Афаг Ялийева



Yüklə 3,93 Mb.
səhifə5/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   2   3   4   5   6   7   8   9   ...   17

116.MÜNƏVVƏRƏ

I
Rus dilində. Yazılış tarixi 20 iyun. İli və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1923»-cü il qeyd olunmuşdur. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Ona dərman və xərclənən pulun qəbzini göndərdiyini yazır.
Başlanır: Mönavver! Ostorojno vınimay…

Bitir: … tebe i detəm poşlö. Djalil.

Ölçüsü: 16,5x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 119*.
117.MÜNƏVVƏRƏ

II
Rus dilində. Yazılış tarixi 7 fevral, 1924-cü il. Harada ya­zıl­dığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Onun məktubunu aldığını və ona bağlama göndərdiyini yazır.
Başlanır: Doroqaə Mönavver! Pisğmo…

Bitir: … Tvoy oteü Djalil.

Ölçüsü: 17x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 119*.
118.MÜNƏVVƏRƏ

III
Rus dilində. Yazılış tarixi 28 fevral. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Rəcəbovun çəkişmələrinə baş qoşmamağı və öz işlərilə məşğul olmalarını məsləhət görür.
Başlanır: Doroqaə moə doçğ Munavar!..

Bitir: … ə tebə ne löblö? Djalil.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 120.
119.MÜNƏVVƏRƏ

IV
Rus dilində. Yazılış tarixi 23 mart. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mü­rək­kəblə yazılmışdır.



Məzmunu: Əgər onun və ya Müzəffərin Rəcəbovdan haradasa şikayət ərizəsi varsa, onu geri götürməyin vacib olduğunu yazır.
Başlanır: Munavar! Denğqi poluçenı…

Bitir: … spokoyno i korrektno. Djalil.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 120*.
120.MÜZƏFFƏRƏ

I
Rus dilində. Yazılış tarixi 6 sentyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1922»-ci il qeyd olunmuşdur. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Uşaqların məktəbə hazırlaşmasına görə tez gəlmələrini lazım bilir.
Başlanır: Muzə! Qovorət Qamida xanum…

Bitir: … pustğ edet s detğmi. Djalil.

Ölçüsü: 17x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 115*.
121.MÜZƏFFƏRƏ

II
Rus dilində. Yazılış tarixi 6 fevral. İli və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1923»-cü il qeyd olunmuşdur. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Dəyirmanın təmiri üçün Lavrentiyə 30 manat yol pulu göndərmək lazım olduğunu yazır.

Başlanır: Muzə! Lavrentiy prosit…

Bitir: … do svidaniə deti rodnıe. Djalil.

Ölçüsü: 15x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 116*.
122.MÜZƏFFƏRƏ

III


Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1925»-ci il qeyd olunmuşdur. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Yevlaxa fayton gətirib-gətirə bilməməsi haqda teleqram vurmasını tapşırır.
Başlanır: Muzə! Mı s detğmi vıydem…

Bitir: … ukutatğ detey na sluçay xoloda.

Ölçüsü: 15,5x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 117.
123.MÜZƏFFƏRƏ

IV
Rus dilində. Yazılış tarixi 31 may. İli və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1926»-cı il qeyd olunmuşdur. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Müzəffərdən iki otaqlı mənzil tutması üçün Şuşaya getməsini xahiş edir.
Başlanır: Muzə! Ə pisal tebe…

Bitir: … seqodnə edet v Tiflis. D.

Ölçüsü: 16x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 118.
124.OĞLANLARINA
Rus dilində. Yazılış tarixi 12 dekabr, 1930-cu il, Kislovodsk. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazıl­mışdır.

Məzmunu: Hər kəsi qısaca salamlayır.
Başlanır: Midxatu ili Gnveru…

Bitir: … Nine s Valerikom i Maruse.

Ölçüsü: 10,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 121*.


CƏLİL MƏMMƏDQULUZADƏNİN MÜXTƏLİF

ŞƏXSLƏRƏ YAZDIĞI MƏKTUBLAR
1.BABAYA

I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 7 iyun, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Atasının Naxçıvana getdiyini bildirir və onun nə vaxt gələcəyini soruşur.
Başlanır: Əzizim Baba. Sizin evdə…

Bitir: … Səni istəyən – Cəlil (Məhəmməd-Kuli-Zadə).

Ölçüsü: 20x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 163.
2.BABAYA

II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 11 may, 1930-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Babanın oxumağına görə çox sevindiyini yazır.
Başlanır: Əzizim Baba! Kağızın dünən…

Bitir: … Hələ ki, salamat qal. Cəlil.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 163.
3.BABAYA

III
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 15 aprel, 1931-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.



Məzmunu: Onun və Kərbəlayi Cabbarın Midhətdən muğayat olmasını xahiş edir.
Başlanır: Əzizim Baba! Çoxdandır…

Bitir: … Səni həmişə istəyən Cəlil.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 164.
4.EYNƏLİ SULTANA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 iyul. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Onunla bağlı cavanlıq xatirələrini yad edir və özünün hələ bir neçə gün Bakıda olacağını yazır.
Başlanır: Əzizim Eynəli Sultan!..

Bitir: … görüm nə vaxt görüşərik. Cəlil.

Ölçüsü: 20x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 176.
5.ƏLİ MƏHZUNA33
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1929-cu il, Bakı. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Özünün tərcümeyi-halını yazır.
Başlanır: Əli Məhzun yoldaşa!..

Bitir: … bu kifayətdir. Dostun Cəlil.

Ölçüsü: 15,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 169.
6.ƏLİŞDAN DAYIYA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 30 aprel, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Ona yazdığı məktuba cavab almadığını bildirir.
Başlanır: Əzizim Əlişdan dayı!..

Bitir: … Kağız yaz. Cəlil.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 167.
7.KƏRBƏLAYİ CABBARA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 aprel, Bakı. İli qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1930»-cu il qeyd olunmuşdur. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.

Məzmunu: Leninqradda təhsil alan böyük oğlu Midhətə nəzarət etməsini xahiş edir.
Başlanır: Əzizim Kərbəlayi Cabbar!..

Bitir: … Sənin səmimi dostun Cəlil.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 177.
8.MƏHƏMMƏDƏLİYƏ34

I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 aprel, 1907-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Sidqinin bircə balası Məhəmmədhəsənin yaxşı dolandığını, sənətdə tərəqqi etdiyini və ondan nigaran qalmamaları barəsində yazır.
Başlanır: Nuri-çeşmim! Sən Allah…

Bitir: … necə insan deyə bilərik? Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 122.

9.MƏHƏMMƏDƏLİYƏ

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 iyul, 1908-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Müəllimlik yerinə şəhər idarəsinin özü adam təyin edəcəyi barəsində yazır.
Başlanır: Əzizim! Burada açılacaq…

Bitir: … dəxi nə deyim? Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 123.
10.MƏHƏMMƏDƏLİYƏ

III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 7 sent­yabr, 1917-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Litoqrafiyanın təzə şərtlərinə görə jurnalın abunə qiymətinin iki dəfə artması barəsində yazır.
Başlanır: Məhəmmədəli! Bu gün…

Bitir: … tez xəbər ver! Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 124.
11.MƏHƏMMƏDƏLİYƏ

IV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 okt­yabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Vera Akimovnanın evi boşaltması haqda və Səmədovların ona 50 manat pul verəcəyi barədə yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Bu gün…

Bitir: … Münəvvərin paltarını al. Cəlil.

Ölçüsü: 13,5x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 125.

12.MƏHƏMMƏDƏLİYƏ

V
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 okt­yabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.



Məzmunu: Göndərdiyi puldan ev kirayəsinin verilməsini tapşırır və yaxınlarda yenə də ona pul göndərəcəyini yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Povestkaları…

Bitir: … Sergeyevə də kifayət edəcək. Cəlil.

Ölçüsü: 13x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 126.
13.MƏHƏMMƏDƏLİYƏ

VI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 avqust, Yevlax. İli qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Baronessa Rozen xanımın islamı qəbul etməsi haq­da yazdığı məqaləni 30-cu nömrəyə çatdıra bilməyəcəyi üçün göndərdiyi şəkillə birgə 31-ci nömrəyə salmasını yazır.

Başlanır: Əzizim Məhəmmədəli! Yadımdan…

Bitir: … 31-ci nömrəyə qoyarsan. Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 127.
14.MƏHƏMMƏDƏLİYƏ

VII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 10 yan­var, 1910-cu il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: M.Sidqinin oğlu Məhəmmədhəsən üçün Ordu­baddan təzə pasport göndərilməsi və onun təzə ustanın yanında işləməsi barəsində yazır.
Başlanır: Əzizim! İşlərin çox olmağı…

Bitir: … pasport göndərsinlər. Dostunuz Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 128.
15.MƏHƏMMƏDƏLİYƏ

VIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 okt­yabr, 1910-cu il, Ağdam. Poçt kartına qara mürəkkəblə yazıl­mışdır.



Məzmunu: Qəzetlərin göndərilməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Bu gün…

Bitir: … qəzetələri göndər. Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 129.
16.MƏHƏMMƏDƏLİYƏ

IX
Rus dilində. Yazılış tarixi 14 dekabr, 1910-cu il, Ağdam. Bərat vərəqi qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Vərəqin bir üzündə M.Sidqiyə 50 manat pul göndərdiyini, digər üzündə isə pulu rəssam Rotter üçün göndərdiyini yazır.
Başlanır: Mamedali, gti denğqi…

Bitir: … rassçitaösğ s nim. Djalil.

Ölçüsü: 7x13 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 130.
17.MƏHƏMMƏDƏLİYƏ

X
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 iyun, 1910-cu il, Tiflis. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Ondan «Molla Nəsrəddin» jurnalının nəşri işini davam etdirmək üçün müvəqqəti köməklik göstərməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Mən bu…

Bitir: … Cəlil Məmmədquluzadə. Tiflis.

Ölçüsü: 13,5x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 131*.
18.MƏHƏMMƏDƏLİYƏ

XI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 mart. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: «Molla Nəsrəddin» jurnalının litoqrafiyada tək-tək çap edilməsindən narazılığını bildirir. Sabirin əhvalından yazmasını xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Mən…

Bitir: … 2-3 günə gələcək Tiflisə. Cəlil.

Ölçüsü: 13,5x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 132.
19.MƏHƏMMƏDƏLİYƏ

XII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 avqust, 1911-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: 50 manatlıq çek göndərdiyini bildirir.
Başlanır: Məhəmmədəli! Bu gün zakaznoy…

Bitir: … Təfsili haman kağızdadır.

Ölçüsü: 9x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 133.
20.MƏHƏMMƏDƏLİYƏ

XIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1911-ci il. Ayı, günü və harada yazıldığı qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Banka 50 manat borclu olduğunu bildirir.
Başlanır: Məhəmmədəli! Avqustun 5-də…

Bitir: …bilmirəm hardan pul tapacağam.

Ölçüsü: 9x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 134.
21.MƏHƏMMƏDƏLİYƏ

XIV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 yanvar, 1911-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Poçt ilə məqalə və şəkil göndərəcəyini bildirir. Abunə pulları ilə bağlı tapşırıqlar verir.
Başlanır: Əzizim Məhəmmədəli! Yenə…

Bitir: … qədərincə pul göndər. Cəlil.

Ölçüsü: 13,5x21,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 135.
22.MƏHƏMMƏDƏLİYƏ

XV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 7 mart, 1912-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Mirzağa Əliyevin «Molla Nəsrəddin» jurnalının abunə pullarını göndərmədiyindən şikayətlənir.



Başlanır: Əzizim Məhəmmədəli! Çoxdandır…

Bitir: … evinizə tez-tez xərclik göndər. Cəlil.

Ölçüsü: 26x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 136.

23.MƏHƏMMƏDƏLİYƏ

XVI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 10 fevral. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: «Sovqat» idarəsinə onun adına 100 ədəd «Molla Nəsrəddin» jurnalı göndərdiyini bildirir.
Başlanır: Əzizim Məhəmmədəli! Kağızın…

Bitir: … səndən gileyli deyil ki? Cəlil.

Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 137.
24.MƏHƏMMƏDƏLİYƏ

XVII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 oktyabr, 1910-cu il. Ağdam. Bərat vərəqinin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Ona ev xərci üçün 25 manat göndərdiyini və ayrıca İsmayıla da pul göndərəcəyini yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Göndərdim…

Bitir: … Rotterə özüm kağız yazaram. Cəlil.

Ölçüsü: 7,5x13,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 138.
25.MƏHƏMMƏDƏLİYƏ

XVIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 fevral, 1917-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: «Sovqat» qəzetinin redaktoru olan M.Sidqiyə «Sabir kitabxanası»nın sahibi Abbasovun teleqrafla jurnal istədiyini bildirir.
Başlanır: Məhəmmədəli! Bakıdan Məhəmmədəli…

Bitir: … geri göndərirəm pulunu. Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 138.

26.MƏHƏMMƏDƏLİYƏ

XIX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 fevral, 1917-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.

Məzmunu: «Sovqat» qəzetinin redaktoru olan M.Sidqiyə 500 nüsxə jurnal göndərəcəyini bildirir.
Başlanır: Məhəmmədəli! Jurnalın 2-ci…

Bitir: … sabah ayın 25-də poçta verilir.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 139.
27.MƏHƏMMƏDƏLİYƏ

XX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 may. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Onun göndərdiyi pulu və açıq məktubu aldığını bildirir. Jurnalın satışı ilə bağlı məlumat verməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! 100 manat…

Bitir: … adresini mənə yaz. Cəlil.

Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 140.
28.MƏHƏMMƏDƏLİYƏ

XXI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 iyun, 1917-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.



Məzmunu: «Açıq söz» qəzetinin redaksiyasında çalışan M.Sidqidən məktub yazmamasının səbəbini soruşur...
Başlanır: Məhəmmədəli! Genə bir…

Bitir: … Nədir səbəbi? Cəlil.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 141.
29.MƏHƏMMƏDƏLİYƏ

XXII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 11 yan­var, Tiflis. İli qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Jurnal çıxartmaq üçün Tiflisə gəldiyini bildirir.
Başlanır: Əzizim Məhəmmədəli! Kağızın…

Bitir: … xudahafiz. Dostun Cəlil.

Ölçüsü: 13,5x21 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 142.
30.MƏHƏMMƏDƏLİYƏ

XXIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 29 yanvar. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Manyanın bacısına olan 100 manat borcunun jurnalın abunə pullarından götürüb qaytarılmasını xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Mənim…

Bitir: … Cəlil. Xudahafiz.

Ölçüsü: 13,5x21,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 143.
31.MƏHƏMMƏDƏLİYƏ

XXIV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 fevral. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Jurnal barəsində Səidə məktub yazdığını bildirir.

Başlanır: Məhəmmədəli! Bu saat yenə…

Bitir: … bir özgə sözüm yoxdu. Cəlil.

Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 144.
32.MƏHƏMMƏDƏLİYƏ

XXV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 may, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Xəstəliyilə əlaqədar jurnalın redaktorluğunu müvəqqəti olaraq ona təklif edir.
Başlanır: Qələm yoldaşım Məhəmmədəli Sidqi!..

Bitir: … müdiri Cəlil Məhəmmədquluzadə.

Ölçüsü: 16,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 145.
33.MƏHƏMMƏDƏLİYƏ

XXVI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 iyun, İrəvan. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.



Məzmunu: Əli Nəzmiyə35 material sarıdan köməklik gös­tərməsini, jurnalda mənasız şəkil və yazıların getməməsinə nəzarət etməsini xahiş edir.

Başlanır: Məhəmmədəli! Biz iki gün də…

Bitir: … Hələ ki bu qədər. Cəlil.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 146.
34.MƏHƏMMƏDƏLİYƏ

XXVII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 avqust. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Jurnalın 30-cu nömrəsindən razı qaldığını bildirir və Ağdamdakı ünvanını onlara yazır.
Başlanır: Əzizim Məhəmmədəli! 30-cu…

Bitir: … hələ ki, xudahafiz. Cəlil.

Ölçüsü: 13x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 147.
35.MƏHƏMMƏDƏLİYƏ

XXVIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 avqust. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Məktubla 50 manatlıq çek göndərdiyini bildirir, qol çəkmək üçün povestkaları da biletlə göndərməsini və Mərdanovun pulu barəsində yazmasını xahiş edir.
Başlanır: Məhəmmədəli! Bu kağızın…

Bitir: … və İsmayıla dua yetir. Cəlil.

Ölçüsü: 12,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 148.
36.MƏHƏMMƏDƏLİYƏ

XXIX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 11 dekabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Məktubunda göstərdiyi şəkildə «Molla Nəsrəddin» jurnalının hər nömrəsində yeni abunə elanı çap olunmasını tapşırır.
Başlanır: Əzizim Sidqi! Nə tövr oldu…

Bitir: … hələ ki, xudahafiz. Cəlil.

Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 149.

37.MƏHƏMMƏDƏLİYƏ

XXX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 avqust. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Bilet və povestkaları göndərdiyini bildirir. Jurnal üçün bu gün məqalə və şəkil hazırlayacağını xəbər verir.

Başlanır: Məhəmmədəli! Bilet və…

Bitir: … beş manatı bu gün yetir. Cəlil.

Ölçüsü: 13x21 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 150.
38.MƏHƏMMƏDƏLİYƏ

XXXI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: «Molla Nəsrəddin» jurnalının nəşrindən razı qaldığını bildirir, qalan nömrələrin də nəşr olunmasını tapşırır və satılası jurnalların göndərilməsini xahiş edir.
Başlanır: Məhəmmədəli! Göndərdiyin…

Bitir: … İsmayıla da pul göndərdim. Cəlil.

Ölçüsü: 12,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 151.
39.MƏHƏMMƏDƏLİYƏ

XXXII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Məktubla 350 manatlıq çek göndərdiyini bildirir və yığılan abunə pullarından borcların verilməsi, veksellər barəsində yazır.

Başlanır: Əzizim Məhəmmədəli! Sən bu…

Bitir: … Mirzə Əliyə habelə.

Ölçüsü: 13,5x21,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 152.
40.MƏHƏMMƏDƏLİYƏ

XXXIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Povestkalara və kitabçaya qol çəkib göndərdiyini və jurnalın gələn nömrəsi üçün şəkil göndərəcəyini bildirir. Məktubla göndərdiyi pulun xərclənməsinə dair bəzi tapşırıqlar verir.
Başlanır: Əzizim Məhəmmədəli! Kağızların…

Bitir: … povestkaları göndər. Cəlil.

Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 153.
41.MƏHƏMMƏDƏLİYƏ

XXXIV
Azərbaycan dilində ərəb əlifbası ilə. Ağdam. Yazılış tarixi qeyd edilməmişdir. Dama-dama qoşa vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Həmidənin adına plomb düzəltdirməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Təvəqqe…

Bitir: … Adres: Ağdam. Şuşa. Cəlil.

Ölçüsü: 13x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 154.
42.MƏHƏMMƏDƏLİYƏ

XXXV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: «Tiflisski listok», «Günəş» qəzetlərinin göndərilməsini xahiş edir və bundan sonra jurnalda Faiq əfəndinin36 sahibi-ixtiyar olduğunu bildirir.

Başlanır: Əzizim Məhəmmədəli! Az…

Bitir: … Həmidənin sənə duası var. Cəlil.

Ölçüsü: 13,5x21,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 155.
43.MƏHƏMMƏDƏLİYƏ

XXXVI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. Bir vərəqinin yarıdan eninə cırılmasına baxmayaraq məktub tamdır.



Məzmunu: Jurnal üçün şəkil göndərdiyini bildirir, pul və povestkaların poçt vasitəsilə ona çatdırılmasını xahiş edir.

Başlanır: Məhəmmədəli! İki səhifə…

Bitir: … yerinə yetirməyini yaz. Cəlil.

Ölçüsü: 13x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 156.

44.MƏHƏMMƏDƏLİYƏ

XXXVII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.

Məzmunu: Povestka və imza atılacaq sənədlərin ona göndərməsini xahiş edir.
Başlanır: Məhəmmədəli, mən bilirəm…

Bitir: … tez cavab yaz. Cəlil.

Ölçüsü: 11x6,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 157.
45.MƏHƏMMƏDƏLİYƏ

XXXVIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara karandaşla yazılmışdır.



Məzmunu: Məktubunu aldığını bildirir və Vera Akimovna ba­rəsində yazmasını xahiş edir.

Başlanır: Əzizim Məhəmmədəli! Mən…

Bitir: … mən inanmıram. Cəlil.

Ölçüsü: 22x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 158.
46.MƏHƏMMƏDƏLİYƏ

XXXIX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dörd qatlanmış cizgili vərəqin yalnız bir küncünün hər iki üzünə köndələn şəkildə qara mürəkkəblə yazılmışdır. Bir küncü isə cırılaraq götürülmüşdür.



Məzmunu: Məhəmmədəlinin Tiflisdə iranlıların məktəbinə təyin olunmasına narazılığını bildirir.

Başlanır: Əzizim Mirzə Məhəmmədəli!..

Bitir: … Məhəmmədhəsənə salamlar var.

Ölçüsü: 22x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 159.
47.MƏMMƏD SƏİDƏ37
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 31 yanvar, 1925-ci il, Bakı. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalının nəşrini dayandırmaq və hökumətdən təqaüd alaraq evdə oturmaq istədiyini bildirir.
Başlanır: Məmməd Səid! Özün bilirsən…

Bitir: … çıxa bilmirəm. Cəlil Məmmədquluzadə.

Ölçüsü: 17x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 172.
48.MƏŞƏDİ TAĞIYA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 27 yan­var, 1901-ci il, İrəvan. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: İlin ortasında heç bir məktəbdə yer tapmaq mümkün olmadığına görə bir az gözləməyi lazım bilir.
Başlanır: Əzizi-mən Məşədi Tağı!..

Bitir: … Sənin qardaşın Cəlil.

Ölçüsü: 13x20 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 170.
49.NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ

QƏDİMOVA
Fars dilində. Yazılış tarixi 11 may, 1921-ci il, Culfa. Teleqram bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır.



Məzmunu: Onun bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyini Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verməsini xahiş edir.
Başlanır: Sədri-Revkomi-Nəxçivan Qədimov…

Bitir: … Vəssəlam şod. Cəlil Məmmədquluzadə.

Ölçüsü: 21x12 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 182.

50.NAMƏLUM ŞƏXSƏ


Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 27 yanvar, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: 5 ədəd «Ölülər» kitabçası göndərdiyini bildirir və satılan kitabçaların pullarının, satılmayanların isə özlərinin geri göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm yoldaş! Keçən il…

Bitir: … Ehtiram ilə Cəlil.

Ölçüsü: 15,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 180.
51.NAMƏLUM ŞƏXSƏ
Rus dilində. Yazılış tarixi 13 oktyabr, 1905-ci il, Tiflis. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadə «Qeyrət» mətbəəsi adın­dan Əhməd bəy Cavanşirin38 əlyazmasını və rus şairlərindən etdiyi tərcümələrini iki kitabçada nəşr edəcəyini bildirir.
Başlanır: Rukopisğ Axmed-beka Djavanşir…

Bitir: … tipoqrafii. D.Mamed-Kuli-Zade.

Ölçüsü: 22x13,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 287*.
52.TEYMURA
Rus dilində. Yazılış tarixi 25 avqust, 1929-cu il, Kislovodsk. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Avqustun sonunadək Midhət, Ənvər və onun üçün Şuşaya 60 manat pul göndərəcəyini yazır. Həmidə xanımla bağlı Tiflisə həkimə məktub yazdığını bildirir.
Başlanır: Teymur! Ə k konüu avqusta …

Bitir: … dolğşe konüa avqusta. Djalil.

Ölçüsü: 10,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 174*.
53.VAHABA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 sentyabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Yazdığı cavabın olduğu kimi çap olunacağını vəd edir və xaric olunmuş müəllimlərin adlarının göndərilməsini xahiş edir.

Başlanır: Möhtərəm Vahab yoldaş!..

Bitir: … Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin).

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 175*.
54.VLADİMİR PAVLOVİÇƏ
Rus dilində. Bakı. Yazılış tarixi qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir.

Məzmunu: Öz səhhətindən yazır, eləcə də onların səhhətilə maraqlanır.
Başlanır: Uvajaemıe moi kislovodskie…

Bitir: … Uvajaöhiy Vas Djalil Mamedkulizade.

Ölçüsü: 20x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 171.
CƏLİL MƏMMƏDQULUZADƏYƏ YAZILMIŞ

MƏKTUB VƏ TƏLİQƏLƏR

1.A.TRESKİNSKİDƏN

I
Rus dilində. Yazılış tarixi 4 may, 1921-ci il, Təbriz. Ciz­gi­li vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Onun Culfadan göndərdiyi teleqramı aldığını bildirir.
Başlanır: Mnoqouvajaemıy Djalil…

Bitir: … uvajaşiy Vas A.Treskinskiy.

Ölçüsü: 13x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 222.
2.A.TRESKİNSKİDƏN

II
Rus dilində. Yazılış tarixi 9 may, 1921-ci il, Təbriz. Ciz­gili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Çətin vaxtlarında ona həmdəm olduğu üçün təşəkkür edir.
Başlanır: Mnoqouvajaemıy Djalil…

Bitir: … uvajaşiy Vas A.Treskinskiy.

Ölçüsü: 13,5x21 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 223.
3.BAXŞƏLİ SOFİYEVDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 17 avqust, 1929-cu il, Xındırıstan. Cizgili vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.

Məzmunu: Məktubla bir məqalə, abunə siyahısı göndərdiyini yazır və göstərilən ünvanlara jurnal çatdırılmasını xahiş edir.

Başlanır: Əzizim Mirzə Cəlil əmi!..

Bitir: … Kooperativ Şirkəti Baxşəli Sofiyev.

Ölçüsü: 22x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 220.
4.CƏLALDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 20 iyun, 1931-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara karandaşla yazılmışdır.

Məzmunu: Kəndlərə pambıq işindən ötrü təhkim olunduğu üçün məktub yaza bilmədiyini bildirir. Ona 100 manat göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm dayı! Salam…

Bitir: … və Ənvərə. Bacın oğlu Cəlal.

Ölçüsü: 20,5x29,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 231.
5.Ə.BABAYEVDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 13 aprel, 1930-cu il, Daşsalahlı. Poçt blankına qara karandaş və bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: 4 manat 50 qəpik vüsul olduğunu bildirir.
Başlanır: Param az olduğuna görə…

Bitir: … vaxtında göndərin. Babayev.

Ölçüsü: 11x12 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193*.
6.ƏLƏKBƏR SABİR TAHİRZADƏ ŞİRVANİDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 12 yan­var. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Əvvəlki məktubları ilə göndərdiyi şeirlərin Mirzə Cəlilə çatdığını və gələcəkdə çox şeir yazacağına ümid etdiyini bildirir.

Başlanır: Möhtərəm əfəndi. İki həftə…

Bitir: … Ələkbər Sabir Tahirzadə Şirvani.

Ölçüsü: 13,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 215.
7.ƏLİ ƏKBƏRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 20 yanvar. İli və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Qafqazdakı qarışıqlıqlarla əlaqədar poçtun abunəçilərə sifarişlərin vaxtında çatdırılmaması haqda jurnalda elan verməməsini məsləhət görür və göstərilən ünvanlara jurnal göndərilməsini xahiş edir.
Başlanır: Mirzə! Marağadan gələndən…

Bitir: … Uşaqları öpürəm. Əli Əkbər.

Ölçüsü: 22x18,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 193*.
8.ƏLİ RAZİ ŞAMÇIZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 dekabr, 1916-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: «Ölülər» əsərinin tamaşası ilə bağlı yazır.
Başlanır: Möhtərəm Mirzə Cəlil…

Bitir: … Ehtiramla: Əli Razi Şamçızadə.

Ölçüsü: 19,5x30,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 232*.
9.ƏLİ SƏFƏROVDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 aprel, 1928-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqin bir küncü yarıdan eninə kəsilmişdir.

Məzmunu: Kərbəlayi Ələsgər ağanın vergisinin götürül­məsi və ya azaldılması barəsindədir.
Başlanır: Yoldaş Mirzə Cəlil!…

Bitir: … Baqi-ehtiram. Əli Səfərov.

Ölçüsü: 11,5x17 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 217.
10.ƏLİŞ ƏLİQDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 8 sentyabr, 1929-cu il, Saatlı. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Sentyabr ayından Saatlı məktəbinə təyin olunduğu üçün jurnalın yeni ünvana göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Cəlil Məmməd Kulu Zadə!..

Bitir: … Saatlı məktəb müdiri Əliş Əliq.

Ölçüsü: 11,5x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193.
11.ƏSGƏRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 mart. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərə­qin bir üzünə göy mürəkkəblə yazılmışdır.

Məzmunu: Seçki hüquqlarından məhrum edildiyini bildirir və ona yazıb göndərdiyi ərizənin lazımi yerə çatdırılmasını xahiş edir.
Başlanır: Bəradərim Mirzə Cəlil!..

Bitir: … lazım olarsa, verəsiniz yerinə.

Ölçüsü: 22x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 195.
12.FƏRƏCULLA PİŞNAMAZZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 6 rəbius-sani 41, Nuxa. İli qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Onunla görüşmək istədiyini bildirir.
Başlanır: Ədibi-möhtərəm, etimadi…

Bitir: … Axund Fərəculla Pişnamazzadə.

Ölçüsü: 22x32 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 210.
13.HEYDƏR QAZIYEVDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 30 sent­yabr, 1931-ci il, Nehrəm. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: 3-4 manat borc pul göndərilməsini xahiş edir.
Başlanır: Əzizim əmi! Əvvəla salam…

Bitir: … Qardaş oğlun Heydər Qazıyev.

Ölçüsü: 15x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 189*.
14.HƏMİDƏ MƏMMƏDQULUZADƏDƏN

I
Rus dilində. Yazılış tarixi 21 sentyabr, 1918-ci il, Şuşa. Ciz­gili qoşa vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə ya­­zılmışdır.



Məzmunu: Şuşada aclıq olduğunu və ona çatan 2500 manat pulun az olduğunu yazır.
Başlanır: Doroqoy Djalil! Pisğmo…

Bitir: … bılo deneq, day emu. Qamida.

Ölçüsü: 13x20,5 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 184*.
15.HƏMİDƏ MƏMMƏDQULUZADƏDƏN

II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «dekabr 1930 q.» qeyd olunmuşdur. Cizgili qoşa cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Mirzə Cəlildən xəstəliyinə görə nigaran qal­dığı­nı, Midhətə və ona yazdığı məktublara cavab almadığını yazır.
Başlanır: Djalil! Tvoə boleznğ nas…

Bitir: … pojelaniə vseqo xoroşeqo. Qamida.

Ölçüsü: 13x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 185.
16.HƏSƏN ƏLİ MƏCİDOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 28 iyun, 1930-cu il, Astraxan. Dama-dama vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Abdulla Mamedov adlı şəxsin abunə üçün yığ­dığı 120 manatı idarəyə verib-vermədiyini və nə səbəbə gö­rə onlara jurnal göndərilmədiyini soruşur.
Başlanır: Möhtərəm Cəlil Məmməd Kuli Zadə!..

Bitir: … İmza: Həsən Əli Məcidov.

Ölçüsü: 22,5x16 sm; hcmi: 1 vərəq; fond 6, s.v. 204*.
17.XALQ KOMİSSARLAR ŞURASININ İŞLƏR

MÜDİRİ MƏMMƏDZADƏDƏN


Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 dekabr, 1922-ci il, Bakı. Dama-dama vərəqin hər iki üzünə qır­mızı mürəkkəblə yazılmışdır.

Məzmunu: Fayton göndərilməsi barədə göstəriş verildiyini və gələcəkdə də nə vaxt lazım olarsa mümkün olduğunu bildirir.
Başlanır: Möhtərəm Mirzə Cəlil…

Bitir: … göndərəcəklər. Məmmədzadə.

Ölçüsü: 10x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 202.

18.İSMAYILDAN39

I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 5 okt­yabr, 1919-cu il, Tiflis. Dama-dama vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Yayda ona yazdığı cavab məktubunun yetişmədiyinin səbəbi və mətbəədəki kağızlar barəsində yazır.

Başlanır: Möhtərəm Mirzə! Yay…

Bitir: … Baqi-ehtiram. İsmayıl.

Ölçüsü: 21x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 197.
19.İSMAYILDAN

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 30 mart, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: C.Məmmədquluzadənin Tiflisdə olduğu zaman onunla görüşə bilmədiyinə təəssüf edir və öz güzəranından yazır.

Başlanır: Möhtərəm Mirzə! Əvvəla…

Bitir: … cavabı bir az gec yazdım.

Ölçüsü: 21x26,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 198.
20.İSMAYIL HƏQQİDƏN

III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 no­yabr, 1927-ci il, Tiflis. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: «Molla Nəsrəddin»in tarixi və C.Məmməd­qulu­zadənin gizli imzaları ilə bağlı xahiş məktubuna cavab yazır.
Başlanır: Əziz və hörmətli Cəlil…

Bitir: … baş mürəttibi: İsmayıl Həqqi.

Ölçüsü: 21x26,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 198.
21.İSMAYIL QASPRİNSKİDƏN
Rus dilində. Yazılış tarixi 29 dekabr, 1907-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: «Tərcüman» qəzetinin redaktoru İsmayıl bəy Qasprinski özünün rəhbərliyi ilə Qahirədə ərəb dilində nəşr olunan «Vozrojdeniye» qəzetində «Molla Nəsrəddin»in sü­jet və şəkillərindən istifadə etmək icazəsini alır.
Başlanır: Poçtennıy kolleqa! Nadeösğ…

Bitir: … obespeçena. İsmail Qasprinskiy.

Ölçüsü: 13x20,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 188*.
22.KƏRBƏLAYİ ƏLİ BABAYEVDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 12 iyun. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Taleyindən, uşaqlarının itkisindən şikayətlənir. Məktubun səliqəsizliyini gözünün görməməsi ilə əsaslandırır.
Başlanır: Bacım yadigarım. Əvvəla ərzi…

Bitir: … dayınız Kərbəlayi Əli Babayev.

Ölçüsü: 12x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 415*.
23.MİDHƏTDƏN
Rus dilində. Yazılış tarixi 9 iyun, 1929-cu il, Kislovodsk. Poçt kartına qara karandaşla yazılmışdır.

Məzmunu: Leninqrada getmək istəyi barəsində yazır.
Başlanır: Doroqoy papa! Mı uje…

Bitir: … Üeluö Gdə. Min.Vodı.

Ölçüsü: 10x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 186*.
24.MİRZƏ SƏTTAR FƏZLƏLİYEVDƏN40
Fars dilində. Yazılış tarixi 1913-cü il. Ayı, günü və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məktubun əvvəlində ştamp şəklində «Mirzə Səttar Fəzləliyev» qeyd olunmuşdur.

Məzmunu: Qısa məktubdan sonra şücaət və nəcabət sahibi olan Həmidə xanım üçün bir neçə kəlamı nəzmə çəkmişdir.
Başlanır: Cənab Məhəmmədquluzadəyə…

Bitir: … Duaguyi-ömri-şoma Nadim təxəllüs.

Ölçüsü: 13x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 205*.

25.MÜZƏFFƏR DAVATDAROVDAN


Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Ehtiyacı olduğunu, mümkünsə ona un göndərməsini xahiş edir.
Başlanır: Mirza! Esli mojno prişli…

Bitir: … malğçikami. Muzaffar Davatdaroviç.

Ölçüsü: 13,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 190*.
26.NAMƏLUM ŞƏXSDƏN41
Mətni yarı Azərbaycan, yarı fars dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 mart. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Nazlının42 təziyəsi ilə bağlıdır.

Başlanır: Mirzə Cəlil! Nuri-çeşmim…

Bitir: … gəlirlər səni aparırlar. Dua.

Ölçüsü: 13x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 237*.
27.NAMƏLUM ŞƏXSDƏN
Rus dilində. Yazılış tarixi 17 sentyabr, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin Qasımzadənin mənzil məsələsi ilə bağlı yazdığı ərizəsini aldığını bildirir.
Başlanır: Zaəvlenie redaktora Dj.Mamed…

Bitir: … kvartirı Kasumzade prinəl.

Ölçüsü: 23,5x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 392*.
28.O.İ.ŞMERLİNQDƏN43

I
Rus dilində. Yazılış tarixi 15 oktyabr, 1925-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Mavi rəngli vərəqin hər iki üzü­nə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: 63 yaşı olduğunu və müsəlman qəzeti olan «Yeni fikir»də işlədiyini bildirir. «Molla Nəsrəddin» jurnalında indi hansı rəssamın işlədiyini soruşur.
Başlanır: Doroqoy Mirza Djalil!..

Bitir: … Vaş İ.Şmerlinq.

Ölçüsü: 12x18 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 233.
29.O.İ.ŞMERLİNQDƏN

II
Rus dilində. Yazılış tarixi 7 may, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Onun məktublarına səhhətilə əlaqədar olaraq cavab yaza bilmədiyini bildirir və «Molla Nəsrəddin»də yeni­dən işləmək təklifi qüvvədədirsə şəkil üçün mövzuları göndərməsini xahiş edir.
Başlanır: Doroqoy starıy druq Djalil!..

Bitir: … nailuçşeqo. Vaş O.Şmerlinq.

Ölçüsü: 14,5x22,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 234.
30.O.İ.ŞMERLİNQDƏN

III
Rus dilində. Yazılış tarixi 25 may, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Pulu, məktubu şənbə günü aldığını və Həmkərlar İttifaqının qurultayı ilə bağlı işinin çox olduğunu yazır.
Başlanır: Doroqoy Djalil! Denejnıy…

Bitir: … krepko jmu. Vaş O.Şmerlinq.

Ölçüsü: 15,5x23 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 235.

31.O.İ.ŞMERLİNQDƏN



IV
Rus dilində. Yazılış tarixi 1 iyun, 1927-ci il, Tiflis. Saya qo­şa vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır.

Məzmunu: Tiflisi tərk edib Aşqabadda, yaxud Bakıda yaşamaq istədiyini bildirir. Bakıda mənzil tapmaq barəsində ona yazmağı xahiş edir.
Başlanır: Doroqoy Djalil! Vaşe…

Bitir: … xoroşeqo. Vaş O.Şmerlinq.

Ölçüsü: 13,5x18 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 236.
32.RZAQULU NƏCƏFOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 22 aprel, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Qardaşı Əliqulu Nəcəfovun44 vəfatının 10 illiyi münasibətilə məqalə yazdığını bildirir. Əli Nəzmiyə salamını çatdırmağı xahiş edir.
Başlanır: Əziz və hörmətli Mirzə!..

Bitir: … yada salırdıq. Riza Qulu Nəcəfov.

Ölçüsü: 17x20,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 209.
33.RZAZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 yan­var, 1929-cu il, Yevlax. Saya vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır.

Məzmunu: Abunəçilərin siyahısını göndərdiyi siyahı ilə yoxlamasını xahiş edir.

Başlanır: Əziz möhtərəm Cəlil…

Bitir: … Yevlax müvəkkili.

Ölçüsü: 13,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 214.
34.SƏİDDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Müxtəlif ölçülü saya vərəq­lərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalının nəşri barəsindədir.
Başlanır: Mirzə! Sizi Həbib çağırdı…

Bitir: … məsələ biryollu bitsin. Səid.

Ölçüsü: 16x23-16x31 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 216.
35.TƏBRİZİN NƏZMİYYƏ İDARƏSİNDƏN
Fars dilində. Yazılış tarixi 2 mart, 1921-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» məcmuəsinin onların qanunlarına zidd olduğu üçün nəşrinə icazə verilmədiyini bildirir.
Başlanır: Xedməte cənabe ağayi-Mirzə…

Bitir: … və nəşr nəşarət. Rəisi-Təminat.

Ölçüsü: 13x20,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 245.
36.TİFLİS AKTYORLAR CƏMİYYƏTİNDƏN
Rus dilində. Yazılış tarixi 31 oktyabr, 1910-cu il, Tiflis. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Tiflis Aktyorlar Cəmiyyətinin kitabxanasından D.Ömərbəyov tərəfindən onun (C.Məmmədquluzadənin) adına götürdüyü iki kitabın qaytarılmasını xahiş edir.
Başlanır: Milostivıy Qosudarğ, q-n Mamed…

Bitir: … 1909 q. Starşina İ.Beriə.

Ölçüsü: 13x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 298*.
37.TİQRAN SMBATYANDAN
Rus dilində. Yazılış tarixi 9 iyun, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Dünən gəldiyini və onunla görüşmək istədiyini yazır.



Başlanır: Doroqomu tovarihu Djalilu…

Bitir: … Tiqran Serqeeviç Smbatğən.

Ölçüsü: 17x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 219.
38.ZİYALOVDAN
Rus dilində. Yazılış tarixi 10 sentyabr, 1925-ci il, Bakı. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Təsərrüfat müdiri Ziyalov III dairənin keçmiş hakimi Şahtaxtinskinin müvəqqəti istifadə üçün apardığı kreslonun bu məktubu gətirən Spirin yoldaşa qaytarılmasını xahiş edir.

Başlanır: t. Mamed Kuli Zade! Proşu…

Bitir: … Xozəystvom BNSS-a Ziəlov.

Ölçüsü: 22x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 201*.
«MOLLA NƏSRƏDDİN» JURNALI

REDAKSİYASININ

MÜXTƏLİF ŞƏXSLƏRƏ YAZDIĞI MƏKTUB

VƏ TƏLİQƏLƏR
1.ABBASOVA

I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 dekabr, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mü­rəkkəblə yazılmışdır. Sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının qara rəngdə möhürü var.



Məzmunu: 15 qəpikdən 100 ədəd jurnalın pulunun idarəyə göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş Abbasov. Aşağıdakı hesaba…

Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.

Ölçüsü: 15,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.

2.ABBASOVA

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 fevral, 1927-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: 3 manat yarım təşkil edən 6 aylıq «Molla Nəsrəddin» məcmuəsinin göndərildiyi bildirirlir.
Başlanır: Yoldaş Abbasov. Məktubunuza…

Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.

Ölçüsü: 15,5x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
3.ABBASOVA

III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 no­yabr, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mü­rəkkəblə yazılmışdır.



Məzmunu: Borcun göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Abbasov. Jurnalımızın…

Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.

Ölçüsü: 20,5x23 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
4.ABBASOVA

IV
Azərbaycan dilində latın əlifbası ilə. Bakı. Yazılış tarixi qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Jurnalın pulundan qalan borcun təcili göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş Abbasov. Köhnə ildən…

Bitir: … tezlik ilə göndərəsiniz.

Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.

5.ƏLƏKBƏR ABBASOVA
Rus dilində. Yazılış tarixi 26 oktyabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının bənövşəyi rəngdə möhürü və qırmızı karandaşla «Dobrodeev» yazılaraq təsdiqlənir.

Məzmunu: Jurnalın pulundan qalan borcun təcili göndərilməsini xahiş edir.
Başlanır: Tov. Alekper Abbasov. Priçitaetsə…

Bitir: … nemedlenno. Zav.kom. Dobrodeev.

Ölçüsü: 20,5x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
6.ƏLİ ABBASOVA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 no­yabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Naxçıvandan gələn məqalə ilə bağlıdır.
Başlanır: Naxçıvan. Əli Abbasov yoldaşa…

Bitir: … hansı abunəçiləri yazırsınız. Cəlil.

Ölçüsü: 15,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
7.ƏLİ HƏSƏNƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 no­yabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: «Sirkə» və «Molla Fəzləli» kitabçalırının göndərilməsi barəsindədir.
Başlanır: Qabaqca göndərilib sizə «Sirkə»…

Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.

Ölçüsü: 16x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 166.

8.HƏMİD ƏLİYEVƏ


Azərbaycan dilində latın əlifbası ilə və rus dilində. Yazılış tarixi 2 fevral, 1929-cu il, Bakı. Saya vərəqin bir üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Gəncəyə göndərilən jurnalların poçtla geri qay­tarılmasını yazır.
Başlanır: Yoldaş Əliyev! Yazıb məlum…

Bitir: … Molla Nəsrəddin idarəsi.

Ölçüsü: 9x13,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 165.
9.MƏMMƏDƏLİ SİDQİYƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 yan­­var, 1913-cü il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazıl­mışdır. Məktubu Əliqulu Nəcəfov ünvanlamışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalından bir nüsxə göndər­diyini bildirir və jurnal üçün ara-sıra məqalə yazmasını xahiş edir.
Başlanır: Sənə fəda olum!..

Bitir: … mətləb yoxdur. Əliqulu Qəmküsar.

Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 487.
10.SƏMƏDƏLİYEVƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 yan­var, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Abunə pullarının necə göndərilməsini bildirir, kitab və jurnalın satışı üçün bir nəfərin təyin edilməsini xahiş edir.
Başlanır: Məmmədəliyev yoldaşa! Məqaləniz…

Bitir: … müdiri: Cəlil Məhəmmədquluzadə.

Ölçüsü: 16x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 173.

«MOLLA NƏSRƏDDİN» JURNALI

REDAKSİYASININ

MÜXTƏLİF YERLƏRƏ YAZDIĞI MƏKTUB

VƏ TƏLİQƏLƏR
1.III BEYNƏLMİLƏL MƏTBƏƏSİNƏ
Rus dilində. Yazılış tarixi 19 may, 1926-cı il, Bakı. Saya və­rəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubun yuxarı küncündə köndələn şəkildə qırmızı mürəkkəblə başqa xətlə jurnalla bağlı bəzi hesablamalar, sonunda isə imza şəklində qırmızı karandaşla C.Məmmədquluzadənin öz xətti ilə «D.Mamedkuli» qeyd olunmuşdur.

Məzmunu: Onlarla hesablaşma üçün «Molla Nəsrəddin» jurnalının yığımının və əvvəlki kimi nəşrinin qiymətini bildirən arayış verilməsini xahış edir.
Başlanır: V tipoqrafiö III internaüional!..

Bitir: … Redaktor jurnala «Molla Nasr-Gddin».

Ölçüsü: 15,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 289.
2.1 NÖMRƏLİ BAKI KİTAB KÖŞKÜNƏ
Rus dilində. Yazılış tarixi 14 iyun. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mü­rək­kəblə yazılmışdır. Məktubun mətni üzərində bu (/) şəkildə xətt çəkilmişdir.

Məzmunu: Bütün pulların ödənilməsini xahiş edir.
Başlanır: Knijnomu kiosku Baku I…

Bitir: … Redaktor D.Mamedkulizade.

Ölçüsü: 15,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 296.
3.AZƏRBAYCAN BAŞ MƏTBUAT MÜDİRLİYİNƏ
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalı ilə bağlıdır.
Başlanır: Azərbaycan Baş Mətbuat müdirliyinə!..

Bitir: … «Molla Nəsrəddin» məcmuəsinin məsul müdiri.

Ölçüsü: 17,5x27 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 160*.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə