəkət etməyə imkan verir. Qaldırıcı mexanizmin quruluşunda hərəkət üçün təkərlər qurulmuşdur, iş
zamanı onu əlavə dayaqlara bərkidirlər. O, kifayət qədər kiçik - 25 metrə qədər hündürlükdə işlər üçün
nəzərdə tutulur.
Bu maşınları iki qrupa bölmək olar: teleskopik; qayçı şəkilli. "Teleskopik qaldırıcı mexanizm"
adından göründüyü kimi, teleskopa analoji olan metodla işləyən qurğudur. Qayçı qaldırıcı mexanizminin
işi qayçılarda
olduğu kimi, çarpazlaşdırılmış dayaqlar prinsipinə əsaslanır.
Yükqaldıran tallar xüsusi yükqaldıran mexanizm olub, yükqaldırma işlərinin həyata keçirilməsi
zamanı yüklərin qaldırılması və ya endirilməsi üçün nəzərdə tutulmuşdur. Bir qayda olaraq, tallar
stasionar və daşına bilən, həmçinin əl və elektrik tallarına (telferlərinə) təsnif edilir. Bu əlamətləri nəzərə
alaraq, qurğular bir neçə yarımqrupa bölünür: əl ilə
idarə olunan stasionar, əl ilə idarə olunan daşına bilən,
elektrikli stasionar, elektrikli daşına bilən. Adətən yükqaldıran mexanizmin bu növü yalnız iki sərbəstlik
dərəcəsinə malik olur, yəni tal yükü qaldırmaq və yalnız bir müstəvidə onun yerini dəyişmək
qabiliyyətinə malikdir, bu isə onu üç sərbəstlik dərəcəsinə malik olan kranla rəqabət aparması şansından
avtomatik məhrum edir.
Yükqaldırıcı bucurqadlar yüklərin düzxətli yerdəyişməsi üçün nəzərdə tutulmuşdur. Onu əsasən
inşaat və quraşdırma işlərinin gedişində və ya sənaye müəssisələri sexlərində tətbiq edirlər. Polad kanat
adətən dartı orqanı kimi istifadə olunur. İntiqalın tipinə görə yükqaldırıcı bucurqad əl, hidravlik və
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
93
elektrik icralarında, konstruksiyasına görə birbarabanlı və çoxbarabanlı ola bilər, həmçinin bucurqadları
birsürətli və çoxsürətli təsnif edirlər.
Domkratlar daşınabilən və stasionar növlü yükqaldıran mexanizm olub, istənilən ağır əşyaları
qaldırmaq və verilmiş hündürlükdə təsbit etmək üçün mükəmməl texnikadır. İş prinsipinə görə
domkratlar aşağıdakı növlərə bölünür: tamasalı, vintli, hidravliki, pnevmatik. İntiqalının növünə görə isə
əl və elektrik domkratları fərqlənir. Öz yükqaldırma qabiliyyətinə görə domkratlar yüzlərlə tona qədər,
hündürlüyünə görə bir neçə santimetrdən bir neçə metrə qədər olur.
Yükqaldırıcı maşınların və mexanizmlərin seçilməsi, həmçinin yükləmə, boşaldılma, sarıma vaxtı
maşınlarla qaldırılan və yeri dəyişdirilən yüklərin müvəqqəti bərkidilməsi üçün və quraşdırma prosesində
yükqaldırıcı quruluşlar və tərtibatlar istifadə edlir. Birincilərə: karabinləri, qarmaqları, asqıları, qulpları,
tutucuları, birqat kanat stroplarını; ikincilərə: ikiqollu, dördqollu və altıqollu kanat stropları, halqaşəkilli
və tək kanat stropları, traversləri, müxtəlif növ tutucuları - barmaqları, gənələri, yelləncəkləri və
başqalarını, həmçinin hidravlik və elektromaqnit intiqallı quruluşları aid etmək olar.
Yükün tutulması, qaldırılması və yerdəyişməsi üçün yüktutucu quruluşlarda və tərtibatlarda xüsusi
mexanizmdən - yükqaldıran stroplardan istifadə edirlər. Bu konstruksiyaya bir neçə polad və ya toxunmuş
kanat, zəncirlər və ya başqa möhkəm materiallar daxildir ki, sonluqda xüsusi həlqə və ya qarmaq təsbit
edilir. Stropların hazırlanmasında müxtəlif materiallar istifadə edilir.
Yükqaldıran stroplar kimi konstruksiyalara bir sıra vacib tələblər irəli sürülür: möhkəmlik;
elastiklik; yüngüllük; nəql etmə vaxtı yığcamlıq; yüksək səviyyəli yükqaldırma qabiliyyətinə malik
olmaq; istismarda kifayət qədər uzunömürlük; heyət üçün təhlükəsizlik; temperaturlara davamlıq;
rütubətə davamlıq. Orijinal qarmaqlar döymə və ya ştamplama yolu ilə azkarbonlu polad 20-dən
hazırlanır ki, bu da məmulatın qəflətən dağılmamasına zəmanət verir. Qarmaq yiv birləşməsinin köməyi
ilə asqıya bərkidilir. Əgər bir kanata asılırsa, onda o ilməli çubuğa malik olur.
AzĠNMAġ-80 QALDIRICI QURĞUSUNUNUN GÜCALMA QUTUSUNUN
MÖHKƏMLĠYĠNĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ
Seyidova N.K.
Azərbaycan Dövlət Neft Akademiyası
Tərtib edilən məqalədə
AzINMAŞ-80 qaldırıcı qurğusununun gücalma qutusunun möhkəmliyinin
qiymətləndirilməsi məsələsinə baxılmışdır.
Azinmaş-80 aqreqatı neft və qaz quyularının təmiri zamanı yükqaldırma işlərinin aparılması üçün
təyinatlanır. Qarmağa düşən maksimal yük
kN
800
(
80 Ton) təşkil edir. Bu qurğu KrAZ-65033
avtomobilin şassisi üzərində montaj olunur.
Gücalma qutusunun gövdəsində yerləşdirilmiş gücalma valı avtomobilin paylayıcı qutusunun dişli
çarxları ilə daimi ilişmədə olan kürəcəkli yastıqlarda (
52
23
2
1
z
z
və
40
35
4
3
z
z
) sərbəst
oturdulmuşdur. Yay vasitəsilə sıxılmış kürəciklə bənd edilən ştokun üç vəziyyəti vardır: 1-3, 2-4 sürətləri
və «neytral».
Fırlanma hərəkəti qutudan bucurqada, rotora və lazım gəldikdə isə nasos bloku ilə birləşən kardan
valına ötürülür.
Həmçinin, hidravliki sistemin NŞ-100 yağ nasosunun intiqalına güc ötürülür.
Ötürmə qutusunun sürətlər sayı: duz – 2, əks isə 1-dir. Aparan valda bir cüt diyircəkli yastıqlarda
dişlərinin sayı
28
1
z
olan dişli çarx oturdulmuşdur. Aralıq şlisli valda isə dişlərinin sayı
26
2
z
,
19
3
z
və
34
4
z
olan dişli çarxlar oturdulmuşdur .
Aparılan valda kürəcəkli yastıqlar üzərində
42
5
z
və
27
6
z
dişli çarxlar oturdulmuşdur ki,
bunlar da
müvafiq olaraq
19
3
z
və
34
4
z
dişli çarxları ilə daimi ilişmədədir.