Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə4/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   2   3   4   5   6   7   8   9   ...   23

وَأَمَرَهُ أَنْ يَكْسِرَ نَفْسَهُ عِنْدَ الشَّهَوَاتِ، وَيَزَعَهَا عِنْدَ الْجَمَحَاتِ، فَإِنَّ النَّفْسَ أَمَّارَةٌ بِالسُّوءِ، إِلاَّ مَا رَحِمَ اللهُ


(Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki, öz nəfsini azğın istəklərin tərki ilə sındırsın, azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır.”

Deyilənlərdən tam aydın olur ki, əgər insan özünü tanımaq və özünü tapmaq, insanların hidayəti və cəmiyyətin islahı üçün hətta kiçik bir addım atarsa, əslində Allaha yardım sorağınca getmiş olur. İndi baxaq görək, Allaha necə və hansı yollarla yardım edə bilərik? Həzrət Əlinin (ə) Malik Əştərə xitabına əsasən, üç yolla uyğun məqsədə çata bilərik: qəlblə yardım, əllə yardım, dillə yardım.


QƏLBLƏ YARDIM


Qəlb vasitəsilə Allaha yardım etmək üçün hər şeydən öncə özünütərbiyə və nəfsin paklığına çalışmalıyıq. Bu istiqamətdə hərəkət edən insan özünü paklamaq üçün çalışmalıdır. Çünki Allaha qəlb vasitəsi ilə yardım daxili saflaşdırmaqdan, insanın özünə ilahi rəng vurmasından, fitrətə qayıdışdan ibarət insanlıq mərhələsinə çatmaqdan, aləmlərin Rəbbi qarşısında müt’ilik göstərib təslim olmaqdan fərqli bir şey deyil.

Beləcə, özünütərbiyədə ilk addım qəlb və ruhu düzgün e’tiqada hazırlamaq, ilahi hökm və qanunlara möhkəm iman əldə etməkdir. Başqa sözlə, öz qəlbi ilə Allaha yardım fikrinə düşən insan çalışmalıdır ki, qəlbində kamil e’tiqad və xalis iman üçün zəmin hazırlasın. Bu yol elə bir eşq, iman, ixlasla adlanmalıdır ki, hər gün insanın e’tiqadı daha da kamilləşsin. Nəhayət, insanın hər günü onun əvvəlki günündən bir addım öndə olur, e’tiqad və imanı daha da dərinləşir. Beləcə, insan bir nöqtəyə çatır ki, tutduğu yolda növbəti addımlar atmaq üçün güc tapır, mərhələ-mərhələ daha yeni və daha tə’sirli addımlara müvəffəq olur.


ƏL İLƏ YARDIM


Həzrət Əlinin (ə) dəyərli buyuruğunda Allaha əl ilə yardım məsələsi bəyan olunarkən əslində əl yox, qüdrət nəzərdə tutulur. Belə bir təşbehlə Qur’ani-kərimdə də rastlaşırıq: “Allahın əli bütün əllərin fövqündədir”, yə’ni Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Heç bir qüdrətdə ilahi qüdrətlə qarşılaşmaq imkanı yoxdur. Ürfi (el arası) danışıqlarda da çox vaxt “əl” sözü “qüdrət” mə’nasını bildirir. Məsələn, deyirlər ki, filankəsin əlindən bir iş gəlmir. Yə’ni filankəsin bir iş görməyə qüdrəti yoxdur. Bə’zən deyirlər: “Zəmanənin əli zalımdan məzlumun intiqamını aldı.” Hər iki cümlədə “əl” sözü qüdrət və güc mə’nasını bildirir.

Deyilənlərə əsasən, həzrət mövlanın Malik Əştərə buyuruğundakı “Allaha yardım” ifadəsinin həqiqi mə’nası anlaşılır. Nəzərdə tutulur ki, Malik (həm də xitab tərəfi olaraq biz) Allaha yardım yolunda var qüvvəsi ilə çalışmalı, ilahi hökm və qanunların həyata keçməsi üçün bütün gücündən istifadə etməli, hamını İslamın müqəddəs hədəflərinə sövq etməlidir.


DİL İLƏ YARDIM


Bu günkü dünyamızda təbliğatın aparıcı rolunu kimsə inkar etmir. Təbliğ silahı istənilən bir silahdan tə’sirli və güclüdür. Ən mühüm təbliğ vasitəsi insanın dilidir. Bu tə’sirli və güclü vasitə hansı istiqamətdə fəaliyyət göstərməsindən asılı olaraq öz rolunu müəyyənləşdirir. Əgər insanın, xüsusi ilə bəyan qüdrəti və tə’sirli nitqi olan fərdin dili bəşər düşüncəsini azdırmağa xidmət edirsə, azdırıcı təbliğat vasitəsinə çevrilir. Allah və Allah hökmlərinin təbliğinə xidmət edən dil, daha doğrusu, dildən bu yolda istifadə edən insan əslində Allaha yardım etmiş olur.

ALLAHIN DƏYİŞMƏZ VƏ’Dİ


Əgər insan öz qəlbi, əli, dili nəhayət, bütün gücü ilə Allaha yardıma qalxsa, onun yeganə məqsədi ilahi qanunların səmavi hökmlərin icrası olsa, şübhəsiz, özü Allahın yardımından faydalanacaq. Çünki Allah-taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım d edir.4 Həzrət Əli (ə) də həmin əsasla uyğun və’di xatırladır.

Bu ilahi və’di daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:

Əvvəla, və’d edən Allahdır və Allahın və’di əksər insanların və’di kimi əsassız və puç deyil. Bu və’d dəyişməz bir və’ddir, Allah lazım bildiyi vaxt onu gerçəkləşdirəcək.

İkincisi, Allahın qüdrəti bitib-tükənməzdir. Təbii ki, Allah qeyri-məhdud qüdrəti ilə məhdud insana yardım etsə, kimsədə bu yardıma qarşı çıxmaq gücü olmayacaq.5


ÖZÜNÜ UNUTMAQ


Bə’zi mö’min, məs’uliyyətli və qayğıkeş fərdlər canıyananlıq səbəbindən dövlət məs’ullarını tənqid edib onların əməl və rəftarlarını diqqətlə araşdırsalar da, özləri vəzifə kürsüsünə qalxıb, iş sahibi olan kimi bir növ özlərini unudur, əməl və rəftarlarına nəzarət etmirlər. Sanki onların vəzifə kürsüsünə oturması ilə bütün problemlər həll olunur, bütün müşküllər aradan qaldırılır.

Həzrət Əli (ə) təkəbbür və eqoistliyə səbəb olan bu sayaq özünü unutmağın qarşısını almaq üçün Malikin diqqətini bir o qədər də uzaq olmayan keçmişə yönəldir. Xatırladır ki, dünənədək sən və sənin kimilər məs’ulların əməl və rəftarlarına nəzarət edir, onlara eyb tuturdu. Bu gün isə sənin də əməl və rəftarların sual altına alınacaq. Həzrət buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə