Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə8/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ


Allahın ne’mətlərini zillətə çevirməkdə, Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.”

HAKİMİN QƏRARINDA ƏN ÜSTÜN ME’YAR HAQQ-ƏDALƏTİN GÖZLƏNMƏSİDİR.


İslamda hakim İslam me’yarları əsasında qərar çıxarmalıdır. Bu əsasla hakimin istənilən bir dövləti qərar çıxarmasında me’yar haqq-ədalətin bərqərar olması, ümumi şəkildə xalqın asayiş və razılığının gözlənilməsidir. Həzrət buyurur:

وَلْيَكُنْ أَحَبَّ الاُْمُورِ إِلَيْكَ أَوْسَطُهَا فِي الْحَقِّ، وَأَعَمُّهَا فِي الْعَدْلِ، وَأَجْمَعُهَا لِرِضَى الرَّعِيَّةِ، فَإِنَّ سُخْطَ الْعَامَّةِ يُجْحِفُ بِرِضَى الْخَاصَّةِ، وَإِنَّ سُخْطَ الْخَاصَّةِ يُغْتَفَرُ مَعَ رِضَى الْعَامَّةِ


Haqda ən mö’tədil və ən orta, ədalətdə ən əhatəli, xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz, xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını tə’sirdən salır. Hansı ki, xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək.”

Haqq-ədaləti gözləmək o demək deyil ki, xəyal aləmində ədalətli bir cəmiyyət təsəvvür olunsun. Belə bir təsəvvür özü də əməli tədbirlərdən çəkindirir, hakimi mütləqçiliyə və idializmə sürükləyir. Bu səbəbdən də həzrət “əvsətəha fil-həqq” buyurmaqla hakimi həqiqəti görməyə, cəmiyyətdə mövcud imkanlar əsasında hərəkət etməyə çağırır. Həzrət buyurur ki, haqqın müdafiəsində həqiqətən yaxın hədd gözlənilsin, mütləq həqiqətin mümkünsüzlüyü bəhanəsi ilə hakim məs’uliyyətdən qaçmasın.


XALQIN RAZILIĞINI BİR BU QƏDƏR ÖNƏ ÇƏKMƏYİN SƏBƏBİ NƏDİR?


Hökm altında olan cəmiyyət iki zümrəyə bölünür: Əksəriyyət və azlıqlar. Cəmiyyətdə əksəriyyəti adi insanlar, başqa sözlə, ümumi xalq kütləsi təşkil edir. Bu zümrə rifah imkanlarından qismən bəhrələnir. Cəmiyyətdəki digər bir zümrə əksər maddi imkanlardan bəhrələnən azlıqdır. Onlar tutduqları məqam əsasında özlərini üstün və xüsusi sayırlar. Onların nəzərincə, onları xalq kütlələrindən hansısa imtiyazlar fərqləndirir. Heç bir hakim əksəriyyət və azlığın tam razılığını əldə edə bilməz. Çünki əksəriyyətin xeyirinə çıxarılan qərar azlığı, azlığın xeyirinə çıxarılan qərar əksəriyyəti narazı salacaq. Müqayisə etdikdə mə’lum olur ki, əksəriyyətin razılığını qazanmaq hökumət və hakim üçün daha faydalıdır. Azlığın narazılığı aparıcı rola malik deyil.

ƏKSƏRİYYƏTİN VƏ AZLIĞIN XÜSUSİYYƏTLƏRİ, ONLARDAN HƏR BİRİNİN HÖKUMƏTDƏ ROLU


Qeyd olundu ki, hiylə və fırıldaqsız həm əksəriyyəti, həm də azlığı razı salmaq mümkünsüzdür.

Çünki bir zümrənin razı salınması o birinin narazılığı ilə şərtlənmişdir.

Bəs həzrət Əli (ə) bu zümrələri necə xarakterizə edir, onların hökumətdə hansı rola malik olduğunu bildirir? Həzrət buyurur:

وَلَيْسَ أَحَدٌ مِنَ الرَّعِيَّةِ، أَثْقَلَ عَلَى الْوَالِي مَؤُونَةً فِي الرَّخَاءِ، وَأَقَلَّ مَعُونَةً لَهُ فِي الْبَلاَءِ، وَأَكْرَهَ لِلاِْنْصَافِ، وَأَسْأَلَ بِالاِْلْحَافِ، وَأَقَلَّ شُكْراً عِنْدَ الاِْعْطَاءِ، وَأَبْطَأَ عُذْراً عِنْدَ الْمَنْعِ، وَأَضْعَفَ صَبْراً عِنْدَ مُلِمَّاتِ الدَّهْرِ مِنْ أَهْلِ الْخَاصَّةِ


Rəiyyətdən olan bir fərdin dolanışıq xərci vali üçün xüsusi zümrənin dolanışıq xərcindən ağır deyil. Onlar çətinlik zamanı xüsusi zümrədən az kömək etmir. Ədalət və insafın icrasında xüsusi zümrədən daha çox narahtdır. Əta və bəxşişlərə münasibətdə xüsusi zümrədən az şükür etmir. Qadağalar və imkansızlıqlarla rastlaşdıqda xüsusi zümrədən daha tez üzr qəbul edir. Çətinliklər zamanı xüsusi zümrədən daha sabitqədəmdir.”

ÜMUMİ TOPLUM VƏ MÜSTƏZƏFLƏRİN XÜSUSİYƏTLƏRİ


Yuxarıdakı bəyanatlardan ümumi toplu və cəmiyyətdəki müstəzəflərin (haqqı ödənməyənlərin) xüsusiyyətləri mə’lum olur:

1. Ağırlığı az, köməyi çox

Adi insanların və cəmiyyətdəki müstəzəflərin ilkin xüsusiyyəti daim orta həddə qida, geyim və sair imkanlarla kifayətlənməsidir. Onlar qənaət əhlidir, az xərcləyir və dolanışıqlarını idarə edirlər. Bu baxımdan adi rəiyyət hökumət və vali üçün ağır yük olmur. Hansı ki cəmiyyətin rifah içində yaşayan xüsusi zümrəsi öz dəbdəbələrinə uyğun ehtiyacları ilə hakim üçün yük olur. Onlar öz israfçılıqlarının tə’mini üçün hökuməti və valini sıxıntıya salır. Bəla və savaş vaxtı müstəzəflərdən daha çox və daha tez meydandan qaçırlar. Hansı ki müstəzəflər savaş və çətinlik zamanı daha səbrli, daha müqavimətli, daha qənaətçildirlər. Onlar öz kömək və yardımlarını əsirgəmirlər.



2. Ədalət və insafın qəbulu

Xalq arasında ədalətin mövcudluğu ilahi, İslami və insani dəyərlərdən biridir. Hər bir hakim Qur’an əmri əsasında ədalətə diqqət yetirir, cəmiyyətdəki təbəqələr arasında insafı gözləyir.

Müstəzəflər və məhrumlar fitrətlərinin və İslamın hökmü ilə ədalətin icrasından xoşhaldırlar. Rifah içində yaşayanları isə ədalətin icrası razı salmır. Onlar bilirlər ki, ədalətin icrası və bərabərliyin tə’mini ilə bütün israf və dəbdəbəçilik yolları bağlanasıdır.

3. Ne’mətlər müqabilində təşəkkür

İnsan öz fitrətinin hökmü ilə ehsan və ne’mətə görə təşəkkürü özünə vəzifə bilir. Məhrumlar fitrətlərini dinləyərək şükr edir, hakimin ehsanı müqabilində qədrdanlıq edir, heç bir yaxşılıq və ən’amı unutmurlar. Rifah içində yaşayanlar üçün isə böyük intizar müqabilində hakimin ehsanları əhəmiyyətsizdir və hər hansı təşəkkürü öz şə’nlərinə sığışdırmırlar.



4. Üzürün qəbulu və isrardan uzaqlıq

Hökumətdə xalqın dolanışıq xərclərinin tə’mini hakim və İslam dövlətinin vəzifəsidir. Təbii ki, bu vəzifə fərqli şəraitlərdə fərqli şəkildə icra olunasıdır. Böyük imkanlar və münasib şərait olduqda dövlət öz vəzifəsini daha sür’ətlə və daha yaxşı yerinə yetirəcək və xalqı razı salacaq. Bə’zən isə müəyyən çətinliklər və böhranlar səbəbindən hökumət öz vəzifəsini layiqincə yerinə yetirə bilmir. Bəli, dövlətin qarşısına proqnozlaşdırılmamış çətinliklər çıxa bilər. Belə məqamlarda özünü xalqınkı sayan dövlət xalqı vəziyyətdən xəbərdar etməklə üzr diləyir.

Bu sayaq çətin şəraitlərdə cəmiyyətin məhrum təbəqəsi adətən dövlətin üzrünü qəbul edir və çox tə’kid göstərmir. Rifah içində yaşayanlar isə dövlətin üzürünü qəbul etmir, öz tələbləri üzərində israr göstərirlər.

5. Bəlalar qarşısında səbir və dözüm

Hər bir millət öz ictimai həyatında bir mərhələ rifah və əmin-amanlıq, digər bir mərhələ çətinliklər içərisində yaşayır. Heç bir millət və heç bir hakim iddia edə bilməz ki, heç vaxt çətinlik görməyəcək və daim rifah və əminamanlıqda yaşayacaq.

Cəmiyyətin məhrum təbəqəsi daim çətinlik içində yaşadığından bəlaları səbr və dözümlə qarşılayır. Amma daim rifah və asayişdə olmuş təbəqə çətinlik qarşısında dözümsüzlük göstərir. Bütün bu deyilənlər dövlət və hakimi müstəzəflərə, məhrurmalara yaxınlaşdıran xüsusiyyətlərdir. Bu nöqtələri nəzərə alan hakim məhrumların xeyiri, onların razılıq və asayişi üçün addım atır. Həzrət buyurur:


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə