Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə93/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   89   90   91   92   93   94   95   96   ...   103

Elm, təhsil, kitab 

 

 

487



Əvvəllər elmin sərhədləri  

olan yer indi onun mərkəzidir.  

 

Lixtenberq 

 

 

 

Elmin hüdudları üfüqü  

xatırladır: nə qədər çox yaxınlaşırsansa,  

o qədər çox uzağa çəkilir.  

 

Buast 



 

 

 

Təbiət özü ahəng və gözəllik  

prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu 

prinsiplərə sadiq qalmalıdır.  

 

Əbu Turxan 



 

 

 

Elm Təbiət kitabını oxuyur  

və öyrəndiklərini təbiətin öz üzərində  

sınaqdan keçirir.  

 

Əbu Turxan 



 

 

 

Nəzəriyyə elmin ruhu,  

təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində  

və faktın meşəsində asanlıqla azmaq olar.  

 

D.İ. Mendeleyev 



 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

488


Ruhun sirləri təbiət  

elmlərinin metodları ilə açılmalıdır.  

 

Husserl 

 

 

 

Fakt təsvir məqamında olan hadisədir.  

 

Dante 



 

 

 

Hər bir dəqiq elm təxminlərə söykənir.  

 

Rassel 



 

 

 

Xəyal qanadlarında uçan  

elm möcüzələr yaratmağa qadirdir.  

 

Faradey 

 

 

 

Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq.  

 

Jül Vern 



 

 

 

Elm bütün nailiyyətlərinə görə xəyala borcludur.  

 

Emerson 



 

 

 

Ancaq təxəyyülün oyatdıqlarını öyrənmək olar.  

 

Başlyar 



 

 



Elm, təhsil, kitab 

 

 

489



İndi artıq isbat olunmuş şeylər  

əvvəlcə ancaq təxəyyüldə mövcud olmuşdu.  

 

Bleyk 

 

 

 

Elmdə irəli gedib mənəviyyatda  

geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir.  

 

Aristotel 

 

 

 

Elmin mənəvi siması  

onun kimin əlində olmasından asılıdır.  

 

Əbu Turxan 

 

 

 

Elmə xilaskar kimi baxmaq  

robotdan mərhəmət diləmək kimi bir şeydir.  

 

Tur Xander 

 

 

 

Müasir insan elmin qanadlarında  

elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür.  

 

Tur Xander 

 

 

 

Elm dünyanı öyrənməyə kömək edir,  

amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.  

 

Labryuer 

 

 



Əbu Turxanın hikmət dünyası

 

 

 



 

490


Elmin dəyirmanına su tökənlər  

bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün  

fərqində olmurlar.  

 

Əbu Turxan 



 

 

 

Ancaq elm bəşəriyyəti həqiqətə,  

ədalətə və xoşbəxtliyə apara bilər.  

 

Emil Zolya 

 

 

 

Problemin düzgün qoyuluşu onun həllinin yarısıdır.  

 

Əbu Turxan 



 

 

 

Alim düzgün cavabları  

verən yox, düzgün sualları qoyandır.  

 

Levi-Stross 

 

 

 

Hər hansı bir elmin açarı sual işarəsidir.  

 

Balzak 



 

 

 

Alim üçün yaddan çıxarmağı bacarmaq 

yadda saxlamağı bacarmaqdan daha vacibdir.  

 

Xudu Məmmədov 

 

 



Elm, təhsil, kitab 

 

 

491



“Elmi biliklərin əsasında əməli   

fəaliyyət dayanır”. 

 

Qədim dövrün balladası  

 

 

 

“Əməli fəaliyyətin əsasında  

elmi bilik dayanır”.  

 

Yeni dövrün balladası 

 

 

 

Elm və sənət qoşa qanaddır.  

 

Xudu Məmmədov 



 

 

 

Kim ki, elm öyrənib  

tətbiq etmir, yeri əkib becərən, amma  

məhsulundan istifadə etməyən  

adama bənzəyir.  

 

Nəvai 

 

 

 

Elmsiz praktikaya aludə olan  

adam gəmini sükansız və kompassız idarə etmək  

istəyən kapitana bənzər; o, hara  

üzdüyünü özü də bilməz.  

 

Leonardo da Vinçi 

 

 

 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə