Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə5/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   2   3   4   5   6   7   8   9   ...   23

ثُمَّ اعْلَمْ يَا مَالكُ، أَنِّي قدْ وَجَّهْتُكَ إِلَى بِلاَد قَدْ جَرَتْ عَلَيْهَا دُوَلٌ قَبْلَكَ، مِنْ عَدْل وَجَوْر، وَأَنَّ النَّاسَ يَنْظُرُونَ مِنْ أُمُورِكَ فِى مِثْلِ مَا كُنْتَ تَنْظُرُ فِيهِ مِنْ أُمُورِ الْوُلاَةِ قَبْلَكَ، وَيَقُولُونَ فِيكَ مَا كُنْتَ تَقُولُ فِيهِمْ


Ey Malik, bil ki, mən səni səndən öncə həm ədalətli və insaflı, həm də zalım və sitəmkar hakimləri olmuş şəhərlərə göndərdim. Şübhəsiz, bundan öncə sən hakimlərin işinə diqqətli olduğun kimi, xalq da sənin işlərinə diqqətli olacaq. Sən başqaları haqqında nə demisənsə, indi həmin sözlər sənin haqqında deyiləcək.”

Aydındır ki, məs’ullar həzrət mövlanın yalnız bu sifarişini diqqət mərkəzində saxlasalar, xalq onlarla hesab aparmamış, özləri özləri ilə hesab aparsalar, bu hesab-kitabda yalnız Allahı nəzərə alsalar (nəfsə uymasalar), bütün bu nöqsanlar aradan qalxar.


SALEHLƏRİN DÜNYA MÜKAFATI


İslam məktəbində heç bir əməl mükafatsız qalmasa da, xeyirxah və salehlərə Qiyamətdə savab və mükafat verilsə də, onlar bu dünyada da Allah tərəfindən mükafatlandırılırlar. Salehlərin dünya mükafatı salam və salavat, yaxşı addır. Bu mükafat onların bir neçə günlük hakimiyyət və həyatına aid deyil. Onların adı əbədi olaraq tarixin səhifələrinə qeyd olunur. Tarixin güzgüsündə sitəmkarlar və zalım qüvvələr salehlər və allahpərəstlərlə tam zidd cəhbhədə əks olunur. Salehlərin adı tarix boyu salam və salavatla yad edilir. Digər cəbhə isə əbədi olaraq lə’nət və nifrinə düçardır. Həzrət Əli (ə) bu ilahi mükafatın bəyanında buyurur:

إِنَّمَا يُسْتَدَلُّ عَلَى الصَّالِحِينَ بِمَا يُجْرِي اللهُ لَهُمْ عَلَى أَلْسُنِ عِبَادِهِ. فَلْيَكُنْ أَحَبَّ الذَّخَائِرِ إِلَيْكَ ذَخِيرَةُ الْعَمَلِ الصَّالِحِ


Fərdlərin Allah tərəfindən xalqın dilinə salınmış yaxşılıq və pislikləri əsasında salehləri günahkarlardan seçə bilərsən. Bəli, sənin üçün ən sevimli ehtiyat saleh əməl ehtiyatı olmalıdır.”

YAXŞI AD–SALEHLƏRİN AXİRƏT VƏSİQƏSİ!


Əməllərin bir-bir nəzərdən keçiriləcəyi, Qur’an tə’birincə, hər bir insanın öz ən kiçik əməlinin mükafat və cəzasını alacağı Qiyamətdə salehlərin xüsusi imtiyazı var. Belə ki, sübhan Allah onların xeyir zikrini və yaxşı adını salehliklərinə şahid gətirər və xırdalıqlara varmaz. Bu yolla salehlərin azadlığı tə’min olunar, onlar behişt ne’mətlərindən bəhrələnər.

BATİNƏ DİQQƏT VƏ NƏFSƏ AĞALIQ


İslam hökuməti pak və hər növ nəfsani əsarətdən azad valilər tələb etdiyindən həzrət Əli (ə) İslam hökumətinin kamil nümunəsini təşkil edib, Malik Əştəri Misirə vali göndərir və ona xitabən buyurur:

فَامْلِكْ هَوَاكَ


(Ey Malik) Öz qəlb istəklərinin ağası ol.”

Nəfs üzərində hakimiyyət ən mühüm saleh əməllərdən biridir. Bu nöqtə o qədər əhəmiyyətlidir ki, girami İslam peyğəmbəri buyurur: “Əgər danışıqda həddi aşıb qəlbinizi boş-boş işlərə məşğul etməsəydiniz, mənim gördüyümü görər, eşitdiyimi eşidərdiniz.”6


NƏFS İSTƏKLƏRİNİN TƏNZİMİ


İslam dini cinsi azadlığı tarixin qurucu amili sayan Freydin və həqiqətə doğru hərəkəti nəfs istəklərini tamam boğmaqda görən yalançı rahiblərin əksinə olaraq inanır ki, insan vücudunda Allah tərəfindən əmanət qoyulmuş bütün istəklər şər və fəsad səbəbi deyildir və o həqiqətə çatmağa mane olmur. Bəli, İslam nəzərincə, insan nəfsani meyllərindən qanuni yolla istifadə edib, bütün maddi ləzzətlərdən İslami qaydada bəhrələnə bilər. Təbii ki, şər’i üsullara və qaydalara əməl üçün nəfsani meyllər arasında tarazlıq yaratmaq, qeyri-qanuni meyllərin qarşısını almaq bir şərtdir.

Bir sözlə, İslam nəfs istəklərinin tam boğulmasını yox, tənzimlənib tarazlanmasına çağırır. Buna görə də İslamın həm mütləq cinsi azadlıqla, həm də rahibliklə mübarizə apardığını görürük. Həzrət Əli (ə) həqiqətin bəyanında buyurur:


وَشُحَّ بِنَفْسِكَ عَمَّا لاَ يَحِلُّ لَكَ، فَإِنَّ الشُّحَّ بِالنَّفْسِ الاِْنْصَافُ مِنْهَا فَيَما أَحْبَبْتَ وَكَرِهْتَ


Özünü sənə halal olmayandan uzaqlaşdır. Çünki xoşladığın ya xoşlamadığın şeylərlə rabitədə özünü saxlamaq (dayanıb düşünmək) eynən insafdır.”

İSLAM VƏ DİNİ AZLIQLAR


İnsan haqları deyib yalandan səs-küy salanlar yer üzündəki bütün insanların eyni hüquqa malik olduğunu iddia edirlər. Əməldə isə nəinki insanlar arasında bərabərlik prinsipini gözləmir, hətta öz ölkələrinin azlıqda qalan sakinlərini dəyərləndirmirlər. Əgər tarixi səhifələsək, görəcəyik ki, hazırkı əsrdə Fələstini işğal edənlər təkcə evlərə, əkin sahələrinə sahib durmamış, hətta Fələstin əhalisinə əzab-əziyyət içində yaşama haqqı da verməmişlər. Məzlum fələstinlilər günaşırı qəsbkarlar tərəfindən qətlə yetirilir, doğma torpağından çıxarılıb didərgin salınır.

İslamda isə vəziyyət tamam başqa cürdür. İslam respublikasında dini azlıqlara münasibət deyilənləri tam təsdiqləyir. Bu azlıqlar digər müsəlmanlar kimi həqiqi azadlıq və bərabərlik ne’mətindən faydalanır. Mövla Əli (ə) buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə