Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə6/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   2   3   4   5   6   7   8   9   ...   23

وَأَشْعِرْ قَلْبَكَ الرَّحْمَةَ لِلرَّعِيَّةِ، وَالْـمَحَبَّةَ لَهُمْ، وَاللُّطْفَ بِهِمْ، وَلاَ تَكُونَنَّ عَلَيْهِمْ سَبُعاً ضَارِياً تَغْتَنِمُ أَكْلَهُمْ، فَإِنَّهُمْ صِنْفَانِ: إِمَّا أَخٌ لَكَ فِي الدِّينِ، وَإمّا نَظِيرٌ لَكَ فِي الْخَلْقِ، يَفْرُطُ مِنْهُمُ الزَّلَلُ، وَتَعْرِضُ لَهُمُ الْعِلَلُ،يُؤْتَى عَلَى أَيْدِيهِمْ فِي الَعَمْدِ وَالْخَطَاَ، فَأَعْطِهِمْ مِنْ عَفْوِكَ وَصَفْحِكَ مِثْلَ الَّذِي تُحِبُّ أَنْ يُعْطِيَكَ اللهُ مِنْ عَفْوِهِ وَصَفْحِهِ، فَإِنَّكَ فَوْقَهُمْ، وَ وَالِي الاَْمْرِ عَلَيْكَ فَوْقَكَ، وَاللهُ فَوْقَ مَنْ وَلاَّكَ! وَقَدِ اسْتَكْفَاكَ أَمْرَهُمْ، وَابْتَلاَكَ بِهِمْ


Xalqa mehr-məhəbbəti, onlarla dostluğu və hüquqlarına riayət olunmasını qəlbində şüar et. Əhali üçün yediyini qənimət sayan yırtıcı heyvan kimi olma. Çünki əhali iki qismdir: ya sənin din qardaşlarındır, ya da yaranışda həmnövlərin. Onlarda büdrəmələr olur, hansısa çətinliklərlə rastlaşırlar, bilərəkdən və ya bilməyərəkdən pis işlərə yol verirlər. Allahdan öz günahlarına görə əfv intizarında olduğun kimi onlara da güzəşt et, bağışla. Çünki sən onlardan yuxarısan, səndən yuxarı sənə vilayət verən və ondan yuxarı Allahdır. Odur səndən xalqa xidmət istəyən və bu yolla səni sınağa çəkən.”

Gördüyümüz kimi, həzrət Əli (ə) hakimiyyəti altında olan insanların bölgüsü ilə bağlı Malikə tövsiyə verir, bütün fərdlərə bərabər yanaşaraq bir gözlə baxır, millətin hüquqlarını bərabər şəkildə, zərrəcə pozmadan onların ixtiyarına verir.


FƏSAD VƏ GÜNAH AMİLLƏRİ


Həzrətin “və tə’rizu ləhumul-iləl” cümləsi bizi günah və xəta amilləri ilə tanış edir. İnsan bə’zən bilərəkdən günaha yol versə də, bə’zən müəyyən səbəblər onu günaha sürükləyir. Misal olaraq zina günahını və onun yayılmasını nəzərdən keçirsək görəcəyik ki, iman zəifliyi zinaya bais olsa da, ailə rabitələrinin zəifliyi, ərlə arvad arasındakı diqqətsizlik də uyğun günahı doğuran səbəblərdəndir.

XALQA QARŞI AMANSIZLIQ ALLAHLA SAVAŞ HÖKMÜNDƏDİR.


Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir. Qarşıdakı söhbətlərimizdə qeyd edəcəyik ki, sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil. Həzrət buyurur:

وَلاَ تَنْصِبَنَّ نَفْسَكَ لِحَرْبِ اللهِ، فَإِنَّهْ لاَيَدَيْ لَكَ بِنِقْمَتِهِ، وَلاَ غِنَى بِكَ عَنْ عَفْوِهِ وَرَحْمَتِهِ. وَلاَ تَنْدَمَنَّ عَلَى عَفْو، وَلاَ تَبْجَحَنَّ بِعُقُوبَة، وَلاَ تُسْرِعَنَّ إِلَى بَادِرَة وَجَدْتَ مِنْهَا مَنْدُوحَةً


Xalqla amansız davranıb, Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur, onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma, heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma), olsun ki, çıxış yolu tapasan.”

MÜSTƏBİDLİK (DİKTATORLUQ)


Arxayınlıqdan, özünəvurğunluqdan, təkəbbür və lovğalıqdan qaynaqlanan diktatorluq xisləti insanı özbaşınalığa, despotizmə, əqidəsini ətrafdakılara zorla qəbul etdirməsinə sürükləyir.

Belə bir xislətə malik olan və müsəlmanlara hakimiyyət kürsüsünə qalxmış hakimin qəbahəti təkcə zor, yalan, hüquqları pozmaq yox, həm də onun müqəddəs İslam ayinlərini viran qoyması, müsəlmanları izzətdən zillətə qaytarması, insanları xoşbəxtlikdən bədbəxtliyə aparmasıdır. Həzrət buyurur:



وَلاَ تَقُولَنَّ: إِنِّي مُؤَمَّرٌ آمُرُ فَأُطَاعُ، فَإِنَّ ذلِكَ إِدْغَالٌ فِي الْقَلْبِ، وَمَنْهَكَةٌ لِلدِّينِ، وَتَقَرُّبٌ مِنَ الْغِيَرِ


Demə ki, bu gün mən onlara hakiməm, mənim işim əmr etmək, onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması, dində zəiflik və ne’mətlərin kəsilməsinə yaxınlaşmaqdır.”

MÜSTƏBİDLİYƏ QARŞI


Qeyd etdik ki, müstəbidlik, diktatorluq özünəvurğunluqdan, mənəm-mənəmçilikdən, ədabazlıqdan qaynaqlanır. Əlavə edək ki, bütün bunların kökü cəhalət və nadanlıqdır. Öz cismindən və ruhundan xəbərdar olan, Allahın müqəddəs zatı müqabilində öz acizliyini anlayan, bütün olanlarını Onun tərəfindən bilən insan təkəbbür və tüğyandan əl çəkir, özbaşınalıqlarına görə utanır. Həzrət Əli (ə) Malikin diqqətini onun özünə yönəltmək, Allahın əzəməti qarşısında əhəmiyyətsiz məqamını xatırlatmaq üçün buyurur:

وَإِذَا أَحْدَثَ لَكَ مَا أَنْتَ فِيهِ مِنْ سُلْطَانِكَ أُبَّهَةً أَوْ مَخِيلَةً، فَانْظُرْ إِلَى عِظَمِ مُلْكِ اللهِ فَوْقَكَ، وَقُدْرَتِهِ مَنْكَ عَلَى مَا لاَ تَقْدرُِ عَلَيْهِ مِنْ نَفْسِكَ، فَإِنَّ ذلِكَ يُطَامِنُ إِلَيْكَ مِنْ طِمَاحِكَ، وَيَكُفُّ عَنْكَ مِنْ غَرْبِكَ،يَفِيءُ إِلَيْكَ بِمَا عَزَبَ عَنْكَ مِنْ عَقْلِكَ!


Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa, səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü, şübhəsiz, səni yerində oturdar, tündlüyünü cilovlayar və ağlını başına qaytarar.”

ƏDABAZLIQ VƏ MƏNƏM-MƏNƏMLİK


Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki, Allah tərəfindən yaradılmış insan məhdud qüdrətini Allahın sonsuz qüdrəti ilə bir tərəziyə qoyur. Əmirəl-mö’minin Əli (ə) insanı məhvə aparan bu sayaq mənəm-mənəmçiliyin qarşısını almaq üçün buyurur:

Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə