Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə10/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

وَلاَ تُدْخِلَنَّ فِي مَشُورَتِكَ بَخِيلاً يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ، وَيَعِدُكَ الْفَقْرَ، وَلاَ جَبَاناً يُضعِّفُكَ عَنِ الاُْمُورِ، وَلاَ حَرِيصاً يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ، فَإِنَّ الْبُخْلَ وَالْجُبْنَ وَالْحِرْصَ غَرَائِزُ شَتَّى يَجْمَعُهَا سُوءُ الظَّنِّ بِاللهِ


Xəsis insanla məsləhətləşmə. Çünki o səni ehsandan çəkindirər, yoxsulluqla qorxudar. Qorxaq adamla məsləhətləşmə. O sənin ruhiyyəni zəifləşdirər. Həris adamla məsləhətləşmə. O sitəmkarlıqla sənin nəzərində tamahı bəzəyər. Xəsislik, qorxaqlıq, tamahkarlıq böyük Allaha sui-zəndən qaynaqlanan səciyyələrdir.”

GÜNAHKARLARIN DÖVLƏT İŞLƏRİNDƏN UZAQLAŞDIRILMASI ZƏRURƏTİ


Nazirlər dövlət proqramlarının tənzimlənməsində ən üstün məqam sahibləridir. Onlar cəmiyyəti həm tərəqqiyə, həm də süquta apara bilər. Hökumətin e’tibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir. Keçmişdə zalım hakimlərin naziri olanlar ədalətli hakimiyyətdə məqama layiq deyil. Çünki zülm onların xarakterinə hopmuşdur və ədalətli hakimiyyətlə heç bir uyğunluqları yoxdur. Digər tərəfdən, onların zalımlığından xəbərdar xalq növbəti dəfə onları vəzifədə gördükdə mövcud hakimiyyətdən bədbin ola bilər. Belə bir fikir yaranar ki, hazırkı hökumət də əvvəlki zalım hökumətin davamıdır və nazirlər öz mənafeləri üçün çalışasıdır.

Aydın məsələdir ki, belə bir düşüncə ilə xalq kütləsi yenə də zülm-sitəm altında olduğunu fikirləşəcək. Və yeni dövlətə e’tibar göstərilməyəcək. Bu yolla hakimiyyət və xalq arasında uçurum yaranır, çox vaxt zalım nazirlərin ucbatından yeni dövlət süquta uğrayır. Həzrət buyurur:


شَرُّ وُزَرَائِكَ مَنْ كَانَ لِلاَْشْرَارِ قَبْلَكَ وَزِيراً، وَمَنْ شَرِكَهُمْ فِي الاْثَامِ، فَلاَ يَكُونَنَّ لَكَ بِطَانَةً، فَإِنَّهُمْ أَعْوَانُ الاَْثَمَةِ، وَإِخْوَانُ الظَّلَمَةِ، وَأَنْتَ وَاجِدٌ مِنْهُمْ خَيْرَ الْخَلَفِ مِمَّنْ لَهُ مِثْلُ آرَائِهِمْ وَنَفَاذِهِمْ، وَلَيْسَ عَلَيْهِ مِثْلُ آصَارِهِمْ وَأَوْزَارِهِمْ وَ آثَامِهِمْ، مِمَّنْ لَمْ يُعَاوِنْ ظَالِماً عَلَى ظُلْمِهِ، وَلاَ آثِماً عَلَى إِثْمِهِ


Sənin üçün ən pis nazir o nazirdir ki, səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı, sitəmkarların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə, onlar günaha batmayıb, sitəmkarlarla həmkarlıq etməyib, günahda onlara şərik olmayıb.”

Həzrət Əli (ə) öz hakimi ilə əvvəlki rejim mə’murlarının münasibətini son incəliyinədək araşdırıb Malikə tövsiyələr verir. Paklıq əsasında seçim mütəxəssis çatışmazlığı problemi yarada bilər. Bununla belə, Malikin diqqəti inqilabi, nüfuzlu qüvvələrə yönəldilir. Xatırladılır ki, uyğun təfəkkürlə cəmiyyəti saflaşdırmaqdan çəkinməsin. Çünki sağlam qüvvələr asanlıqla azğın qüvvələri əvəz edəsidir.


ALLAHPƏRƏSTLƏRİN DÖVLƏT APARATINA QƏBULU VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ


Həzrət Əli (ə) Maliki əmin edir ki, sabiq rejimin günahkar mə’murları işdən azad olunduqdan sonra saleh və mütəxəssis insanlar onların işini görəsidir. Mövla sözünün ardınca allahpərəstlərin zalımlardan üstünlüyünü belə bəyan edir:

أُولئِكَ أَخَفُّ عَلَيْكَ مَؤُونَةً، وَأَحْسَنُ لَكَ مَعُونَةً، وَأَحْنَى عَلَيْكَ عَطْفاً، وَأَقَلُّ لِغَيْرِكَ إِلْفاً، فَاتَّخِذْ أُولئِكَ خَاصَّةً لِخَلَوَاتِكَ وَحَفَلاَتِكَ


Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün, sənə məhəbbətləri artıq, biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et, nazir seç.”


ÜSTÜN İNSANLARIN SEÇİMİ


Qeyd olundu ki, sabiq rejimin qalıqlarını uzaqlaşdırıb, allahpərəst qüvvələri işə cəlb etmək İslam hakiminin vəzifələrindəndir. Allahpərəst insanlar zalım rejim mə’murlarından üstün olsalar da, onların da arasında məs’uliyyət hissi eyni deyil. Həzrət Əli (ə) allahpərəst qüvvələrin də müəyyən me’yarlarla, tutumlarına uyğun vəzifələrə seçilməsini zəruri sayır. Elə olmamalıdır ki, ləyaqətli insanlar kənarda qalsın, layiq olmayanlar vəzifə tutsun. Həzrət buyurur:

ثُمَّ لْيَكُنْ آثَرُهُمْ عِنْدَكَ أَقْوَلَهُمْ بِمُرِّ الْحَقِّ لَكَ، وأَقَلَّهُمْ مُسَاعَدَةً فِيَما يَكُونُ مِنْكَ مِمَّا كَرِهَ اللهُ لاَِوْلِيَائِهِ، وَاقِعاً ذلِكَ مِنْ هَوَاكَ حَيْثُ وَقَعَ.


وَالْصَقْ بِأَهْلِ الْوَرَعِ وَالصِّدْقِ، ثُمَّ رُضْهُمْ عَلَى أَلاَّ يُطْرُوكَ وَلاَ يُبَجِّحُوكَ بِبَاطِل لَمْ تَفْعَلْهُ، فَإِنَّ كَثْرَةَ الاْطْرَاءِ تُحْدِثُ الزَّهْوَ، وَتُدْنِي مِنَ الْعِزَّةِ


(Allahpərəstlər arasından), meylin istəsə də, istəməsə də, hamıdan tez haqqı deyən, Allahın bəyənmədiyi işlərdə sənə yardım göstərməyən fərdlərə üstünlük ver.

Özünü təqva və sədaqət əhlinə yaxınlaşdır. Onları elə tərbiyə et ki, səni hədsiz tə’rifləməsinlər, pis iş görmədiyin üçün xoş sözlər söyləməsinlər. Çünki həddi aşan tə’rif xudpəsəndlik gətirir və insanı təkəbbürə yaxınlaşdırır.”

Görən həzrətin bu göstərişlərinə əməl olunsa mə’mur seçimində ləyaqət yox, yaxınlıq əsas götrülərmi? Hakimiyyətdə yaltaqlığa, özünü nümayişə, riyakar qayğıkeşliyə yer qalarmı? Münafiqlər, yalançılar, fırıldaqçılar vəzifə kürsüsünə qalxarmı? Pak və məs’uliyyətli insanlar guşənişin olarmı? Əlbəttə ki yox!

Belə bir hökumətdə mühakimə və dəyərləndirmələrdə mehvər hakimin yox, Allahın razılığıdır. Uyğun nizamda acı da olsa haqqına danışan mə’mur mö’təbərdir. Uyğun şəraitdə yaltaq və riyakar yox, sədaqətli və pak işçi qabağa çəkilir. Bu səbəbdən də hakimin vəzifəsi pak və haq yola yaxın insanları araşdırıb üzə çıxarmaqdır.

TƏŞVİQ VƏ TƏNBEHİN ZƏRURİLİYİ VƏ ME’YARLARI


İslam ayinləri ədalət prinsipinə əsaslanır. Ədalət hər şeyin öz yerində qərar tutmasıdır. Bu əsasla düzgün və İslami müdiriyyətdə əvvəla sadiq işçi ilə xain işçiyə eyni gözlə baxılmayacaq, xain tənbeh ediləcək, sadiq təşviq olunacaq. İkincisi, fərdlərin təşviq me’yarı yalnız onların işi və işin nəticəsidir.

Əgər bir müdiriyyətdə təşviq olmasa, sadiqlərlə xainlərə eyni gözlə baxılsa, onlar eyni maaş alsa, bir müddət sonra işçilər arasında elə bir təsəvvür yaranacaq ki, yaxşı işləyən lazımınca dəyərləndirilmir. Beləcə, iste’dadların iflic olması ilə nizam süquta uğrayacaq. Yox əgər təşviqlər ədalətə yox, hansısa münasibətlərə əsaslansa tabeçilikdə olanlar müdiriyyətə qarşı e’tinasız olacaq və səmimiliyini itirəcək. Həzrət buyurur:




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə