Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə12/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

وَأَكْثِرْ مُدَارَسَةَ الَعُلَمَاءِ، وَمُنَافَثَةَ الْحُكَمَاءِ، فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلاَدِكَ، وَإِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ


(Din) alimləri ilə ünsiyyətdə çox ol, hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O, sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur.”

İMANLILIQ, YOXSA MÜTƏXƏSSİSLİK?


Həzrət mövlanın buyuruğunu araşdıran nəzər sahibləri başqa bir nöqtə ilə də tanış olur. Bu gün İslam cəmiyyətində bə’ziləri ixtisasdan dəm vurur və mütəxəssisliyi seçim me’yarı sayırlar. Bir başqaları isə seçimdə imanı əsas götürür. Həzrət Əli (ə) “əksir mədarəsətəl-uləma” cümləsi ilə Maliki İslam alimləri və din biliciləri ilə ünsiyyətə də’vt edir. Amma “munafəsətəl-hukəma” cümləsində ixtisas və təcrübə sahiblərindən istifadə nəzərdə tutulmuşdur. Belə ki, həzrət dövlət işlərinə tə’yinatda din və ixtisası birlikdə me’yar götürməyi tövsiyə edir.

CƏMİYYƏTDƏKİ FƏRDLƏRİN MÜŞTƏRƏK TALEYİ VƏ İCTİMAİ TƏBƏQƏLƏRİN BAĞLILIĞI


Nəhcül-bəlağə baxımından cəmiyyətin müxtəlif təbəqələri bir təndən təşkil olunmuşdur və müştərək taleyə malikdir.

İstər-istəməz onların əməlləri bir-birinə tə’sir edir. Cəmiyyətin əksəriyyəti pis olduqda azlıqda qalan salehlərə də onların acı taleyindən pay düşür. Cəmiyyətin əksəriyyəti saleh olduqda isə azlıqda qalan pislər də onların işığından faydalanır. Bəli, istənilən bir təbəqənin taleyi digər təbəqələrin taleyi ilə müştərəkdir.

Bu əsasla həzrət Əli (ə) ictimai təbəqələrlə tanışlığı, hər təbəqənin sağlamlığına diqqəti hakim üçün vəzifə sayır. Həzrət Mövla Malikə tapşırır ki, hər təbəqəni dəqiq tanısın və onların sağlamlığına diqqət yetirsin. O buyurur:

وَاعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ لاَ يَصْلُحُ بَعْضُهَا إلاَّ بِبَعْض، وَلاَ غِنَى بِبَعْضِهَا عَنْ بَعْض: فَمِنْهَا جُنُودُ اللهِ،مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَالْخَاصَّةِ، وَمِنْهَا قُضَاةُ الْعَدْلِ، وَمِنهَا عُمَّالُ الاِْنْصَافِ وَالرِّفْقِ، وَمِنْهَا أَهْلُ الْجِزْيَةِ وَالْخَراجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَمُسْلِمَةِ النَّاسِ، وَمِنْهَا التُّجَّارُ وَأَهْلُ الصِّنَاعَاتِ، وَمِنهَا الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَالْمَسْكَنَةِ، وَكُلٌّ قَدْ سَمَّى اللهُ سَهْمَهُ، وَوَضَعَ عَلَى حَدِّهِ وَفَرِيضَتِهِ فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ(صلى الله عليه وآله)عَهْداً مِنْهُ عِنْدَنَا مَحْفُوظاً


(Ey Malik) bil ki, xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu, ümumi və xüsusi yazarlar (katiblər), ədalətli qazilər, kargüzarlar və qulluqçular, cizyə və xərac əhli. İslamın pənahına sığınan və ya müsəlman olan tacir, sənətkar və aşağı təbəqə üçün Allah pay ayırmış, onu Qur’an və peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu, bir əhd olaraq bizdə hifz olunur.”

Həzrət Əlinin (ə) ictimai təbəqələrin bağlılığı və rabitələri haqqında buyurduqlarına diqqətlə baxaq. Onlardan hər biri üçün Allah kitabı və peyğəmbər sünnəsində xüsusi yer ayrılmışdır. Cəmiyyətin inkişafında hər bir təbəqənin rolu təsvir olunur.


İCTİMAİ TƏBƏQƏLƏRİN MÖHKƏMLİYİ


Fərdlərin cəmiyyətdə müştərək taleyindən və ictimai təbəqələrin bağlılığından danışdıq. Əlavə edək ki, həzrət Əlinin (ə) nəzərincə, cəmiyyətdə bir təbəqənin möhkəmliyi o biri təbəqənin möhkəmliyinə bağlıdır. Başqa sözlə, heç bir təbəqə digər təbəqənin varlığından ehtiyacsız deyil. Öz varlığını qorumaq istəyən təbəqə cəmiyyətdəki digər təbəqələrin mövcudluğu üçün çalışmalıdır. Kimsə düşünməməlidir ki, onun varlığı başqalarının məhvindən asılıdır.
Əfsus, dərdimizin əsil dəvası,

Pərişanlıqların əsil şəfası

Bir əllərdədir ki, güman edirlər

Xeyir tapacaqlar məhv olsaq əgər.
Silahlı qüvvəsi olmayan cəmiyyətdə əmin-amanlıq yoxdur. Əmin-amanlıq olmasa ticarət və əkinçilik süquta uğrayar. Ticarət və əkinçilikdən fayda götürülmədikdə silahlı qüvvələrin də büdcəsi boş qalır. Hakimlər və qazilər çeşidli ictimai fəaliyyətləri daimi olaraq tənzimləməlidir. Əgər dəqiq nəzarət olmasa cəmiyyəti fitnə-fəsad bürüyər.

Cəmiyyətin bir hissəsi də yoxsul təbəqədən ibarətdir. Qeyd etdik ki, fərd yoxdursa cəmiyyət də yoxdur. Buna görə də həzrət Əli (ə) cəmiyyətdə hər hansı bir təbəqəni digər bir təbəqənin varlığı ilə şərtləndirir. Həzrət inanır ki, bir təbəqə məhv olub getsə digər təbəqə də zərər görəcək. Həzrət buyurur:

فَالْجُنُودُ، بِإِذْنِ اللهِ، حُصُونُ الرَّعِيَّةِ، وَزَيْنُ الْوُلاَةِ، وعِزُّ الدِّينِ، وَسُبُلُ الاَْمْنِ، وَلَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِلاَّ بِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِلْجُنُودِ إِلاَّ بِمَا يُخْرِجُ اللهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ فِي جِهَادِ عَدُوِهِمْ، وَيَعْتَمِدُونَ عَلَيْهِ فِيَما أصْلَحهُمْ، وَيَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِهذَيْنِ الصِّنْفَيْنِ إِلاَّ بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَالْعُمَّالِ وَالْكُتَّابِ، لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ، وَيَجْمَعُونَ مِنْ الْمَنَافِعِ، وَيُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الاُْمُورِ وَعَوَامِّهَا.

وَلاَ قِوَامَ لَهُمْ جَمِيعاً إِلاَّ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، فِيَما يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ، وَيُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ، وَيَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ ممّا لاَ يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ.



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə