Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə11/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

وَلاَ يَكُونَنَّ الْـمُحْسِنُ وَالْمُسِيءُ عِنْدَكَ بِمَنْزِلَة سَوَاء، فَإِنَّ فِي ذلِكَ تَزْهِيداً لاَِهْلِ الاِْحْسَانِ فِي الاِْحْسَانِ،تَدْرِيباً لاَِهْلِ الاِْسَاءَةِ عَلَى الاِْسَاءَةِ، وَأَلْزِمْ كُلاًّ مِنْهُمْ مَا أَلْزَمَ نَفْسَهُ


Yaxşı əməl sahibi ilə pis əməl sahibinə eyni gözlə baxmamalısan. Çünki belə bir münasibət xeyir əməl sahiblərini xeyirə biganələşdirən, bəd əməl sahiblərini pis işə təşviq edən ən güclü amildir. Hər kəsə işinə uyğun mükafat ver!”

XALQA E’TİMAD


Zalım hökumətlərin əsasını xalqa e’timadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında mə’lumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir, müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.

Əksinə, İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa e’timad və xoşgümanlıq hakim olur, vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür, daim xalqı razı salmağa çalışıb, xalq arasından casusluğa sə’y göstərmir. Həzrət buyurur:

وَاعْلَمْ أَنَّهُ لَيْسَ شَيْءٌ بِأَدْعَى إِلَى حُسْنِ ظَنِّ وَال بِرَعِيَّتِهِ مِنْ إحْسَانِهِ إِلَيْهِمْ، وَتَخْفِيفِهِ الْمَؤُونَاتِ عَلَيْهِمْ، وَتَرْكِ اسْتِكْرَاهِهِ إِيَّاهُمْ عَلَى مَا لَيْسَ لهُ قِبَلَهُمْ، فَلْيَكُنْ مِنْكَ فِي ذلِكَ أَمْرٌ يَجَتَمِعُ لَكَ بِهِ حُسْنُ الظَّنِّ بِرَعِيَّتِكَ، فَإِنَّ حُسْنَ الظَّنِّ يَقْطَعُ عَنْكَ نَصَباً طَوِيلاً،

وَإِنَّ أَحَقَّ مَنْ حَسُنَ ظَنُّكَ بِهِ لَمَنْحَسُنَ بَلاَؤُكَ عِنْدَهُ، وَإِنَّ أَحَقَّ مَنْ سَاءَ ظَنُّكَ بِهِ لَمَنْ سَاءَ بَلاَؤُكَ عِنْدَهُ


Bil ki, rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı, dolanışıq xərclərini yüngülləşdirməsi, vəzifələri olmayan işə məcbur etməməsi ən tə’sirli amildir. Demək, sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər.

Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən, sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.”

Xalqa e’timadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan, dolanışıq xərclərinin yüngülləşdirilməsi, məcburi işlərin qarşısının alınması.

Növbəti fəsillərdə bu üç tədbirdən hər biri haqqında ayrıca danışacağıq. Buna görə də təkrardan çəkinirik.

ŞƏR’İ (QANUNİ) VƏ QEYRİ-ŞƏR’İ (QEYRİ-QANUNİ) SÜNNƏLƏR (QAYDA-QANUNLAR)


İslam xalq arasındakı sünnə və adət ən’ənələri iki qismə bölür: Şər’i sünnələr və qeyri-şər’i sünnələr.

İslam əsaslarına və me’yarlarına zidd olan sünnələr qeyri-şər’i sünnə adlanır. Hakim qeyri-şər’i sünnələrlə mübarizə aparmalıdır. Həzrət Peyğəmbərin (s) risalətinin başlanğıcında xalq arasında bütpərəstlik rəvac tapmışdı. Bütpərəstlik İslam prinsiplərinə və tövhidə zidd olduğundan həzrət Peyğəmbər (s) Qur’anın “deyin yoxdur Allahdan başqa bir mə’bud və qurtulun” buyuruğunu şüar edib bütpərəstliklə mübarizəyə başladı və bu yolda şəhadətdən də çəkinmədi.

İslam əsaslarına zidd olmayan sünnələr şər’i sünnələr adlanır. İslam hökuməti bu sayaq sünnələrlə mübarizə aparmamalı, əksinə onları qoruyub müsbət ən’ənələri istiqamətləndirməlidir. Həzrət buyurur:

وَلاَ تَنْقُضْ سُنَّةً صَالِحَةً عَمِلَ بِهَا صُدُورُ هذِهِ الاُْمَّةِ، وَاجْتَمَعتْ بِهَا الاُْلْفَةُ، وَصَلَحَتْ عَلَيْهَا الرَّعِيَّةُ،لاَ تُحْدِثَنَّ سُنَّةً تَضُرُّ بِشَيء مِنْ مَاضِي تِلْكَ السُّنَنِ، فَيَكُونَ الاَْجْرُ بِمَنْ سَنَّهَا، وَالْوِزْرُ عَلَيْكَ بِمَا نَقَضْتَ مِنْهَا


Ümmət böyüklərinin əməl etdiyi, ülfət və birliyə səbəb olan, millətin işlərini düzə çəkən heç bir bəyənilmiş sünnənin qarşısını alma! Keçmiş sünnələrə zərər vuracaq yeni qaydalar qoyma. (Bu sayaq sünnələrə qarşı çıxsan) onların banisi mükafatlandırılacaq, sünnəni pozduğun üçün sənə günah yazılacaq.”

DÖVLƏT XADİMLƏRİNİN BƏLASI VƏ BƏLANIN QARŞISINI ALMAQ YOLU


Dövlət xadimləri icra işləri ilə məşğul olduqlarından və vaxtlarının çoxunu məmləkətin idarə olunmasına sərf etdiklərindən müəyyən məsələlər onların diqqətindən yayınacaq və bir çox hadisələri düzgün dəyərləndirə bilməyəcəklər. Nəticədə başlarını itirib məmləkətin problemlərinə biganə qalacaqlar.

Bu bəla o vaxt zirvə həddinə çatır ki, dövlət mə’muru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai rə’yə ifrat bağlılıq təhlükəsi də hədələyəcək. Beləcə, dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq, həm də şəxsi, ibadi məsələlərinə e’tinasız qalacaq.

Bu bəlanın qarşısını almaq üçün elm və təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət buyurur:


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə