Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə14/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

وَلاَ تَدَعْ تَفَقُّدَ لَطيِفِ أُمُورِهِمُ اتِّكَالاً عَلَى جَسِيمِهَا، فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ، وَلِلْجَسِيمِ مَوْقِعاً لاَ يَسْتَغْنُونَ عَنْهُ


Hərbiçilərə elə diqqət yetir ki, valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa və xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir.

Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var, ondan fayda götürüblər. Böyük işlərin də öz yeri var və özlərini həmin işlərdən ehtiyacsız saymırlar.”

ALİ KOMANDANLIĞIN MÜHÜM XÜSUSİYYƏTLƏRİ


Qoşunda komandanlıq üçün ləyaqətli sifətlərə malik insanlar olduğu kimi, komandanlar arasında da xüsusi imtiyazlara malik şəxslər var. Bu mühüm imtiyazlar bə’zi komandanları rəhbərə daha da yaxınlaşdırır. Belə ki, belə komandanlarla rəhbər arasında xüsusi təmaslar və səmimi rabitələr olur.

Bu sayaq xüsusiyyət və imtiyazlara komandanlar əslində İslam qoşununun ən seçilmiş və ali komandanları sayılır. Başqa sözlə, vali və ya rəhbər mühüm hərbi planları onlarla müzakirə edir. Bu komandanlar ən məxfi hərbi sirlərdən xəbərdar edilir, məxfi hərbi planlar onların nəzərinə çatdırılır. Beləcə, tam arxayınlıqla savaş və ordunun ixtiyarı onlara verilir.

Həzrət Əlinin (ə) nəzərincə, bu sayaq komandanların ən mühüm imtiyazları aşağıdakılardan ibarətdir.

1.Yaşayış səviyyəsi, maddi imkanlar, ev və ev ləvazimatları baxımından digər döyüşçülərdən fərqlənməmək. Bu yolla həm döyüşçülər onu özünə həmdəm bilir, həm də komandan döyüşçülərin həyat problemlərini hiss edir.

2.Diqqət, canıyananlıq və proqram əsasında qoşunun ehtiyacları və çatışmazlıqları ilə məşğul olmaq. Belə ki, döyüşçü savaşa gedərkən öz ailə-övladının tə’minatından arxayın olmalıdır. Yalnız bu halda döyüşçü heç bir nigaranlıq keçirmədən yalnız düşmənlə savaş haqqında düşünür və ilahi məqsəd izləyir.

3.Qoşundakılarla rəftarında ayrı seçkiliyə yol verməsin. İxtiyarında olan büdcədən imkan həddində qoşun əhlinə bağışlasın. Təbii ki, döyüşçü öz ailəsinin tə’minatına görə narahat olmadıqda diqqətini döyüş meydanına yönəldib döyüşə bilir, yalnız ilahi hədəflə cihad edir.



Həzrət Əli (ə) yuxarıdakı nöqtələri belə bəyan edir:

وَلْيَكُنْ آثَرُ رُؤوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ، وَأَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ،حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ، فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ


Sənin üçün ən üstün komandan o kəsdir ki, döyüşçülərinə bərabər həddə kömək edir, öz imkanlarından onlara daha çox əl tutur. Belə ki, onların və ailələrinin işləri idarə olunur və yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir, onları sənə mehribanlaşdırır.”

ƏDALƏTİN BƏRQƏRAR OLMASI, XALQLA DOSTLUQ


Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət və bərabərliyin tə’minində görür. O Maliki təşviq edir ki, ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə, dövlət və nizam ədalətin bərpası və bərabərliyi özünə şüar seçsə və bu prinsipləri işə sala bilsə, həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm və istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki, haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə, zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək, bu zülm büsatının sonunu gözləyəcək. Həzrət buyurur:

وَإِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلاَةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلاَدِ، وَظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ، وَإِنَّهُ لاَ تَظْهَرُ مَوَدَّتُهُمْ إِلاَّ بَسَلاَمَةِ صُدُورِهِمْ، وَلاَ تَصِحُّ نَصِيحَتُهُمْ إِلاّ بِحِيطَتِهِمْ عَلَى وُلاَةِ أُمُورِهِمْ، وَقِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ، وَتَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ،


Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı, rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz, xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki, öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın, hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə, onların istəklərinə meydan ver.”

TƏŞVİQİN ZƏRURİLİYİ VƏ ONUN ORDUNUN RUHİYYƏSİNƏ TƏ’SİRİ


Döyüşçülərin ən mühüm ruhi və mə’nəvi ehtiyaclarından biri onların vali və hakim tərəfindən təşviq olunmasıdır. Bu zərif ruhi ehtiyaca diqqət yetirən hakimlər öz təşviqləri ilə döyüşçülərin savaş ruhiyyəsini gücləndirirlər. Onlara həvəs verməklə öncədən fədakarlığa hazırlayırlar. Digər bir tərəfdən, bu qəbil təşviqlər tənbəl və süst insanların özünə gəlməsinə səbəb olur, onlar da şücaətli döyüşçülər tək meydana atılırlar. Həzrət buyurur:

وَوَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ، وَتَعْدِيدِ مَا أَبْلى ذَوُوالْبَلاَءِ مِنْهُمْ، فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ، وَتُحَرِّضُ النَّاكِلَ، إِنْ شَاءَ اللهُ


Daim (qoşunu) təşviq et, onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla, tənbəllik edənlər işə həvəsləndirilir. İnşaəllah”

AYRISEÇKİLİK BƏLASI


Həzrət Əlinin (ə) nəzərincə, təşviq və qədrdanlıq döyüşçülərin ruhiyyəsini gücləndirdiyi kimi təşviqdə ədalət prinsipini gözləmək də böyük və tale yüklü əhəmiyyət daşıyır.

Layiqli başçı bilməlidir ki, heç bir bəla ədalətsizlik və ayrıseçkilik kimi xalq arasında ümidsizlik və soyuqluq yaratmır. Bu hal ictimai əsasların viran qalması ilə sonuclanır. Başqa sözlə, islami bir cəmiyyətdə fövqəladə zəhmətlər çəkib fədakarlıq göstərənlər layiq olduqlarından az qiymətləndirilməməlidir. Bir o qədər də əhəmiyyətli iş görməyənlərin daha çox lütf və məhəbbətə layiq görülməsi eyni nəticəni verir. Belə bir münasibət aşkar ədalətsizlik və İslamdan uzaq bir iş olmaqla yanaşı cəmiyyətə sarsıdıcı zərbə vurur, çalışqan insanları süstləşdirib guşənişin edir.

Buna görə də ləyaqətli bir başçı layiqli insanları qədərincə təşviq etməklə yanaşı, həddi aşanlara lütf və mərəhəmət göstərməməlidir. Belə bir münasibət ayrıseçkilik nişanəsidir və ədalətdən uzaqdır.

Bu əsasla hakim vəzifəlidir ki, fərdləri dəqiq hesab aparmaqla təşviq etsin. Təşviq və qədirdanlıqda insanların təlaş və ləyaqəti nəzərə alınmalıdır. Bu işdə ad-sanın, böyük-kiçikliyin, məşhurluq və adsızlığın, varlılıq və yoxsulluğun heç bir rolu olmamalıdır. Həzrət buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə