Aforizmlər: seçilmişlərdən


Əbu Turxanın hikmət dünyası



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə96/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   92   93   94   95   96   97   98   99   ...   103

Əbu Turxanın hikmət dünyası

 

 

 



 

504


İnsan özünə əyləncə və məşğuliyyət  

tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır.  

 

Vovenarq 

 

 

 



 

Ən ləng insan da, əgər məqsədli iş  

görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir.  

 

Lessinq 



 

 

 

Məqsədə yalnız o zaman çatmaq olar 

ki, vasitənin canına məqsədin öz təbiəti işləmiş olsun.  

 

Lassal 

 

 

 

Gözüaçıq olmayan insanlar məqsədə 

çatmayan yox, ondan yan keçən insanlardır.  

 

Laroşfuko 

 

 

 

Məqsəd yoxdursa, heç nə edə bilməzsən.  

Məqsəd dəyərsizdirsə, böyük bir iş görə bilməzsən.  

 

Didro 

 

 

 

Başlama, başladınsa, başa çatdır.  

 

Əbu Turxan 



 

 



Íş və əməl 

 

 

505



İnsan özünü bir işə tamamilə  

həsr etdikdə Allah da ona yardım edər.  

 

Göte 

 

 

 

Eyni nəticəyə müxtəlif yollarla  

gəlmək olar. Məharət bu yolların ən qısasını  

seçə bilməkdədir.  

 

Əbu Turxan 



 

 

 

İşə başlamaq işin yarısıdır.  

 

Atalar sözü 



 

 

 

Hər hansı bir məqsədə ciddi  

can atmaq ona nail olmağın yarısıdır.  

 

Humboldt 

 

 

 

İnsan işlərini tamamlamaq barədə  

dara düşəndə yox, genişlikdə düşünməlidir.  

 

Əbu Turxan 

 

 

 

Əgər səhv etməsəydim, çox az iş görə bilərdim.  

 

Qabriel Marsel 



 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

506


Kamil bir palançı olsa da insan

Yaxşıdır yarımçıq yüz papaqçıdan.  

 

Nizami 

 

 

 

Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz.  

 

Əbu Turxan 



 

 

 

Məsləhətli don gen olar.  

 

Atalar sözü 



 

 

 

Yalnız uduzulmuş hesab  

etdiyin işi qəti olaraq uduzursan.  

 

A.Frans 

 

 

 

Bu gün keçmiş nəsillərin gördükləri 

böyük işlər əvvəllər bir insanın ağlında  

gizli yaranan bir fikir olub.  

 

Cübran 



 

 

 

Hər ümidsiz işdə xeyli ümid var

Qaranlıq gecədən ağ səhər doğar.  

 

Nizami 

 

 



Íş və əməl 

 

 

507



Yüz ölç, bir biç.  

 

Atalar sözü 



 

 

 

Bəsləsən atlas olaq tut yarpağından.  

 

Nizami 



 

 

 

Torpağa mərhəmət xeyirdir, inan 

Lütf etsən gül verər, zülm etsən – tikan.  

 

Nizami 

 

 

 

Bağa baxarsan bağ olar, baxmazsan – dağ olar.  

 

Atalar sözü 



 

 

 

Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür.  

 

Cübran 



 

 

 

Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir.  

 

Vovenarq 



 

 

 

Düşüncə və zəhmətin barı tez yetişmir.  

 

Vovenarq 



 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

508


Tənbəllər həmişə nə isə etmək niyyətində olurlar.  

 

Vovenarq 



 

 

 

Zərif ağ ipək qara işlərdən (toxunuşdan) yaranır.  

 

Mənsur Həllac 



 

 

 

İş iki gözlə görülməlidir;  

biri “ayağın altını seçməli”, o biri həmişə  

hədəfə baxmalıdır.  

 

Əbu Turxan 



 

 

 

İş bekarçılıqdan gələn nöqsanları aradan qaldırır.  

 

Seneka 



 

 

 



İşgüzar adamlar işdən çox, işsizlikdən yorulurlar.  

 

Vovenarq 



 

 

 

Çörəyi ver çörəkçiyə, birini də üstəlik.  

 

Atalar sözü 



 

 

 

Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən.

  

 

B.Franklin 

 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə