Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə101/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   95   96   97   98   99   100   101   102   103

 

 

 



 

 

 

 

 




Ruh və bədən 

 

 

531



 

 

 



 

 

Əldən getməyincə dəyərini  



anlaya bilməyəcəyimiz iki şey var:  

sağlamlıq və gənclik.  

 

Hz. Əli 

 

 

 

Bədən nəfsi deyil,  

nəfs bədəni idarə edir.  

 

Ş.Y. Sührəvərdi 

 

 

 

Nəfs bədənin sükanıdır.  

 

Ş.Y. Sührəvərdi 



 

 

 

Şüur nəfsin özünü ələ almasıdır.  

 

Berqson 



 

 

 




Əbu Turxanın hikmət dünyası

 

 

 



 

532


Özünü nəfsin ixtiyarına  

buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar  

isə özünə xəyanət edir.  

 

Əbu Turxan 



 

 

 

Ehtiras ağlı üstələyəndə  

dünyada qlobal istiləşmə baş verir.  

 

Tur Xander 

 

 

 

Mütləqi də, mahiyyəti də,  

sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun 

ənginliyində tapa bilər.  

 

Əbu Turxan 



 

 

 

Qüdrət əqllə ruhun ittifaqındadır;  

ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir.  

 

Əbu Turxan 

 

 

 

Bədənlə birləşəndə ruh əqldən  

ayrılmış olur; bu məqamda əql insanı  

tərk etməsə,yenidən əlini uzadıb ruhu öz  

məqamına qaldıra bilər.  

 

Əbu Turxan 

 

 



Ruh və bədən 

 

 

533



Ruh sanki alternativ ruhlar sistemidir.  

İnsan onların matrisasıdır.  

 

Tur Xander 

 

 

 

Ruhun əqldən ayrılması iki cür  

ola bilər: birincisi, ruh göylərə yüksəlir və  

öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və  

bədənlə onu bağlayan məqamda qərar tutur.  

 

Əbu Turxan 

 

 

 

Hərənin öz əqli olmur; əql universaldır,  

sadəcə kim onun qanadlarında daha uzağa uça bilirsə,  

o da yeni biliklər fəth edir.  

 

Əbu Turxan 



 

 

 

İnsan bədəni dünyanın,  

kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, 

kainatı ehtiva etmək qüdrətindədir!  

 

Əbu Turxan 



 

 

 

İnsanın ruhun iki qütbü arasında  

hansı məqamda qərar tutması əqldən asılı olur.  

 

Əbu Turxan 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

534


Nəfs instinktdən başlayır, əqldə bitir.  

 

Tur Xander 



 

 

 

Əqlə yiyələnmək yox,  

əql vasitəsilə biliklərə yiyələnmək lazımdır.  

 

Əbu Turxan 

 

 

 

Ruhun sabitliyi ancaq  

ağıl ilə nəfsin müvazinəti sayəsində mümkün olur.  

 

Əbu Turxan 

 

 

 

Bəsirət gözü açılana qədər  

insan dünyanı bədənin gözü ilə dərk etməyə çalışır.  

 

Əbu Turxan 

 

 

 

Bədəni öldürənlərdən çox,  

ruhu öldürənlərdən qorxun.  

 

Platon 

 

 

 

Ruhu yenməyin ən asan  

yolu nəfsə meydan açmaqdır.  

 

Əbu Turxan 

 

 



Ruh və bədən 

 

 

535



Bədən ən sədaqətli dostdur;  

hətta biz ona zülm edəndə də, o bizi tərk etmir,  

ta-a biz onu tərk edənədək.  

 

Əbu Turxan 



 

 

 

Bədən ruhsuz qalanda  

ayrılığa dözməyib xiffətdən çürüyür.  

 

Əbu Turxan 

 

 

 

Ruhun təntənəsi  

bədənin inkarı üzərində qurulmamalıdır.  

 

Əbu Turxan 

 

 

 

Öz ruhunun dərinliklərinə baş vur  

ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq  

dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç  

kimin görmədiyi səmalar, yeni ulduzlar,  

yeni kəhkəşanlar kəşf edəcəksən.  

 

M.Unamuno 



 

 

 

Öz ruhumuzla başqalarını canlandırmaq  

onlara sahib olmaq deməkdir.  

 

M. Unamuno 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə