Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
1   2   3   4   5   6   7   8

 

12

tədbirlər  barədə  Azərbaycan Respublikasi Prezidentinin Fərmanına 

əsasən  dövlət  ehtiyacları  üçün  torpaqların  alınması  prosesində 

iştirak edən dövlət orqanları aşağıdakılardır: 

•  Nazirlər Kabineti; 

•  Torpağın yerləşdiyi ərazinin icra hakimiyyəti orqanı; 

•  Maliyyə Nazirliyi; 

•  Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, 

•   Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə 

Komitəsi, 

•  Dövlət  mülkiyyətində  olan  torpaqlara  münasibətdə 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi; 

•  Torpağın qeyri‐qanuni tutulması halları kimi, alınması təklif 

olunan  torpaqdan  hər  hansı  qanuni  hüquq  olmadan 

yaşamaq üçün və ya digər məqsədlərlə faktiki daimi istifadə 

edən  şəxslərin  sayının  ilkin  hesablanmasına  dair  məsələlər 

üzrə  Azərbaycan  Respublikasının  Qaçqınların  və  Məcburi 

Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  və  yerli  (rayon, 

şəhər  və  şəhər  rayonu)  icra  hakimiyyəti  orqanları  və 

bələdiyyələr; 

 

Bütün  halda  şəxslərin  və  bələdiyyələrin  mülkiyyətində  olan 



torpaqların  dövlət  ehtiyacları  üçün  alınmasına  dair  qərarı  Nazirlər 

Kabineti verir. 

 

Torpaqların  alınması  prosesinə  hansı  dövlət  orqanı  nəzarət 

edir? 

 

“Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 

Qanunda    dövlət  ehtiyacları  üçün  torpaqların  alınması  üzərində 

nəzarəti  həyata  keçirən  orqan  nəzərdə  tutulur.  Azərbaycan 

Respublikasının Prezidentinin “Torpaqların dövlət ehtiyacları üçün 

alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi 

ilə  əlaqədar  əlavə  tədbirlər  barədə  fərmanı  ilə  bu  orqanın 

funksiyalarını Maliyyə Nazirliyi həyata keçirir. 




 

13

  



Qanuna  əsasən  “Alınmanın  həyata  keçirilməsi  zamanı 

qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə 

baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra — nəzarət 

orqanı) tərəfindən həyata keçirilir” 

 

 Nəzarət orqanının həyata keçirdiyi funksiyalar aşağıdakılardır:  



•  tələb olunduğu hallarda torpağın alınması prosesi ilə bağlı 

təkliflərə dair rəy hazırlamaq; 

•  alan orqanın həyata keçirdiyi alınma prosedurlarına nəzarət 

etmək; 


•   qiymətləndirmənin  düzgün  aparılmasını  müəyyən  etmək 

məqsədilə torpağın alınması prosedurlarını davamlı şəkildə 

yoxlamaq 

və 


səmərəliliyi 

artırmaq 

istiqamətində 

dəyişikliklər təklif etmək; 

•   alınma  haqqında  təkliflər  və  proseslərlə  bağlı  ictimai 

iclaslara nəzarət etmək və həmin iclaslarda edilən etirazlara 

və təqdimatlara dair hesabatlar hazırlamaq; 

•   alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin 

alınması 

başlayana 

qədər 

bu 


Qanuna 

əsasən 


kompensasiyanın ödənilməsinin və ya köçürülmənin həyata 

keçirilməsinin təmin edildiyinə əmin olmaq; 

•   alınmanın təsirinə məruz qalan şəxs tərəfindən şəxsən və ya 

qanunvericiliklə  vəkalət  verdiyi  şəxs  vasitəsilə  alınma 

prosesinin  istənilən  məsələsi  ilə  bağlı  verilmiş  hər  hansı 

şikayətə  baxmaq  və  araşdırmaq,  habelə  həmin  şikayətlə 

bağlı alan orqana tövsiyələrlə birgə rəy təqdim etmək; 

•   alınma ilə bağlı hesabatlar hazırlamaq. 

 

Qanuna görə 



•  Nəzarət orqanı zəruri hallarda torpaqların alınması ilə bağlı 

ortaya  çıxan  məsələlərin  araşdırılması  məqsədilə  müvafiq 

sahə  üzrə  ekspert  və  ya  mütəxəssis  xidmətlərindən  istifadə 

edə bilər. 




 

14

•  Nəzarət orqanı alınma prosedurları ilə əlaqədar hazırladığı 



təklif və hesabatları Nazirlər Kabinetinə təqdim edir.  

Qanuna görə  “Nəzarət orqanı öz mülahizəsinə görə alınmanın 

bu  Qanunla  müəyyən  edilmiş  tələblərə  riayət  edilməməklə  həyata 

keçirildiyini  hesab  etdiyi  hallarda,  alınma  prosesinin  istənilən 

mərhələsində  alan  orqan  tərəfindən  torpaq  üzərində  hüquqların 

alınması,  alınmanın  təsirinə  məruz  qalan  şəxslərin  köçürülməsi, 

torpaqda mövcud tikililərin sökülməsi, tikinti işlərinin aparılması da 

daxil  olmaqla,  hər  hansı  işlərin  və  hərəkətlərin  dərhal 

dayandırılması  haqqında  sonuncuya  icrası  məcburi  olan  göstərişlər 

verə  bilər.  Bu  göstərişin  yerinə  yetirilməsinin  təmin  edilməməsi 

nəticəsində  maraqlı  şəxsə  dəymiş  ziyan  alan  orqan  tərəfindən 

ödənilir”. 

 

Torpaqların  alınma  prosedurları  və  alınma  qiymətlərinin 

müəyyən edilməsi 

 

Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  qayda  və 

prosedurları  “Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması 

haqqında”  Qanunla  və  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin    2009‐cu  il  4  aprel  tarixli  54  nömrəli  qərarı  ilə  təsdiq 

edilmiş  “Dövlət  ehtiyacları  üçün  alınan  daşınmaz  əmlakın 

satınalma qiymətinin hesablanması” Qaydasında əks olunmuşdur. 

“Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 

Qanunun  54‐cü  maddəsi  alınmanın  təsirinə  məruz  qalan  şəxslərə 

ödənilən kompensasiyalara dairdir: 

 

Maddəyə görə “Alınmanın təsirinə məruz qalan bütün şəxslərə 



torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları 

ilə  bağlı  bu  Qanuna  uyğun  olaraq  ədalətli  kompensasiya 

ödənilməlidir”. 

Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın 

alınmasını zəruri edən layihənin hesabına ödənilir. 

Qeyd:  Kompensasiyaların  həyata  keçirilən  layihələrin  hesabına 

ödənildiyi  üçün  layihəni  həyata  keçirən  şirkətlərə  müxtəlif  yollarla 




Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə