Aforizmlər: seçilmişlərdən


Aforizmlər: seçilmişlərdən seçilmişlər



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə88/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
1   ...   84   85   86   87   88   89   90   91   ...   103

 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



460

Biz işığı görmürük,  

işıq qaranlığın bətnindəkiləri görməkdə  

bizə yardımçı olur. 

 

Əbu Turxan 

 

 

 

Qoy kül olum yana-yana... 

Mən yanmasam, sən yanmasan, biz yanmasaq, 

Necə çıxar qaranlıqlar aydınlığa?! 

 

Nazim Hikmət 



 

 

 

Biz çiçək əkirik, amma  

içərisində alaq otları da bitir. Ən çətini  

alaqlarsız əkə bilməkdir. 

 

Əbu Turxan 



 

 

 

Bir var əkəndən sonra  

alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, 

ümumiyyətlə alaq çıxmaya. 

 

Əbu Turxan 



 

 

 

Şərqdə idrakın işığı eşq  

işığının kölgəsində qalır, Qərbdə – əksinə. 

 

Əbu Turxan 

 

 



Həqiqət və bilik 

 

 

461



 

Üzə çıxan adətən nəticə olur,  

bu nəticəyə gətirən səbəblər isə yolun  

qaranlıqlarında qalır. 

 

Əbu Turxan 

 

 

 

Başlanğıc sonda aydınlaşır. 

 

Əbu Turxan 



 

 

 

Bütün yarımçıqlar hansı isə bütövün yarımçıqlarıdır. 

 

Əbu Turxan 



 

 

 

Yarımçığın üstünü doldurmaqla  

bütöv yaranmaz. Yarımhəqiqətdən imtina etmədən  

bütöv həqiqətə çatmaq mümkün deyil. 

 

Əbu Turxan 



 

 

 

Bəzən adam özü də içində  

kök atmış gizli suallardan ancaq cavab bəlli  

olandan sonra xəbər tutur. 

 

Əbu Turxan 



 

 

 

Faktlar çoxdur, həqiqətsə - bir. 

 

R.Taqor 



 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



462

Yaddaş ona görə lazımdır ki,  

işıqda gördüklərin qaranlıqda sənə yol göstərsin. 

 

Əbu Turxan 



 

 

 

Cavabı ümidsiz görünən  

suallardan hamı qaçmağa çalışır – məqsədə  

ən inadkar olanlar çatır. 

 

Əbu Turxan 



 

 

 

İnsan öz fərziyyələrinin əsirinə çevrilməməlidir. 

 

Əbu Turxan 



 

 

 

Hipotez tordur: kim onu atırsa, balığı da o tutur. 

 

Novalis 



 

 

 

Hadisə ilə həqiqətin  

nisbəti ağlın ruha nisbəti kimidir. 

 

Demokrit 

 

 

 

Həqiqətin məkanı birdir.  

Amma bizim məkanlarımız fərqli olduğundan  

həqiqətə aparan yollar da fərqlidir. 

 

Əbu Turxan 



 

 



Həqiqət və bilik 

 

 

463



Eyni vaxtda həm yaxını,  

həm də uzağı görmək olmaz; gözlər cismani  

həyat üçün qapanmasa, ilahi  

hikmətlər üçün açılmaz. 

 

Əbu Turxan 

 

 

 

Nəzərlərini çox uzağa  

dikənlər yaxını görə bilmirlər. 

 

Əbu Turxan 

 

 

 

Həqiqət bidət kimi doğulur, ehkam kimi ölür. 

 

Hegel 



 

 

 

İstənilən elmi həqiqət  

üç mərhələdən keçir. Birinci mərhələdə  

– “bu ola bilməz”, ikinci mərhələdə – “bu ola bilər”, 

üçüncü mərhələdə “bunu hamı bilir” deyirlər. 

 

Rezerford 

 

 

 

Biz iki nəfər olmalıyıq ki,  

həqiqəti kəşf edək: biri – onu bəyan etmək,  

digəri – onu dərk etmək üçün. 

 

Cübran 



 

 



 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 

 

 



464

İnsanın zülmət gecədə  

gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. 

 

Cübran 



 

 

 

Həqiqi olan sakitdir, süni olan isə dilli-dilavər. 

 

Cübran 



 

 

 

Sən arxası günəşə  

dayananda, ancaq öz kölgəni görürsən. 

 

Cübran 

 

 

 

Təbiət boşluqları sevmir:  

insanlar da həqiqəti bilməyəndə, boşluqları  

uydurmalarla doldururlar. 

 

B.Şou 



 

 

 

Ən təhlükəli yanlışlıq  

həqiqətə oxşayan yanlışlıqdır. 

 

А.Amiyel 

 

 

 

Bəzən həqiqəti tuta bilmək  

üçün tilovun qarmağına yalan bağlamaq lazım gəlir.

 

 

Şekspir 



 

 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə