Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu


Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
1   2   3   4   5   6   7   8

 

8

Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında 



Qanunun 

56‐cı 


maddəsində 

kompensasiyanın 

qiymətləndirilməsində nəzərə alınmalı olan amilləri göstərir. Bunlar: 

 

•  iddiaçılara  ödəniləcək  kompensasiya  elə  prinsipə 

əsaslanmalıdır  ki,  torpaqlarını  tərk  etmələrinin  və  başqa 

yerə  köçürülmələrinin  tələb  olunması  ilə  bağlı  və  onun 

nəticəsində  zərər  və  narahatlıq  çəkən  bütün  şəxslərin 

əmlakları,  dolanışıq  üçün  vasitələri,  gəlirləri,  yaşayış 

standartları,  onların  məruz  qaldıqları  zərər  və  narahatlığın 

baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək 

malik  olduqları  şəraitdən  əlverişsiz  şəraitə  düşməmələri 

baxımından bərpa edilsin; 

•  ödəniləcək  kompensasiya  qiymətləndirilərkən  mövcud 

inflyasiya; 

•  torpağın  bu  Qanunun  58‐ci  maddəsinə  əsasən  müəyyən 

edilmiş bazar qiyməti; 

•  alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən 

hissəsinin  alındığı  hallarda  alınan  torpağın  həmin  şəxsin 

saxlanılan  (alınmayan)  torpağından  ayrılması  nəticəsində 

şəxsə dəyə biləcək zərər;  

•  alınmanın  təsirinə  məruz  qalan  şəxsdən  torpağa  sahibliyin 

əldə  edilməsi  nəticəsində  həmin  şəxsin  digər  daşınar  və  ya 

daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə 

biləcək zərər; 

•  alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq 

fəaliyyətininin  və  ya  iş  yerini  dəyişməyə  məcbur 

edilmişdirsə,  belə  yerdəyişmədən  irəli  gələn  bütün  xərclər 

və itkilər. 

 



 

9

ÖZGƏNİNKİLƏŞDİRİLMƏNİN QAYDALARI 

 

Qanunvericilik zərurət yarandıqda hökumətə dövlət ehtiyacları 



üçün  torpaqları  satın  almaq  hüququ  verir.  “Torpaqların  dövlət 

ehtiyacları  üçün  alınması  haqqında”  Qanunun  4‐cü  maddəsinə 

əsasən    torpağın  alınmasına  əsas  verən  dövlət  ehtiyacı  yarandıqda  

“...dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı 

mülkiyyətdə  olan  torpaqda  müvafiq  pay  (paylar)  mülkiyyətçi 

(mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə 

isə,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  əsasında  məcburi 

qaydada  dövlət  tərəfindən  kompensasiya  ödənilməklə  bu  Qanuna 

uyğun olaraq alına bilər”. 

Qanunun tələbinə görə “Dövlət, alınmanın təsirinə məruz qalan 

şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini 

və  ya  bərpa  qiymətini  ödəməkdə  bütün  səylərindən  istifadə  etmək 

öhdəliyini  daşıyır  və  bu  öhdəliyi  yerinə  yetirənədək  bu  Qanunda 

alınma  ilə  bağlı  müəyyən  edilmiş  müvafiq  səlahiyyətlərdən  istifadə 

edə bilməz”. 



 

Hansı torpaqlar alına bilər? 

Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında 

Qanunun  5‐ci  maddəsinə  əsasən  aşağıdakı  torpaqlar  dövlət 

ehtiyacları üçün  alına bilər. 

İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair 

müəyyən  edilmiş  yüklülüklərdən  (məhdudiyyətlərdən)  asılı 

olmayaraq  aşağıdakı  torpaqlar  bu  Qanuna  uyğun  olaraq  dövlət 

ehtiyacları üçün alına bilər: 

•  xüsusi mülkiyyətdə olan torpaqlar; 

•  bələdiyyə mülkiyyətində olan torpaqlar; 

•  Dövlət  mülkiyyətində  olan  torpaqlar  üzərində  istifadə  və 

icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. 



 


 

10

Alınmanın təsirinə məruz qalan şəxs 



 

“Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 

Qanun  torpaqların  alınmasının  təsirinə  məruz  qalan  şəxslərin 

dairəsini müəyyənləşdirir. Qanuna görə: 

•  Torpağın  və  ya  onun  müəyyən  hissəsinin  alınması 

nəticəsində  öz  torpağından  köçürülən  və  həmin  torpaqda 

yaşamaq və ondan istifadə hüququnu itirən,  

•  torpağının  və  digər  əmlakının  miqdarının,  dəyərinin  və  ya 

faydalılığının azalmasına məruz qalan, 

•  sahibkarlıq  fəaliyyətini  tam  və  ya  qismən  davam  etdirmək 

iqtidarında olmayan,  

•  iş yerini itirən,  

•  ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan,  

•  əmlakının,  yaxud  da  yaşamaq  üçün  vasitələrinin  hər  hansı 

digər  itkisi  və  azalmasına  məruz  qalan  şəxs  alınmanın 

təsirinə məruz qalan şəxs hesab edilir. 

 

Qanunun  tələbinə  görə  belə  şəxs  qanunla  müəyyən  edilmiş 



qaydada  və  yuxarıda  verilən  abzasda  nəzərdə  tutulan    itki  və 

məhrumiyyətlər  nəzərə  alınmaqla  kompensasiya  almaq  hüququna 

malikdir. 

Torpağa mülkiyyət hüququna dair  dövlət reyestrindən çıxarışı 

(kupça)  və  ya  pay  torpağa  dair  Dövlət  Aktı  olan  şəxslərdən  əlavə 

aşağıda  göstərilən  şəxslər  də  alınmanın  təsirinə  məruz  qalanlar 

kateqoriyasına aiddir:  

•  torpaqla  bağlı  dövlət  qeydiyyatına  alınmış  mülkiyyət, 

istifadə  və  ya  icarə  hüquqları  olan,  habelə  qanunvericiliklə 

dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və 

ya icarə hüquqları olan şəxslər; 

•  siyahıya  alma  dövründə  yazılı  sənədlərlə  təsdiq  edilən 

torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış 

mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər. 

 



 

11

Yadda  saxlayın  ki,  “Torpaqların  dövlət  ehtiyacları  üçün 



alınması  haqqında”  Qanun  qüvvəyə  minənədək  torpaq  üzərində 

mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas 

olan  dövlət  orqanının  və  bələdiyyənin  aktlarının  və  müqavilənin 

qanunvericiliyin  tələblərinə  riayət  etməməklə  qəbul  edilməsi  və  ya 

bağlanması  şəxsin  torpaqla  bağlı  hüquqlarının  qanunsuz  hesab 

edilməsi üçün əsas ola bilməz. 

 

Yuxarıda göstərilən alınmanın təsirlərinə məruz qalan şəxslər 

itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin 

edilirlər. 

 

Alınmanın təsirinə məruz qalanlar həmçinin aşağıdakılardır: 

•  ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə 

istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi 

və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında 

torpağı qısa müddətli istifadə edən şəxslər; 

•  torpağa  hüququnun  yaranmasına  səbəb  olan,  qanun 

tərəfindən  tanınan  uzun  müddətli  istifadə  əsasında 

torpaqda yaşayan şəxslər; 

•  yaşadıqları  torpaqla  bağlı  qanuni  hüquqları  olmayan 

şəxslər. 

 

Bu  kateqoriyaya  aid  olan  şəxslər  daşınmaz  əmlak  istisna 



olmaqla,  yalnız  onların  köçürülməsi  ilə  bağlı  yardımla  və 

köçürülmə  zamanı  həmin  şəxslərin  daşınar  əmlakına  vurulmuş 

zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər. 

Yuxarıda  göstərilən  və  alınmanın  təsirinə  məruz  qalan    hər 

hansı  şəxsin  ailə  üzvləri  qismində  torpaqda  yaşayan  şəxslər  də 

alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. 



 

Torpaqları dövlət ehtiyacları üçün alan orqan 

 

“Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  əlavə 


Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə