Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə3/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   2   3   4   5   6   7   8   9   ...   23

أَمَرَهُ بِتَقْوَى اللهِ، وَإِيثَارِ طَاعَتِهِ، وَاتِّبَاعِ مَا أَمَرَ بِهِ فِي كِتَابِهِ: مِنْ فَرَائِضِهِ وَسُنَنِهِ، الَّتِي لاَ يَسْعَدُ أَحَدٌ إِلاَّ بِاتِّبَاعِهَا، وَلاَ يَشْقَى إِلاَّ مَعَ جُحُودِهَا وَإِضَاعَتِهَا


(Həzrət Əli (ə) hər şeydən öncə Malikə aşağıdakı işləri əmr edir:) İlahi təqva, Allaha itaət yolunu seçmək, Allahın öz kitabında əmr etdiyi sünnə və vacibatlara əməl etmək!

Çünki kimsə bu əmrlərə itaət etməmiş səadətə nail olmayacaq, kimsə bu göstərişləri tərk etməmiş bədbəxtliyə uğramayacaq.”

Kitab dedikdə təkcə Qur’an nəzərdə tutulmur. Nəzərdə tutulan həm Qur’an, həm də Əhli-beyt (ə) rəvayətləridir. İslamda bütün dini sünnə və qaydalar “kitabullah” adlandırılır. Səbəb budur ki, bütün vaciblər, haramlar, məkruhlar və müstəhəblər Allah yazısıdır. Yə’ni Allah insanların əməl etməsi üçün təqdir qələmi ilə bütün bunları yazıya almışdır. Belə ki, uyğun buyuruqlar şəriətdə öz əksini tapmışdır.

Varlıq aləmində Allah əmrlərinə itaət etmədən heç bir şə’n və məqam sahibi xoşbəxtliyə çata bilməz. Bu iş yalnız vaciblərə əməl, haramların tərki ilə mümkündür. Əksinə, vacib əmrlərə itaətsizlik və e’tinasızlıqla Allah göstərişlərindən çıxan, qoyulmuş hədləri pozan fərd bədbəxt olur.

Aydın olur ki, heç bir elmi dərəcə insanı xoşbəxtliyə çatdıra bilməz. Amma elm və bilik sayəsində Allaha itaət yolunu seçən insan daha sür’ətli hərəkət edib, daha uca məqama yüksələ biləcək.


TƏQVANIN YÖNÜMLƏRİ


Təqvanın iki yönümü var: dini vaciblərə əməl və haramların, bəyənilməyən işlərin tərki.

Həzrət mövlanın buyuruğunda “isari taətihi” tə’biri təqvanın birinci yönümünü, “ən yəksir nəfsəhu indəş-şəhəvat” tə’biri təqvanın ikinci yönümünü bəyan edir.


BÖYÜK CİHAD (“CİHADİ-ƏKBƏR”)


zi rəvayətlərdə nəfslə mübarizə cihad kimi xatırlanır. Bu mövzudaVəsailuş-şiəmüəllifi imam Sadiqdən (ə) nəql edərək yazır: “Girami İslam peyğəmbərinin düşmənlə savaşa göndərdiyi dəstə qələbə ilə geri döndü. Onlar vətənə qayıtdıqdan sonra hamılıqla həzrət Peyğəmbərin (s) hüzuruna gəldilər. Həzrət bu qalib dəstəyə xitabən buyurdu: “Əhsən kiçik cihadı başa çatdıranlara! Amma böyük cihad hələ ki, öndədir.” Bir şəxs soruşdu: “Ya rəsuləllah, böyük cihad hansıdır?” Həzrət buyurdu: “Nəfslə mübarizə!”2 Qurani-məciddə behiştə daxil olmaq üçün azğın nəfs istəklərini cilovlamağın şərt qoyulması bu mübarizənin əzəmətini təsdiqləyən yetərli nümunədir. Quran bu barədə buyurur: “Rəbbinin məqamından qorxan, nəfsini azğın istəklərdən uzaq saxlayanın yeri behiştdir.”3

Gördüyümüz kimi, bu ayədə behiştə daxil olmaq üçün iki əsas şərt qoyulur: Allahın əzəmətindən qorxu və azğın istəklərdən çəkinmək.


ALLAH YOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR


Bu gün İslam cəmiyyətində başqa dövrlərdən daha çox ilahi və qeybi yardımlardan danışılır. Xüsusilə haqqın batil əleyhinə savaşında mücahidlər başqalarından daha çox bu qeybi yardımları hiss etmişlər.

Qur’an və “Nəhcül-bəlağə”də ilahi və qeybi yardımlara çatmaq üçün müəyyən şərtlər bəyan olunur:

وَأَنْ يَنْصُرَ اللهَ سُبْحَانَهُ بَيَدِهِ وَقَلْبِهِ وَلِسَانِهِ، فَإِنَّهُ، جَلَّ اسْمُهُ، قَدْ تَكَفَّلَ بِنَصْرِ مَنْ نَصَرَهُ، وَإِعْزَازِ مَنْ أَعَزَّهُ.


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə