Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə7/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   2   3   4   5   6   7   8   9   10   ...   23

إِيَّاكَ وَمُسَامَاةَ اللهِ فِي عَظَمَتِهِ، وَالتَّشَبُّهَ بِهِ فِي جَبَرُوتِهِ، فَإِنَّ اللهَ يُذِلُّ كُلَّ جَبَّار، وَيُهِينُ كُلَّ مُخْتَال


Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır.”

İNSAF VƏ ƏDALƏTƏ RİAYƏT, ZÜLMLƏ MÜBARİZƏ


Allaha qarşı insafın nə olması və necəliyi, xalqla insaf mövzularını aydınlaşdırmaq üçün öncə həzrətin buyuruğunun davamını oxuyacaq, sonra uyğun mövzuları nəzərdən keçirəcəyik:

أَنْصِفِ اللهَ وَأَنْصِفِ النَّاسَ مِنْ نَفْسِكَ، وَمِنْ خَاصَّةِ أَهْلِكَ، وَمَنْ لَكَ فِيهِ هَوىً مِنْ رَعِيَّتِكَ، فَإِنَّكَ إِلاَّ تَفْعَلْ تَظْلِمْ


Allahla insaflı rəftar et. Xalqa, ailənin yaxın üzvlərinə, yaxın qohumlara, rəğbət göstərdiyin rəiyyətə münasibətdə insafı gözlə. Belə etməsən, sitəm qılmış olacaqsan.”

ALLAHA QARŞI İNSAFIN MƏFHUMU


Adi həyatda elələri var ki, fiziki və ruhi sağlamlığa malik olmalarına baxmayaraq bu böyük ne’mətin dəyəri haqqında düşünmürlər. Bəli, insan nə qədər ki sağlamdır, sağlamlığın qədrini bilmir. Sağlam dişləri olan və gündəlik qidasını heç bir çətinlik çəkmədən dişləri altında əzib udan insan çox vaxt diş kimi ne’mət haqqında bir anlıq olsun fikirləşmir. Sağlam ayaqlarla daim rahat hərəkət edən, saatlarla bir yerdə dayanan insan sağlam ayaqların necə böyük ne’mət olduğunu adətən düşünmür. Amma elə ki dişlərdən birində problem yaranır, həmin an sanki bütün dünya zülmətə bürünür. Dişi ağrıyan insan nəinki rahat qidalana bilmir, hətta uyğun ağrılar onu divara qısır. Bu ağrı kəsilənədək insan heç bir işlə rahat məşğul ola bilmir. Dişi ağrıyan insanın nə qulaqları yaxşı eşidir, nə də gözləri yaxşı görür. Əslində onun beyni düzgün işləmir. Yalnız bu ağrılardan, əzab əziyyətdən sonra insan sağlam dişin nə qədər böyük ne’mət olduğunu anlayır. Amma həmin ağrılaradək ixtiyarında qoyulmuş bu misilsiz ne’mətlər haqqında düşünə bilmirdi. Məsələn, ayağı əzilmiş, yeriyə bilməyən insan məcbur olub yerində oturduqda anlamağa başlayır ki, sağlam ayaqlar necə böyük ne’mət imiş!

Müxtəsər işarələrimizdən nəticə çıxarıb qalan saysız-hesabsız ne’mətlər haqqında özünüz düşünün. Bu gün ixtiyarınıza verilmiş hər bir ne’məti diqqət mərkəzində saxlayın. Təsəvvür edin ki, bir gün həmin ne’mət əlinizdən alınacaq və ya həmin ne’mətə hansısa nöqsan gələcək. Düşünün ki, həmin kiçik nöqsan sizin üçün həyatda necə viranedici böyük problemlər yaradacaq. Bu çətinlik həm cisminizə, həm də ruhunuza öz tə’sirini göstərəcək. Bu yolla sizin təbii həyat yolunuz qırıla bilər.

Məhz bu məqamda Allaha qarşı insaflı olmaq məsələsi ortaya çıxır. Allaha qarşı insafın bir qismi Onun ne’mətlərinə qədərincə şükür etməkdir. Bu iş üçün də əsas yol ilahi göstərişlərə və hökmlərə əməl edilməsidir. İnsafdandırmı ki, insan Allahın onun ixtiyarına verdiyi saysız-hesabsız ne’mətlər müqabilində nankorluq etsin və ilahi göstərişlərdən boyun qaçırsın?! Hansı ki bu göstərişlər olduqca sadədir və insanların öz xoşbəxtliyinə xidmət edir. Axı Allahın bizə nə ehtiyacı var?! Bizim kimi zəif mövcudların ilahi göstərişlərə əməl edib-etməməsinin Onun üçün əhəmiyyəti yoxdur.

Maraqlıdır ki, biz insanlar bə’zən özümüz kimi bəndələrə təşəkkür etdiyimiz qədər, Allaha şükür etmirik. Məsələn, bizə kiçik bir ehsan etmiş şəxsə təşəkkür edir və həmin ehsanı ömrümüzün sonunadək unutmamağı əxlaqi vəzifə sayırıq. İstənilən bir məqamda həmin yaxşılığın əvəzini çıxmağa çalışırıq. Bəs necə olur ki, Allah tərəfindən ixtiyarımıza verilmiş bir bu qədər ne’mətə, bütün həyatımızı əhatə etmiş ilahi lütflərə görə təşəkkürü əxlaqi vəzifə saymırıq?

Nə üçün bizim xoşbəxtlik və qurtuluşumuz üçün nəzərdə tutulmuş ilahi qanunlara əməl etməklə təşəkkürü özümüzə vəzifə saymırıq? Qeyd etməliyik ki, bu göstərişlər həm olduqca sadədir, həm də Allah üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim ilahi göstərişlərə əməl edib-etməməyimizin Allah dərgahında fərqi yoxdur. Bu göstərişlərə əməlin bütün faydası öz təkamülümüz və tərəqqimizə yönəlmişdir.

Uyğun bəyanatdan belə bir nəticə əldə edirik ki, Allahın bəxşiş və lütfləri müqabilində istənilən bir nankorluq, Onun göstərişlərinə qarşı istənilən növ itaətsizlik bir növ Allaha qarşı insafsızlıqdır.


XALQA QARŞI İNSAF


Xalqa qarşı insaf dedikdə hər bir fərdin hüquqlarına yetərincə riayət etmək nəzərdə tutulur. Hakim xalqla iki baxımdan insaflı rəftar etməlidir: Şəxsi və dövləti məsələlərdə, özü ilə rabitədə, qohumlar, dostlar və yaxınlarla rabitədə.

İslam hökumətində ümumi mal bölüşdürülərkən müsəlmanları bir-birindən fərqləndirməmək, hamıya eyni gözlə baxmaq hakim üçün insaf sayılır. Şəxsi münasibətlərdə hakim qonşuluğa görə tabeliyində olanı nəyəsə məcbur edə bilməz. Məsələn, bir şeyi alarkən və ya satarkən məcburiyyətə yol verilmir. Hakim öz malını baha satmağa, qarşı tərəfin malını ucuz almağa sə’y göstərməməlidir. O, hər iki halda ədalət və insafı gözləməlidir.


VALİNİN (HAKİMİN) QOHUMLAR VƏ YAXINLARA MÜNASİBƏTDƏ VƏZİFƏSİ


Yuxarıda xalqa qarşı insaf mövzusunda iki hal nəzərdən keçirildi. Üçüncü hal hakimin qohumları və yaxınları ilə bağlıdır. Hakim yol verməməlidir ki, onun qohumları hakimin himayəsinə sığınıb xalqa qarşı insafsızlıq etsin. Hər bir insanda öz yaxınlarına, xüsusi ilə ailə-övladına təbii bağlılıq var. Bu bağlılıq səbəbindən insanın haqsız yerə öz yaxınlarının tərəfini saxlaması mümkündür. Hakim belə olmamalıdır. Yaxınlarının başqalarına münasibətdə insafsızlığına şahid olan hakim xalqın haqqını müdafiə etməlidir.

ZÜLM VƏ ONUN NƏTİCƏSİ

وَمَنْ ظَلَمَ عِبَادَ اللهِ كَانَ اللهُ خَصْمَهُ دُونَ عِبَادِهِ، وَمَنْ خَاصَمَهُ اللهُ أَدْحَضَ حُجَّتَهُ، وَكَانَ لله حَرْباً حَتَّى يَنْزعَ وَيَتُوبَ


Həzrət buyurur: Hər kəs Allahın bəndələrinə sitəm qılsa, Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə, Allah onun məntiqini alar, belə bir şəxs ölənədək ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.”

ZALIMLA KİM HESAB ÇƏKƏCƏK?


Həzrətin “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki, Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər, onun başına əzab yağışı yağdırar. Necə ki, körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli, ata-övlad rabitəsi belə bir himayə doğurur.

Allahın rəsulu buyurur: “Allahın bəndələri onun ailəsindəndir.”7 Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki, zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.

Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

ZALIMIN LABÜD MƏĞLUBİYYƏTİ


Zalım şəxs Allaha qarşı çıxmışdır yalnız xalqa münasibətdə zora quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir.8 O zalımın simasını ifşa etməklə sübuta yetirir ki, onun hərəkəti məntiq dəlilə yox, quldurluq zülmə əsaslanır. lum məsələdir ki, Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir zalımların məğlubiyyəti labüddür.

ZALIMIN TÖVBƏSİ


İslam zülmü qəti şəkildə məhkum edib, onu çirkin və günah əməllərdən saysa da, Allah özü dərhal zülmə cavab versə də, zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır, hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur.

Bu səbəbdən həzrət buyurur ki, zalım şəxs Allaha qarşı qalxmış, özü eynən savaş ocağı olmuşsa da, onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir, Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi, Allah onun günahlarını bağışlayır, onunla düşmənçilikdən daşınır.

Əlbəttə ki, tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki, bundan sonra həmin işi görməyəcək, bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı, Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir.

MƏZLUM NALƏSİNİN TƏ’SİRİ


İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir.

Həzrət Əlinin (ə) nəzərincə, Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən, digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid), həm də dünyəvi ola bilər. Demək, bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib, onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə