Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə90/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   86   87   88   89   90   91   92   93   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



470

Bilik iradənin quludur. 

 

Əbu Turxan 

 

 

 

Biliyin “iç üzü” biliklər  

sisteminə daxil olanda məlum olur. 

 

Əbu Turxan 

 

 

 

Əgər biliklər qaydaya  

salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür  

o qədər zəif olacaqdır. 

 

Spenser 



 

 

 

Yeni bilik daxil olduğu  

sistemdə təməl kimi qəbul olunmuş ənənəvi  

biliklərlə dil tapa bilmirsə, sistem onu ya  

kənarlaşdırır,ya da özü dağılır; ən məqbul  

yol isə dili dəyişməkdir. 

 

Tur Xander 



 

 

 

Yaddaş da anbar kimidir;  

qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən 

qayda əsasında qoyasan. 

 

Əbu Turxan 



 

 



Həqiqət və bilik 

 

 

471



Hafizə iki cür olur:  

hadisələrin ayrı-ayrılıqda yadda saxlanması  

və ancaq qaydaların, ümumi prinsiplərin  

yadda saxlanması. İkinci olanda  

birinciyə ehtiyac qalmır. 

 

Əbu Turxan 



 

 

 

Bir neçə prinsipi bilmək  

yüzlərlə faktı bilməməyi əvəz edə bilir. 

 

Helvetsi 

 

 

 

Bilik ancaq o zaman həqiqi  

bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. 

 

L.N.Tolstoy 

 

 

 

Adamlar öz ixtisaslarına aid  

mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda  

isə daha ürəkli olurlar və onlara elə gəlir ki,  

bu – fəlsəfədir. 

 

Əbu Turxan 

 

 

 

Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. 

 

Əbu Turxan 



 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



472

Başqasından alınan biliyin  

ancaq özünü istifadə etmək olar; toxumluğa  

yaramaz. Cücərə bilməsi üçün biliklər  

hər dəfə yenidən kəşf olunmalıdır. 

 

Əbu Turxan 



 

 

 

Tələbəyə bilmədiklərinə görə yox,  

bildiyini necə bildiyinə görə qiymət  

vermək lazımdır. 

 

Tur Xander 



 

 

 

Bilik məqsəd deyil, alətdir. 

 

L.N. Tolstoy 



 

 

 

Bilik gücdür. 

 

F.Bekon 



 

 

 

Bilik alimlərin ümumi sərvətidir. 

 

İbn Xəldun 



 

 

 

Əsl bilik – bildiyin şeyi  

bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. 

 

Konfutsi 

 

 



Həqiqət və bilik 

 

 

473



Nə haqda isə heç nə bilməmək  

qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. 

 

Platon 

 

 

 

Hər şeyi bilmək istəyi  

adamı bütün sahələrdə yarımçıq edər. 

 

Demokrit 

 

 

 

Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur. 

 

Göte 



 

 

 

Çox şey öyrənə bilməyin sirri  

 



əvvəlcə az şey öyrənməkdən başlamaqdır. 

 

Lokk 



 

 

 

Hamı bilir ki, bu şey ola bilməz.  

Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır 

və həmin şeyi kəşf edir. 

 

Eynşteyn 



 

 

 

Biliksizlikdən utancaqlıq yaranır,  

çoxbilmişlikdən – utanmazlıq. 

 

Əbu Turxan 

 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



474

Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. 

 

Russo 

 

 

 

Şeylərin faktiki necə olduğunu bilənlər 

təcrübəli, şeylərin əslində necə olmalı olduğunu  

bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin 

yollarını bilənlər isə müdrikdirlər. 

 

Didro 

 

 

 

Biliyə üç yol aparır:  

ən asanı – təqlid, ən çətini – təcrübə,  

ən şərəflisi – düşüncədir. 

 

Konfutsi 



 

 

 

Bir şeyi dərk etmək – sadəcə  

onun özünü deyil, həm də bu şeydə təcəlli edən  

Mütləqi görməkdir. 

 

Mənsur Həllac 



 

 

 

Cahilliyin üç növü var:  

heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək,  

lazım olmayan şeyi bilmək.

 

 



Düklo 

 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə