Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани


ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ



Yüklə 2,08 Mb.
səhifə13/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ


Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası, keşikçisidir. Onlar hakimlərin zinəti, dinin izzəti və əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini tə’min etmək mümkünsüzdür.

Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki, qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur və onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır.

Bu iki dəstə hakim və dövlət mə’murlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri və müamilələri möhkəmləndirir, vergi toplayır, xüsusi və ümumi işlər qeydiyyatında onlara e’timad göstərilir.

Bütün bu dəstələr tacirlər və sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə tə’min edir. Başqalarında bu işi görmək gücü yoxdur.

Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar və iş qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım və həmkarlığından bəhrələnəsidir.”

LƏYAQƏT ƏSASINDA GÜC SEÇİMİ VƏ İŞ BÖLGÜSÜ


Qeyd etdik ki, bir təbəqənin möhkəmliyi o biri təbəqə vasitəsi ilə tə’min olunur. Belə ki, cəmiyyət və ictimai fəaliyyətlər bir-birinə bu qədər bağlıdırsa iş bölgüsü və güc seçimi İslam hakiminin zəruri və mühüm vəzifələrindəndir.

Şübhəsiz ki, iş istiqaməti müəyyənləşməsə dolaşıqlıq yaranar və müəyyən məqamlarda ortaya ziddiyyət çıxar. Belə bir vəziyyətdə hakim öncə qüvvələrin yerini müəyyənləşdirməli, ikincisi, ləyaqət əsasında iş bölgüsü aparmalıdır. Nəticədə me’yar hansısa münasibətlər yox, ləyaqət olasıdır. Düzgün iş bölgüsü və güc seçimi hakimin ən mühüm və ən çətin məs’uliyyətlərindəndir. O yalnız ardıcıl təlaş və Allaha bağlanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilər. Həzrət buyurur:



وَفِي اللهِ لِكُلّ سَعَةٌ، وَلِكُلٍّ عَلَى الْوَالِي حَقٌ بِقَدْرِ مَا يُصْلِحُهُ وَلَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَا أَلْزَمَهُ اللهُ مِنْ ذلِكَ إِلاَّ بِالاِْهْتَِمامِ وَالاسْتِعَانَةِ بِاللهِ، وَتَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ، وَالصَّبْرِ عَلَيْهِ فِيَما خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ


Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü iş qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş və Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa, çətin də olsa, özünü, haqqın müdafiəsinə, səbr və dözümə hazırlamalıdır.”

İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ


Allah yolunda və İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli, İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər.

Başqa sözlə, insan yalnız imanlı, pak, təqvalı, fədakar, mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş və hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun tə’yinində dəqiq və incə şərtlər ödənməli, bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil.

İslam qoşununa komandan tə’yin olunmuş insan iman, təqva, şücaət, fədakarlıq, iti düşüncə və rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh, vüqar, mətanət, səbr və dözüm, tutum, əxlaqi mö’tədillik, yerində hiddət və qəzəb, yerində mülayimlik və müdara kimi səciyyələrə də yiyələnməlidir. Belə olsa, o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz, ixtiyarına verilmiş gücdən sui-istifadə etməz, yersiz qətillər törətməz.

Əhdnamədən mə’lum olur ki, həzrət Əli (ə) İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur:

1. Allahın hökmlərinə, peyğəmbər, imam və rəhbərin əmrlərinə xeyirxahlıq və qayğıkeş münasibət, rəhbərə itaət və səmimi yardım;

2. Qəlbigenişlik və ruhi aramlıq;

3. Paklıq, təqva;

4. Müsbət keçmiş;

5. Çətinliklər qarşısında səbir və dözüm;

6. Həlimlik, nəfsə ağalıq, qəzəb və əsəbiliyi biruzə verməmək;

7. Əfv ruhiyyəsi, peşiman olmuş xətakarların bağışlanması;

8. Savaş meydanında şücaət və öncüllük;

9. Səxavət;

10. Qeyri-ilahi hər nəyi kiçik saymaq;

11. Dərin ağıl və düşüncə;

12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət, azğınlara qarşı sərtlik.

Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq:

فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لله وَلِرَسُولِهِ وَلاِِمَامِكَ، وَأَنْقَاهُمْ جَيْباً، وَأَفْضَلَهُمْ حِلْماً مِمَّنْ يُبْطِىءُ عَنِ الْغَضَبِ، وَيَسْتَرِيحُ إِلَى الْعُذْرِ، وَيَرْأَفُ بِالضُّعَفَاءِ، وَيَنْبُو عَلَى الاَْقْوِيَاءِ، وَمِمَّنْ لاَ يُثِيرُهُ الْعُنْفُ، وَلاَ يَقْعُدُ بِهِ الضَّعْفُ.


ثُمَّ الْصَقْ بَذَوِي الْمُرُوءَاتِ وَالاَْحْسَابِ، وَأَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالسَّوَابِقِ الْحَسَنَةِ، ثُمَّ أَهْلِ النَّجْدَةِ وَالشَّجَاعَةِ، وَالسَّخَاءِ وَالسَّماحَةِ، فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ، وَشُعَبٌ مِنَ الْعُرْفِ


Ordu komandanlığına elə birini tə’yin et ki, o, ətrafındakılar arasında Allaha, peyğəmbər və imamlara hamıdan xeyirxah, daha pak və daha ağıllı olsun. Elə biri ki, gec qəzəblənsin, üzri qəbul etsin, zəiflərə mehriban, azğınlara sərt olsun. Elə biri ki, çətinliklər ona diz çökdürməsin.

Sonra ərbablarla mürüvvətli, kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla, saleh və müsbət keçmişli ailələrlə, şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.”

İSLAM KOMANDANLARI QARŞISINDA RƏHBƏRİN VƏZİFƏLƏRİ


Həzrət Əli məsələləri nəzərdən keçirərkən ona müxtəlif yönlərdən yanaşır. O, İslam qoşunu və komandan üçün vəzifələr və səciyyələr tə’yin etdikdən sonra qoşun və komandan qarşısında rəhbərin vəzifələrinə nəzər salır.

Həzrət Əlinin (ə) bu əbədi tapşırıqlarında komandan və qoşun qarşısında rəhbərin vəzifələri sadalanır, onların əhəmiyyəti xülasə şəkildə bəyan olunur:

1.Ata-ana övladla mehriban olduğu kimi rəhbər də komandanlarla mehriban olmalıdır;

2.Komandanların mövqeyini möhkəmləndirmək; rəhbər komandanın gücünü artıracaq heç nəyi ona əsirgəməməlidir.

3.Komandanlara daimi diqqət; rəhbər daim komandanların ruhiyyəsindən, həyat durumundan xəbər tutmalı, onlara lütf və mərhəmət göstərməlidir. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz. Çünki öz rəhbərindən lütf görən komandan ona qarşı xoşgüman olur və nəticədə səmimiyyətlə xidmət edib, can-qəlbdən çalışır.

4.Rəhbər komandana hansısa böyük bir lütf etməklə kifayətlənməməli, zahirən əhəmiyyətsiz görünən yaxşılıqları əsirgəməməlidir. Bu zərif nöqtə qarşı tərəfin diqqət və məhəbbətini cəzb etməkdə çox tə’sirlidir.

Komandanları rəhbərin böyük lütfləri kimi, kiçik lütfləri də sevindirir. Rəhbərin hər işi vaxtında görməsi çox mühümdür. Həzrət bu barədə buyurur:

ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَا يَتَفَقَّدُهُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا، وَلاَ يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْءٌ قَوَّيْتَهُمْ بِهِ، وَلاَ تَحْقِرَنَّ لُطْفاً تَعَاهَدْتَهُمْ بِهِ وَإِنْ قَلَّ، فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ، وَحُسْنِ الظَّنِّ بِكَ.



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə